Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xaltanlı Tağı (1776, Xaltan, Quba xanlığı – 1890, Xaltan, Quba rayonu) — XIX əsr aşıqlarındandır, Şirvan məktəbinin qurucusudur.

Xaltanlı Tağı

  • Ana Səhifə
  • Vikipediya
  • Xaltanlı Tağı

Xaltanlı Tağı (1776, Xaltan, Quba xanlığı – 1890, Xaltan, Quba rayonu) — XIX əsr aşıqlarındandır, Şirvan məktəbinin qurucusudur.

Xaltanlı Tağı
Doğum tarixi 1776(1776)
Doğum yeri
  • Xaltan, Quba xanlığı
Vəfat tarixi 1890(1890) (113–114 yaşında)
Vəfat yeri
  • Xaltan, Quba rayonu, Azərbaycan
Fəaliyyəti musiqiçi
Vikimənbənin loqosu Xaltanlı Tağı Vikimənbədə

Mündəricat

Həyatı

Xaltanlı Tağı 1798-ci ildə Quba əyalətinin Xaltan kəndində anadan olmuş, ömrünün çox hissəsini bu kənddə keçirmişdir. Kameral təsvirlərə əsasən, atasının adı İsmayıl, babasının adı Mövlamqulu, qardaşının adı isə İsa olmuşdur. Tağı mollaxana təhsilini Tahircal (indiki Qusar rayonunda) kəndində almış, sonradan elmə dərin maraq göstərərək Tabasaranın Yaraq kəndində dövrünün böyük alimi Məhəmməd Yaraqlının mədrəsəsində təhsilini tamamlamışdır. Maraqlıdır ki, Dağıstan xalqlarının I imamı Qazi Məhəmməd və III imam Şeyx Şamil də həmin illərdə bu mədrəsədə təhsil almışlar. Aşıq Tağının Qazi Məhəmmədlə deyişməsi və Şeyx Şamilə yazdığı üç şeir bizə məlumdur. Aşıq Tağı Xaltanda yaşasa da, tez-tez səfərlərdə olmuş, Azərbaycan türkcəsinin işləndiyi geniş coğrafiyada – Həştərxandan Ərdəbilə, Xorasana qədər – sazı və sözü ilə gəzib dolaşmışdır. Onun Dağıstana getdiyi illər Şeyx Şamil hərəkatı dövrünə düşmüşdür. Deyilənə görə, əsgərlər onu tutub Şamilin yanına gətirmiş, söhbət zamanı onun el sənətkarı olduğu aydınlaşmışdır. Tağıya burada əsgərlərlə qalması təklif olunmuş, o isə aşığın el arasında olmasını vurğulayaraq sərbəst buraxılmasını xahiş etmişdir. Bundan sonra Tabasarana, Həştər xana, Şamaxıya, Gəncəyə, Qarabağa gəlmiş, el sənətkarı kimi müxtəlif bölgələri gəzmiş, Xoya və Xorasana getmişdir. Axırıncı xəbəri Təbrizdən gəlmişdir. Quba ağsaqqallarının söyləmələrinə görə, Xaltanlı Tağının əsli Təbrizdən olmuşdur; "Bəlkə gəlmədim" rədifli şeirində də buna işarələr vardır. Tağının Sədi adında oğlunun da Dağıstanda təhsil aldığı, şeirlər yazdığı və onların Abbasqulu ağa Bakıxanovun təşkil etdiyi “Gülüstan” ədəbi məclisinin iştirakçıları olduğu qeyd olunur.

1863-cü il və 1874-cü il siyahıyaalmalarına əsasən, Xaltanlı Tağının 1873-cü ildə vəfat etdiyi qəbul edilir.

Yaradıcılığı

Aşıq şeirinin əllidən artıq növündə yaradan Xaltanlı Tağı Azərbaycan dilində yazıb-yaratmış, yaradıcılığında qoşma, gəraylı, deyişmə, divani, qıfilbənd, ustadnamələrlə yanaşı, qəzəl və müxəmməslərə də geniş yer vermişdir. Şirvan aşıq şeirinin əsas yaradıcılarından biri kimi tanınan Tağı dövrünün görkəmli ziyalıları ilə yaxın münasibətdə olmuşdur: Quba qazisi Abdulla əfəndi, Tahircallı Əmir Əli əfəndi, Xınalıqlı Əmin, Qubalı Hacı, Mirzə Möhsün Xəyali, Mahin, Ehraqlı Aşıq Rəcəb, Müşkürlü İbrahim və başqaları ilə. O, "Molla Nur" dastanının şifahi variantını söyləmiş və bu dastanın xalq arasında yaşamasında mühüm rol oynamışdır. Quba, Şamaxı və Dağıstan tərəflərdə xüsusilə məşhur olmuşdur. Tağının yaradıcılığı uzun müddət diqqətdən kənarda qalmış, şeirləri dillərdə dolaşmış, aşıqların repertuarında yaşamışdır. Buna görə də bir qismi unudulmuş, hazırda 125-ə qədər şeiri əldə olunmuşdur. 28 yeni saz havası Xaltanlı Tağının adı ilə bağlıdır. Onun mahnıları arasında “Qobustanı”, “Quba Kərəmi”, “Alça gülü”, “Cığatay Koroğlu”, “Vücudnamə”, “Çoban yaylağı” xüsusilə məşhurdur.


Araşdırmalar

Əməkdar incəsənət xadimi, mərhum Ağalar Mirzə Xaltanlı Tağı haqqında araşdırma aparmış, 1999-cu ildə ustad aşığın həyat və yaradıcılığına həsr olunmuş “Xaltanlı Tağı” adlı kitabı dərc etdirmişdir. Bu zaman Aşıq Haşım Ağalar Mirzəyə Xaltanlı Tağının “Güllü və Tağı” dastanını vermiş və yeni kitab çap olunmuşdur. 2024-cü ildə "Mücrü" nəşriyyatında publisist, yazar Tahir Həsənlinin "Xaltanlı Tağı" kitabı, 2025-ci ildə isə "Haqdan yanan çıraq" kitabı işıq üzü görmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xaltanlı tağı sözünün mənası, xaltanlı tağı haqqında məlumat. xaltanlı tağı nədir? xaltanlı tağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Yunanıstan parlamenti

  • Fevral 27, 2026

    Sinekdoxa

  • Fevral 27, 2026

    Karl Knis

  • Mart 06, 2026

    238 (ədəd)

  • Fevral 27, 2026

    Uxan

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst