Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran

Alakol

  • Ana Səhifə
  • Vikipediya
  • Alakol

Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd.

Alakol
40°54′26″ şm. e. 45°46′20″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.911 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6012
Xəritəni göstər/gizlə
Alakol xəritədə
Alakol
Alakol

Mündəricat

Toponimikası

Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 3998 2009 1989
2009 ↘3911 ↗2024 ↘1887

Tanınmış şəxsləri

  • Aşıq Zülfiyyə — ifaçı-aşıq.
  • Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi.
  • Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
  • Valeh Arifoğlu — fotoqraf, fotojurnalist.

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə Alakol kənd kitabxana filialı, Alakol kənd Mədəniyyət Evi, Alakol kənd klubu, Alakol poçt şöbəsi (AZ6012) fəaliyyət göstərir.

Təhsil

Alakol kənd orta məktəbi

Kənddə Nurəddin Sadıqov adına Alakol kənd tam orta məktəbi və Alakol kənd 1№-li tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Alakol kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Alakol həkim məntəqəsi yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alakol sözünün mənası, alakol haqqında məlumat. alakol nədir? alakol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Airbus

  • Fevral 27, 2026

    1774-cü il

  • Fevral 27, 2026

    Nicotiana

  • Fevral 23, 2026

    Malta dili

  • Fevral 27, 2026

    Riqoletto

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst