Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İber müharibəsi — Sasani imperiyası ilə Bizans imperiyası arasında İberiyaya (indiki Kartli, şərqi Gürcüstan) nəzarət etmək uğrunda gedən müharibə. İberiya Sasa

İber müharibəsi

  • Ana Səhifə
  • Vikipediya
  • İber müharibəsi

İber müharibəsi — Sasani imperiyası ilə Bizans imperiyası arasında İberiyaya (indiki Kartli, şərqi Gürcüstan) nəzarət etmək uğrunda gedən müharibə. İberiya Sasanilərin müştəri dövləti idi, lakin Bizans tərəfinə keçmişdi. Münaqişə xərac və ədviyyat ticarəti ilə bağlı yaranan gərginlik səbəbindən baş vermişdi.

İber müharibəsi
Yeri
  • İberiya
  • Cəzirə
  • Cənubi Qafqaz

    Sasanilər 530-cu ilə qədər üstünlüyünü qorumuş, lakin Bizans Darə və Satala döyüşlərində öz mövqelərini bərpa etmişdilər, Qəssani müttəfiqləri isə Sasanilərlə müttəfiq olan Ləxmiləri məğlub etmişdilər. 531-ci ildə Sasanilərin Kallinikdəki qələbəsi imperiyalar "Əbədi sülh" imzalayana qədər müharibəni daha bir il uzatmışdır.

    Mündəricat

    Zəmin

    502–506-cı illər müharibəsindən sonra 20 il davam edən (daimi sərhəd münaqişələrinə baxmayaraq) 7 illik barışıq imzalanmışdır. I Qubad Bizans–İberiya ilə həmsərhəd vilayətdə xristianlığın üstünlük təşkil etməsindən çəkinərək zərdüştiliyi zorla tanıtmağa başlamış və bu da yeni müharibəyə səbəb olmuşdur.

    Müharibə

    Toqquşmalar nəticəsində iki dövlət arasında münaqişə yaranmışdır. 525-ci ildə Bizans donanması Himyar dövlətinin nəzarətində olanYəmənə hücum etmək üçün bir ordu daşımış və İranın Ləxmi müttəfiqləri Bizans imperiyasının ərazisini işğal etmişdilər. 526–527-ci illərdə Cənubi Qafqazda və Şimali Mesopotamiyada ciddi qarşıdurma baş vermişdir. 527-ci ildə I Yustinin ölümündən sonra taxta onun qardaşı oğlu Yustinian oturmuşdur.

    Müharibənin ilk illəri 527-ci ildə iber üsyanını yatıran İran üçün əlverişli idi. Həmin il Bizansın Nisibis və Tebetaya qarşı hücumu uğursuz olmuşdur. 528-ci ildə İran Şərqi Lazikaya hücum etməyi planlaşdırdıqları sahil başını fəth etmişdilər. Bu uğurlar Yustiniana Bizansın müdafiə sisteminin zəifliyini göstərmişdir. Sasani qüdrətinin genişləndiyi ərazi iki yerə bölünmüşdür. Elə həmin il Belizari ordusu ilə Tanurisə daxil olmuş və burada Bizans istehkamlarını quran fəhlələri qorumaq üçün uğursuz cəhd göstərmişdir.

    Ləxmilər 529-cu ildə Suriyaya bir sıra hücumlara başlamışdılar. Bu sərhədləri təmin etmək üçün Yustinian Qəssani müttəfiqlərinə koalisiya yaratmağa icazə vermişdir. 530-cu ildə Belizari Darədə İran üzərində parlaq qələbə qazanmışdı, lakin növbəti il Kallinikdə məğlub olmuş və bu, onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olmuşdur.

    Atəşkəs

    532-ci ilin sentyabrında I Qubadın ölümündən az sonra "Əbədi sülh" müqaviləsi imzalanmışdır Müqavilənin şərtlərinə görə, İranın işğal etdiyi Bizans əraziləri xərac müqabilində geri qaytarılmışdır. İberiya Sasanilərin nəzarəti altında qalmışdır. Bu zaman İranın yeni hökmdarı I Xosrov Ənuşirvan ölkə daxilində öz hakimiyyətini gücləndirməkdə daha çox maraqlı idi.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇ber müharibəsi sözünün mənası, i̇ber müharibəsi haqqında məlumat. i̇ber müharibəsi nədir? i̇ber müharibəsi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 06, 2026

      Datafikasiya

    • Fevral 27, 2026

      Vaspurakan

    • Fevral 27, 2026

      E.ə. 540

    • Fevral 10, 2026

      Ensiklopediya

    • Mart 02, 2026

      Qaradağ (Ağsu)

    Trend Mahnılar
    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Mart 02, 2026

      Şəbnəm Tovuzlu - Sən Də Gəl

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst