Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsrail Tal (ivr. ‏ישראל טל‏‎; 13 sentyabr 1924, Maxanayim[d], İsrail şimal dairəsi – 8 sentyabr 2010, Rexovot), həmçinin Talik (ivr. ‏טליק‏‎) — İsrail hərbçisi,

İsrail Tal

  • Ana Səhifə
  • Vikipediya
  • İsrail Tal

İsrail Tal (ivr. ‏ישראל טל‏‎; 13 sentyabr 1924, Maxanayim[d], İsrail şimal dairəsi – 8 sentyabr 2010, Rexovot), həmçinin Talik (ivr. ‏טליק‏‎) — İsrail hərbçisi, İsrail Müdafiə Qüvvələrinin generalı. O, tank müharibəsi ilə bağlı olan biliyinə və Merkava tankının istehsalındakı iştirakına görə tanınır.

İsrail Tal
Şəxsi məlumatlar
Doğum tarixi 13 sentyabr 1924(1924-09-13)
Doğum yeri
  • Maxanayim[d], Xa-Qalil-xa-Elion[d], Safed yarımdairəsi[d], İsrail şimal dairəsi, İsrail
Vəfat tarixi 8 sentyabr 2010(2010-09-08) (85 yaşında)
Vəfat yeri
  • Rexovot
Dəfn yeri
  • Rexovot
Vətəndaşlığı
  •  İsrail
Hərbi fəaliyyəti
Mənsubiyyəti Britaniya Ordusu
Qoşun növü İsrail Silahlı Qüvvələri
Xidmət illəri 1948–1974
Rütbəsi
  • general-mayor
Döyüşlər
  • İkinci Dünya müharibəsi,
  • Ərəb-İsrail müharibəsi (1947—1949)[d],
  • Süveyş böhranı,
  • Altıgünlük müharibə,
  • Zəiflətmə müharibəsi,
  • Yom Kippur müharibəsi
Təltifləri İsrail mükafatı — 1997
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İsrail Tal 13 sentyabr 1924-cü il tarixində, Fələstin mandatının Maxanayim kibbutzunda anadan olmuşdur. Onun ana tərəfi əslən 1777-ci ildə Safed və Tiberiyaya köçmüş hasidist yəhudilərindəndir. O, beş yaşından Safeddə yaşamış və 1929-cu il Safed qiyamına şahid olmuşdur.

Tal hərbi karyerasına Böyük Britaniya Silahlı Qüvvələrinin Yəhudi briqadasında başlamışdır. O, İkinci Dünya müharibəsi zamanı İtaliyada manqa komandiri kimi xidmət göstərmişdir. O, daha sonra Birinci Ərəb-İsrail müharibəsi zamanı kiçik piyada zabiti kimi, Sinay muharibəsi zamanı briqada komandiri, Altı günlük müharibə zamanı Sinay yarımadasında zirehli diviziya komandiri, Yom Kippur müharibəsi zamanı isə cənub cəbhəsinin komandiri kimi xidmət göstərmişdir.

İsrail Tal 8 sentyabr 2010-cu il tarixində Rexovot şəhərində vəfat etmişdir.

Hərbi karyerası

Altı günlük müharibə zamanı göstərdiyi fəaliyyətə görə nüfuz qazanmış İsrail Tal Bar Lev xəttinə qarşı çıxan ilk adamlardan olmuşdur. O, general Ariel Şaron ilə strateji xəttin Misir qüvvələrini dəf etməkdə fayda göstərməyəcəyini mübahisə edirdi. Yom Kippur müharibəsi rəsmi şəkildə sona çatdıqdan sonra ali baş komandan David Elazar və müdafiə naziri Moşe Dayan cənub cəbhəsinin komandiri olan Tala əmr vermişdir ki, Misirə hücum etsin. Tal bu əmri yerinə yetirmək imtina etmiş, səlahiyyətin baş nazirdən və ya ali məhkəmə tərəfindən verilməsini tələb etmişdir. Nə baş nazir, nə də ki ali məhkəmənin belə bir səlahiyyəti verməməsiylə Tal mübahisədə düzgün tərəf çıxmışdır.

Mükafatlar

İsrail Tal 1961-ci və 1973-cü illərdə Eliyahu Qolomb adına İsrail Təhlükəsizliyi Mükafatına layiq görülmüşdür. Tal 1997-ci ildə "İsrail Dövlətinə və cəmiyyətinə verdiyi töhfələrə görə" İsrail mükafatına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇srail tal sözünün mənası, i̇srail tal haqqında məlumat. i̇srail tal nədir? i̇srail tal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Kostyuşko (dağ)

  • Mart 01, 2026

    Könüllü

  • Fevral 25, 2026

    28 oktyabr

  • Mart 06, 2026

    Türkiyə konstitusiyası

  • Mart 01, 2026

    Ostin (Texas)

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst