Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan çayı — Azərbaycanda, əsasən də Azərbaycanın cənub rayonlarında yetişdirilən çay növü. Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı, Zaqatala, Qa

Azərbaycan çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan çayı

Azərbaycan çayı — Azərbaycanda, əsasən də Azərbaycanın cənub rayonlarında yetişdirilən çay növü. Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı, Zaqatala, Qax və Balakəndə yetişdirilir.

Armudu stəkanda çay
Azərbaycan çayı

Mündəricat

Tarixi

Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Azərbaycanda 1970–1980-ci illərdə 36 min hektar sahədə çay əkilib becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. Azərbaycanda yerli çayın istehsalı 1980-ci illərin ortalarında maksimuma çatıb. Həmin vaxt bu göstərici 8,6 min ton, çay kolluqları sahələri isə 13,4 min hektar olub. 300 milyon əhalisi olan SSRİ-nin çaya təlabatının 8–10 faizi Azərbaycan çayı hesabına ödənilib. O dövrdə Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı.

Azərbaycan çayı bu gün

Çayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara qədər aşağı düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur.

Ekspertlərin fikrincə 1 ha çay plantasiyasının salınması və becərilməsinə 30 min manatdan artıq vəsait lazımdır.

Qalereya

  • Novruz bayramında ənənəvi Azәrbaycan çay süfrəsi
    Novruz bayramında ənənəvi Azәrbaycan çay süfrəsi
  • Samovar
    Samovar
  • Çay dəsti
    Çay dəsti

Həmçinin bax

  • Azərbaycan çayı (film, 2003)
  • Azərbaycan çayı (film, 1967)
  • Azərbaycanda çayçılıq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azərbaycan çayı sözünün mənası, azərbaycan çayı haqqında məlumat. azərbaycan çayı nədir? azərbaycan çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Şəhər folkoru

  • Fevral 26, 2026

    Onurğasızlar

  • Fevral 27, 2026

    Nikolay Kopernik

  • Mart 06, 2026

    Good! Afternoon

  • Fevral 27, 2026

    Morfogenez

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst