Xəzər Zafir oğlu İbrahim (30 may 1978) — Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı sabiq Fövqəladə və səlahiyyətli səfiri.
| Xəzər İbrahim | |
|---|---|
| |
Vəzifədədir | |
| 26 iyul 2021 | |
| Əvvəlki | Elin Süleymanov |
| ? – 26 iyul 2021 | |
| Əvvəlki | Rəşad Məmmədov |
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri | |
| 2007 – 2009 | |
| Nazir | Elmar Məmmədyarov |
| Əvvəlki | Tahir Tağızadə |
| Sonrakı | Elxan Poluxov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 30 may 1978 (47 yaş) |
| Təhsili |
|
| Fəaliyyəti | diplomat |
| Təltifləri | |
Həyatı
30 may 1978-ci ildə anadan olmuşdur. Əslən Lənkəran rayonu Kənarmeşə kəndindəndir. Evlidir, bir oğlu və üç qızı var. Xəzər İbrahim Bakı Dövlət Universitetində təhsil almışdır. O, həmçinin Vaşinqtonda yerləşən Corctaun Universitetində beynəlxalq münasibətlər və təhlükəsizlik araşdırmaları fakültələrini bitirmişdir.
Karyerası
2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışmışdır. 2011–2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyin başçısı vəzifəsində işləmişdir. 26 iyul 2021 tarixində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılmışdır.
26 iyul 2021 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xəzər i̇brahim sözünün mənası, xəzər i̇brahim haqqında məlumat. xəzər i̇brahim nədir? xəzər i̇brahim nə deməkdir?
