Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Güləbətin (tikmə) (türk. Altınişi, Telkırma, Bartın işi, {{Cite web |title=Туркменская вышивка и ювелирные украшения |url=http://costumer.narod.ru/text/sred-asi

Güləbətin (tikmə)

  • Ana Səhifə
  • Vikipediya
  • Güləbətin (tikmə)

Güləbətin (tikmə) (türk. Altınişi, Telkırma, Bartın işi, türkm. akqayma, sarıqayma ) — qızılı və ya gümüşü saplardan, habelə onlara bənzədilən materiallardan qatışığı olan saplardan istifadə edilməklə icra edilən tikmə növüdür.

Güləbətin

Mündəricat

Tarixçə

Ən qədim tikmə növlərindən biridir. Uzmanların fikrincə, Orta Asiyada əmələ gəlib. Azərbaycanda isə daha çox Təbriz, Bakı, Şamaxı, Naxçıvan və s. şəhərlərində inkişaf etdirilmişdir. Ən qiymətli Şamaxı sənətkarlarının güləbətin tikmələri idi .

Xurşudbanu Natəvanın ecazkarlığı ilə gözoxşayan tikmələri o vaxtlar Rusiyada təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. 1882-ci ildə keçirilən Ümumrusiya sərgisinin Qafqaz şöbəsində göstərilən sənət nümunələri arasında şairənin incə zövqlə hazırladığı tikmə də olub. Mahud üzərində qızıl-gümüş saplarla toxunmuş bu tikmənin tamaşaçılar tərəfindən maraqla qarşılanmasını onların gözoxşayan naxış örtüyü və duyğulandırıcı rəng həlli olub .

Növləri

Güləbətin işləmə üsulun agörə hamar (zəminduzi) və qabarıq (məlihəduz) olmaqla iki cür olur:

  • Hamar işləmə (zəminduzi) texnikası ilə məmulatı bəzəmək üçün düzbucaqlı çərçivəyə bənzər taxta kargah (dəzgah) və iynədən istifadə edirlər. Müvafiq parça kargaha tarım çəkildikdən sonra, onun üzərinə kağızdan kəsilmiş naxış motivləri- (eskiz) qoyub əvvəlcə adi sapla, sonra isə zərli və ya gümüşü (güləbətin) saplarla paralel surətdə bənd edilirdi.
  • Qabarıq işləmə (məlihəduz) texnikası örtmə tikiş üsulu ilə icra olunurdu. Burada saplar bir-birinin yanına paralel və çox sıx bəndlənir. Güləbətin tikmənin bu üsulu haşiyə bəzəyində daha geniş tətbiq edilir. Naxışların parça üzərində bir qədər qabarıq çıxması üçün qalın sap və qaytandan da istifadə edirlər.

Güləbətin müxtəlif xalqlarda

Azərbaycanda güləbətin

Əsasən geyimlərə (araxçın, yaxa, yenglərə (manjetlərə) və s.), məişət əşyalarına (pul kisəsi, tənbəkiqabı, qayçıqabı, möhürqabı, at yəhəri və s.) vurulur. Gəlinin cehizinə güləbətin işləməli əşyalar qoşmaq adət idi.

Bu tikmə hamar və qabarıq olmaqla iki cür hazırlanıb. “Zəminduzi” adlanan həmin tikməni hasilə gətirmək üçün “kargah (dəzgah) adlanan taxta çərçivə və iynədən istifadə edilib. Qızılı və gümüşü (güləbətin) tellər xüsusi simkeşlər tərəfindən yüksək əyarlı gümüşdən hazırlanıb. Qızıl tel almaq üçün gümüş qızıl suya salınıb. Tellər ya xalis halda, ya da ipək iplik sapa sarınıb istifadə edilərmiş. Güləbətin tikmə üçün ağır, tünd rəngli parçalardan (məxmər, qanovuz, xara, misqal tirmə) istifadə olunub.

Digər türk xalqlarında güləbətin

Digər türk xalqlarında güləbətin eyni prinsiplə icra edilirdi: tünd qumaşın (məxmər, mahud) üzərində qızılı ya gümüşü saplarla işlənirdi, əsasən üst geyimə, məişət əşyalarına tətbiq edilirdi. Özbəkistanda güləbətinə "zərdüzi" deyirlər.

Avropada güləbətin

Avropada güləbətin barokko stilində istifadə edilirdi.

Ünlü güləbətin tikməçiləri

  • Mehriban Xəlilzadə
  • Xurşudbanu Natəvan

Video

  • Исскуство золотого шитья у карачай
  • Узбекское Сюзане (вышивка)

Həmçinin bax

  • Tikmə
  • Xalq istedadları (film, 1974)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, güləbətin (tikmə) sözünün mənası, güləbətin (tikmə) haqqında məlumat. güləbətin (tikmə) nədir? güləbətin (tikmə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siren

  • Mart 06, 2026

    Qobu bələdiyyəsi

  • Fevral 27, 2026

    Pa-dе-Kale (departament)

  • Fevral 27, 2026

    Arxanqay vilayəti

  • Fevral 27, 2026

    Adult Swim

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst