Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stanislav Stanislavoviç Vonsoviç və ya Stanislav Aleksandroviç Vonsoviç və ya Vanseviç (8 may 1888 – 1 noyabr 1937, Leninqrad) — Azərbaycan Xalq Cümhuriyyəti Pa

Stanislav Vonsovic

  • Ana Səhifə
  • Vikipediya
  • Stanislav Vonsovic

Stanislav Stanislavoviç Vonsoviç və ya Stanislav Aleksandroviç Vonsoviç və ya Vanseviç (8 may 1888 – 1 noyabr 1937, Leninqrad) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Milli azlıqlar fraksiyasının üzvü.

Stanislav Vonsoviç
Stanislav Aleksandroviç (və ya Stanislavoviç) Vansoviç
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü
15 dekabr 1918 – 27 aprel 1920
FraksiyaMilli azlıqlar fraksiyası
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1888(1888-05-08)
Doğum yeri Starıy Zamok, Dvin uyezdi, Vitebsk quberniyası
Vəfat tarixi 1 noyabr 1937(1937-11-01) (49 yaşında)
Vəfat yeri
  • Leninqrad, RSFSR, SSRİ
Vəfat səbəbi siyasi repressiya
Milliyyəti Polyak
Partiya
  • Konstitusiyalı Demokratiya Partiyası
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti yanğınsöndürən[d]

Mündəricat

Həyatı

Stanislav Vonsoviç 8 may 1888-ci ildə Vitebsk quberniyasının Dvin uyezdinin Starıy Zamok bölgəsində anadan olmuşdur.[mənbə göstərilməlidir] Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Rusiya İmperator Ordusunda zabit olaraq xidmət edib.

Stanislav Vonsoviç Polşanın Bakıdakı Konsul agentliyinin katibi vəzifəsini yerinə yetirib.

Stanislav Vonsoviç 1920-ci ilin avqustun 14-də Sovet hökuməti tərəfindən həbs edilmişdir. O, 1920-ci ilin dekabrına qədər həbsdə saxlanılıb. Vonsoviç həbs edilərkən həyat yoldaşı 28 yaşında, oğlu Stanislav isə 5 yaşında olub.

Stanislav Vonsoviç istintaqa verdiyi ifadədə Bakıda çoxdan yaşadığını və buradakı polyakların hamısını tanıdığını bildirmişdir. Stanislav Vonsoviç sonradan həbsdən azad edilmişdir.

Daha sonra Dno şəhərində qatar stansiyasında yanğınsöndürən işləmişdir.

Stanislav Vonsoviç haqqında 1 oktyabr 1937-ci ildə KQB tərəfindən həbs əmri çıxarılmış, 27 gündən sonra edama məhkum olunmuş, 1 noyabr 1937-ci ildə güllələnmişdir.[mənbə göstərilməlidir]

Siyasi fəaliyyəti

Stanislav Vonsoviç Xalq Azadlığı Partiyası (kadetlər) Bakı bürosunun üzvü olmuşdur və Qafqaz xalqlarına azadlıq prinsipini dəstəkləmişdir.

Stanislav Vonsoviç 15 dekabr 1918-ci ildə Bakı polyakları adından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü olmuşdur.

1919-cu ilin oktyabr ayında 21 nəfər üzvdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olunmuşdur. Bu komissiyanın təşkilindən sonra parlamentin 13 oktyabr 1919 tarixli sayca səksən üçüncü iclasında rəsmi olaraq Stanislav Vonsoviçin də üzvü olduğu Məclisi-Müəssisan seçkiləri üçün layihə komissiyasının işinə xitam verilmişdir. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında Stanislav Vonsoviç nizamnamə komissiyasına seçilmişdir. Parlamentin 22 aprel 1920 tarixli sayca yüz qırx üçüncü iclasında qanun layihəsi komissiyasına tam tərkibdə seçkilər keçirilmiş və Stanislav Vanseviç bu komissiyaya üzv seçilmişdir. Daha sonra isə bu komissiyanın katibi seçilmişdir.

Həmçinin bax

  • Bakı Polyak Komitəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, stanislav vonsovic sözünün mənası, stanislav vonsovic haqqında məlumat. stanislav vonsovic nədir? stanislav vonsovic nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Jizel

  • Mart 02, 2026

    Dienlər

  • Mart 01, 2026

    Sabir Məmmədli

  • Mart 01, 2026

    Bermud üçbucağı

  • Fevral 27, 2026

    Nəcla Sultan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst