Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qoltz-Kinski sarayı və ya Kinskilərin sarayı (çex. Palác Golz-Kinských, Palác Kinských) — keçmiş Qoltz sülaləsinin sarayı. Praqanın Köhnə şəhər meydanında yerlə

Qoltz-Kinski sarayı

  • Ana Səhifə
  • Vikipediya
  • Qoltz-Kinski sarayı

Qoltz-Kinski sarayı və ya Kinskilərin sarayı (çex. Palác Golz-Kinských, Palác Kinských) — keçmiş Qoltz sülaləsinin sarayı. Praqanın Köhnə şəhər meydanında yerləşir. Saray özünün gözəl çəhrayı-bəyaz rəngli fasadı ilə meydana xüsusi görünüş verir. Saray 1755-1765-ci illər arasında memar K.İ.Dintsenhoferin layihəsi əsasında inşa olunmuşdu.

Qoltz-Kinski sarayı
Palác Golz-Kinských
Ölkə  Çexiya
Şəhər Praqa
Yerləşir Köhnə şəhər meydanı
Aidiyyəti Qoltz sülaləsi
Praqa Milli Qalereyası
Memar Kilian İqnats Dintsenhofer
Sifarişçi Yohann Ernst Ventsel Qraf fon der Qoltz
Tikilmə tarixi 1755 - 1765
Üslubu rokoko, barokko memarlığı
Rəsmi sayt ngprague.cz/en/kinsky-pa…
Çexiyanın milli irsi
İstinad nöm.1-335
Kateqoriyasaray
50°05′17″ şm. e. 14°25′18″ ş. u.HGYO
Xəritə
Qoltz-Kinski sarayı (Praqa)
Nöqtə
Qoltz-Kinski sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Evin ilk sahibi qraf Ernst (Arnoşt) Qoltz idi. 1768-ci ildə (qraf Qoltzun ölümündən sonra), qraf Frants Oldrjix Kinski qonşuluqda yerləşən daha iki bina ilə birlikdə sarayı alaraq, memar Koxa sarayın həyət fligellərini klassik üslubda yenidən qurulması barədə sifariş verir. Saray Kinski sülaləsinə 1945-ci ilə qədər məxsus idi; daha sonra Prezident Beneşin fərmanına əsasən saray müsadirə olunaraq, dövlət yurisdiksiyasına daxil oldu. Hazırda sarayın əsas zalları Milli Qalereyanın daimi və müvəqqəti sərgilər üçün təchiz olunmuşdu. Burada həmçinin qrafika kolleksiyası və Kinski nəslinə məxsus kitabxana da saxlanılır.

Saray bir sıra mühüm və məşhur insanların adları ilə bağlı. 1905-ci ildə Nobel Sülh Mükafatına layiq görülən ilk qadın - Avstriyalı qadın yazıçı və pasifist, baronessa Berta fon Suttner məhz bu sarayda 1843-cü ildə anadan olmuşdu. Həmçinin saray bir müddət alman gimnaziyası kimi fəaliyyət göstərirdi və məşhur yazıçı Frans Kafka burada 8 il boyunca təhsil almışdı. Onun atasının sarayın birinci mərtəbəsində kiçik bir köşkü var idi.

25 fevral 1948-ci ildə Komunist Partiyasının lideri Klement Qotvald Qoltz-Kinski sarayının balkonundan kütləyə müraciət edərək, kommunist dövrünün başlanması haqqında məlumat verir. Elə həmin gün, lakin 42 il sonra, prezident Vatslav Havel bu rejimin əbədi bitdiyini təntənəli şəkildə elan edir.

1995-2000-ci illərdə saray bərpa edilir; xüsusilə Kinski kitabxanası roman və qotik zirzəmiləri yenidən restavrasiya olunur. Saray ansamblında restavrasiyadan sonra yeni kukla teatrı açılır, Kafkanın kitab evi isə yenidən işləməyə başlayır. Sarayda bundan başqa restoran, muzey mağazası, Milli Qalereyanın informasiya mərkəzi də vardır. Lakin Kinski zadəgan ailəsinin varisi Frantişek Oldrjix bütün bundan narazı olaraq Çexiya məhkəmələrinə 157 iddia göndərərək təxminən 40 milyard çex kronu dəyərində ata-baba mülkünün qaytarılmasını tələb edir. Özünün gələcək iqamətgahı kimi Frantişek Köhnə şəhər meydanındakı sarayı seçir. Lakin Praqa 1 Rayon Məhkəməsi sarayın qanunla dövlətə məxsus olduğunu bildirir.

  • Sarayın eksteryeri

Memarlığı

Baş fasad vertikal formada olmaqla iki səviyyəyə ayrılır, yüksək kənarlı pilyastrlarla əhatələnmiş hissə və üçbucaq şəkilli künclərlə tamamlanan hissə. Üçbucaqların uc hissəsində rokkoko üslublu vazalar, yan tərələrdə isə fiqurlar yerləşdirilmişdir. Daha dörd fiqur isə damda ucaldılmışdır. İ. F. Platser tərəfindən hazırlanmış bu fiqurlarda antik yunan tanrıları və ilahələri təsvir olunmuşdur. 1945-ci ildə fiqurların zədələnməsindən sonra, 1956-cı ildə yeni kopyaları ilə əvəzlənmişlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qoltz-kinski sarayı sözünün mənası, qoltz-kinski sarayı haqqında məlumat. qoltz-kinski sarayı nədir? qoltz-kinski sarayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tur (şəhər)

  • Mart 06, 2026

    San-Karlo teatrı

  • Fevral 27, 2026

    Ədviyyatlar

  • Fevral 27, 2026

    Hərbi xidmət

  • Fevral 27, 2026

    Fakültə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst