Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri.

Dyun

  • Ana Səhifə
  • Vikipediya
  • Dyun

Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri.

Erg chebbi, Mərakeş (Afrika)
Erg chebbi, Mərakeş (Afrika)

Xarakteristikası

Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir.

Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər. Dyunun barxandan əsas fərqi ondan ibarətdir ki, onun möhkəm tərəfi bitki örtüyü ilə örtülə bilir və bütün gücə baxmayaraq o dəyişmir və küləyin əsməsi istiqamətinə tərəf yönəlir.

Dyunlar planetin müxtəlif torpaq və bitki zonalarında, çayların, göllərin və dənizlərin qumlu sahillərində geniş yayılmışlar. Dyünların əsas xüsusiyyəti ondan ibarətdi ki, onlar küləyin köçürülməsi ilə hərəkət etmək qabiliyyətinə malikdirlər və daimi qüvvətli küləklərin təsiri ilə hərəkət edirlər. Dyunların sürəti ildə 20 metrədək ola bilər. Sahilyanı ərazilərdə onlar torpağa tərəf dərin hərəkət edirlər. Dyunların hərəkəti bir problemdir. Belə ki, onlar yolları, sahələri, otlaqları, kiçik yaşayış məntəqələrini basa bilirlər. Onlara qarşı mübarizə tədbirləri torpaqların bərkidilməsidir. Rusiyada ən yüksək dyunlar Dağıstan ərazisində, Mahaçqala yaxınlığında olub Sarıqum adlanır. Hündürlüyünə görə ikinci yerdə Kurş əyaləti durur ki, Rusiyanın Kalininqrad bölgəsindədir. Onlardan ən hündürü Efa dyunudur ki, alman müfəttişi Vilgelim Efanın şərəfinə adlandırılıb, hündürlüyü 6.5 metrə çatır.

Formaları

  • Yala bənzər uzu­nuna dyunlar — para­bolik dyunların "buynuzlarını" ot basması sayəsində əmələ gəlmiş dyun formaları. Dyunların bərkidil­məmiş sərbəst  orta hissəsi hərəkət zamanı bərkidilmiş uc hissələrindən ayrılır, nəticədə bir-birinə paralel iki tirə əmələ gəlir.
  • Materik dyun­ları — qumlu təpəliklərin ümumi adı, göl yaxud dənizlərin müasir sahilindən uzaqda, materik daxilin­də inkişaf edir. Materik dyunlarına barxanlar, barxan zəncirləri, qum təpələri və başqa qum relyef formaları aiddir.
  • Parabolik dyun­lar — humid iqlim şəraitində əmələ gəlmiş materik dyunlarının forması. Planda adətən asimmetrik — "buy­nuzunun" biri digərindən uzun nal şəklində olur. Səhra barxanlarından fərqli olaraq qabarıq (külək­döyməyən) yamacı dik və qısa, batıq (küləkdöyən) yamacı isə az meylli və uzundur. Müxtəlif mənşəli qum­ların, qədim buzlaq zandrları, buz­lağın ərinti sularının qədim dərələri və s. sovrulduğu ərazilərdə rast gəlinir.
  • Yataqboyu  dyun­lar — çayın böyük subasa­rında yataq boyu uzanan, qum­lardan təşkil olunmuş təpəciklər (dyunlar).
  • Zəncirvari dyun­lar — dyun sistemi əsa­sən dəniz sahillərində — dövrü küləklərə qarşı perpendikulyar, inkişafının baş­lan­ğıc mərhələlərində isə sahilə paralel uzanırlar. Hakim küləkləri bir istiqamətli olan ərazilərdə zəncirvari dyunlar materikin içərilərinə doğru parabola şəkilli dyunlara, sonra isə uzununa dyun tirələrinə keçir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dyun sözünün mənası, dyun haqqında məlumat. dyun nədir? dyun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kompyuter proqramları

  • Mart 06, 2026

    Kürdlər (Füzuli)

  • Mart 04, 2026

    Ahaltəkə ekpedisiyası

  • Fevral 25, 2026

    Çəmbərəkənd məhəlləsi

  • Mart 06, 2026

    Solmaz Qaşqay

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst