Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif Məmmədli (tam adı:Arif Kamran oğlu Məmmədov; 1 iyul 1959, İmanlar, Laçın rayonu) — müəllim, şair, jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş reda

Arif Məmmədli

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Məmmədli

Arif Məmmədli (tam adı:Arif Kamran oğlu Məmmədov; 1 iyul 1959, İmanlar, Laçın rayonu) — müəllim, şair, jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azad Müəllimlər Birliyinin (1993) üzvü.

Arif Məmmədli
Doğum tarixi 1 iyul 1959(1959-07-01) (66 yaş)
Doğum yeri
  • İmanlar, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti jurnalist, şair, publisist
Fəaliyyət illəri 1978-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət poeziya, publisistika
Janr nəsr
Üzvlüyü
  • Azərbaycan Jurnalistlər Birliyi,
  • Dədə Ələsgər Ədəbi Məclisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arif Məmmədov 1 iyul 1959-cu ildə Laçın rayonunun İmanlar kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu kənddə davam etdirərək 1974-cü ildə Şəlvə kənd 8 illik məktəbini tərifnamə ilə bitirib. Elə həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1978-ci ildə təhsilini başa vuraraq təyinatla İmanlar kənd orta məktəbinə müəllim təyin edilib.

1983-cü ildə keçmiş Sovet Ordusuna hərbi xidmətə çağrılıb. 1985-ci ildə ordudan tərxis olunaraq əvvəlki iş yerində yenidən müəllimlik fəaliyyətinə başlayıb. 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 1991-ci ildə isə ali təhsilini tamamlayıb.

1992-ci ildə erməni qəsbkarlarının torpaqlarımızın bir hissəsini işğal etməsi nəticəsində qaçqın düşərək Bakı şəhərində müvəqqəti məskunlaşıb.

1993-cü ildən Azad Müəllimlər Birliyinin (AMB) üzvüdür. Bu gün AMB-nin idarə heyətinin üzvü olaraq ictimai iş aparır. Təhsil sisteminin demokratikləşdirilməsi, təhsil işçilərinin hüquqlarının müdafiəsi istiqamətində aparılan bütün diskussiya, dəyirmi masa, konfrans və debatlarda xüsusi fəallıq göstərir, müxtəlif proqramların və layihələrin həyata keçirilməsində üzərinə düşən vəzifənin öhtəsindən layiqincə gəlir.

Ailəlidir. Bir oğlu, iki qızı və dörd nəvəsi var.

Fəaliyyəti

Pedaqoji fəaliyyəti

1978–1983-cü illərdə təyinatla İmanlar kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildə ordudan tərxis olunaraq əvvəlki iş yerində yenidən müəllimlik fəaliyyətinə başlamışdır.

1992–1993-cü tədris ilində Nəsimi rayonunundakı 211 saylı orta məktəbdə müəllim, 1993–1994-cü tədris ilində 159 saylı məktəbdə ibtidai siniflər üzrə dərs hissə müdiri işləyib. O vaxtdan həm də məcburi köçkünlərin uşaqları üçün açılmış 10 saylı Laçın rayon orta məktəbində çalışıb, hal-hazırda da həmin məktəbin müəllimidir. Eyni zamanda jurnalistlik fəaliyyəti ilə məşğuldur.

Ədəbi fəaliyyəti

Mətbuatda ilk şeiri 1978-ci ildə dərc olunub. Respublikanın müxtəlif qəzet və və jurnallarında, ədəbi almanaxlarda bədii yazıları, eləcə də publisistik məqalələri vaxtaşırı işıq üzü görür. "Dağlar məni bağışlamaz" (şeirlər) və "Bir şair yol gedir" (publisistik) kitablarının müəllifidir. Onlarla kitaba ön söz yazıb, redaktorluq edib.

Jurnalistlik fəaliyyəti

1998-ci ildən Azərbaycan Tibb Universitetinin orqanı olan "Təbib" qəzetində müxbir işləyir. "Laçın yurdu" adlı ədəbi-bədii, publisistik jurnalın təsisçisi və baş redaktorudur.

Əsərləri

Kitabları

  • "Dağlar məni bağışlamaz" (şeirlər), Bakı, 1996.
  • "Bir şair yol gedir" (publisistika), Bakı, "Nurlan", 2002.
  • "Laçın şəhidləri", Bakı, "Bəxtiyar-4" nəşriyyatı. 2013. 168 səh.

Məqalələri

  • "Hələ yaşamağa dəyər", "Laçın yurdu" jurnalı, № 1,(4), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012. səh.24-də.
  • "Adam olmağın çətinliyi", "Bütöv Azərbaycan" qəzeti, № 23,(242), 11–17 sentyabr 2014. səh.6.

Həmçinin bax

  • "Laçın yurdu" jurnalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arif məmmədli sözünün mənası, arif məmmədli haqqında məlumat. arif məmmədli nədir? arif məmmədli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Nükət-Səda Sultan

  • Mart 06, 2026

    Alhagi

  • Mart 01, 2026

    İmmun sistemi

  • Fevral 26, 2026

    Sadə ədəd

  • Fevral 27, 2026

    Viqo

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst