Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002).

Mətanət Atakişiyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Mətanət Atakişiyeva

Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002).

Mətanət Atakişiyeva
Mətanət Ağazair qızı Atakişiyeva
Doğum tarixi 16 may 1962(1962-05-16) (63 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr aktrisası, kino aktrisası
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Teatr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20022002 "Tərəqqi" medalı — 20192019

Mündəricat

Həyatı

Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir.

M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Əsas rolları

  1. İblis (H. Cavid) — qaraçı
  2. Atabəylər (N. Həsənzadə) — kəniz
  3. Sehrli alma (Y. Lada) — dayə
  4. Nişanlı qız (S. Rəhman) — Qəmər
  5. Od gəlini (C. Cabbarlı) — 2-ci qız
  6. Ah, Paris… Paris!.. (Elçin) — Gülər xanım
  7. Vaqif (S. Vurğun) — Gülnar
  8. Torpağa sancılan qılınc (N. Xəzri) — Gönçəqız
  9. Şeyx Xiyabani (İ. Əfəndiyev) — Səhər
  10. Məlik Məmməd (nağıl-tamaşa) — ispan gözəli; Gülçin; nağılçı
  11. Mənsiz dünya (N. Xəzri) — Qaratel
  12. Yalan (S. Rəhman) — Xumar
  13. Məhəbbət və azadlıq (G. Fiqeryedu) — Kleya
  14. Fərhad və Şirin (S. Vurğun) — Fitnə
  15. Özümüzü kəsən qılınc (B. Vahabzadə) — Mələk
  16. Burla Xatun (N. Xəzri) — Qısırca yengə
  17. Bu dünyanın adamları (Hidayət) — Səkinə
  18. Ulduz yaxud Ədirnə fəthi (C. Cabbarlı) — havalı qadın
  19. Ağqoyunlular və qaraqoyunlular (Ə. Əmirli) — Qaraqoyunlu bibi
  20. Brüsseldən məktublar (H. Həsənov) — Tubu xanım Axundova
  21. Qatil (Elçin) — Xanım Həsənzadə
  22. Ölüləri qəbiristanlıqda basdırın (İ. Şıxlı) — Sərvinaz bəyim
  23. Kaş araba aşmayaydı (O. İoseliani) — Tasiya
  24. Xəcalət (H. Mirələmov) — Fərqanə
  25. Eloğlu (A. Şaiq) — Anaxanım
  26. Şekspir (Elçin) — Sara Bernard
  27. Əmir Teymur (H. Cavid) — Dilşad

Filmoqrafiya

  1. Gümüşgöl əfsanəsi (film, 1984) — rol: Nərgiz
  2. Ordan-burdan (film, 1987) — rol: Rənanın rəfiqəsi
  3. Dəvətnamə (film, 2003) — rol: Firuzə
  4. Tənha durna uçuşu (film, 2003)
  5. Cavid ömrü (film, 2007)
  6. Absurdistan (film, 2008) (tammetrajlı bədii film) — rol: polisin arvadı
  7. Ayrılıq imiş (film, 2008)
  8. Vəkil hanı? (film, 2011)
  9. Ləyaqət hücrəsi (film, 2011)
  10. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  11. Sübhün səfiri (film, 2012)
  12. Həyat çiçəyi (teleserial, 2013)
  13. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  14. Məhəbbət və susuzluq (film)
  15. İnanmırsansa (film) — rol: Arzu
  16. Yunus İmrə (film) — rol: Fatma

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mətanət atakişiyeva sözünün mənası, mətanət atakişiyeva haqqında məlumat. mətanət atakişiyeva nədir? mətanət atakişiyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Seismosaurus

  • Fevral 25, 2026

    Marko Polo

  • Fevral 27, 2026

    Mirəli Seyidov

  • Mart 06, 2026

    Banditizm

  • Fevral 27, 2026

    Plantasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst