Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Bəkr Məhəmməd ibn Təyyib ibn Məhəmməd əl-Bəsri əl-Baqilani (ərəb. الباقلّاني‎; 950[…], Bəsrə – 5 iyun 1013, Bağdad) — Əşari kəlamçısı və Maliki fəqihi.

Baqillani

  • Ana Səhifə
  • Vikipediya
  • Baqillani

Əbu Bəkr Məhəmməd ibn Təyyib ibn Məhəmməd əl-Bəsri əl-Baqilani (ərəb. الباقلّاني‎; 950[…], Bəsrə – 5 iyun 1013, Bağdad) — Əşari kəlamçısı və Maliki fəqihi.

Baqillani
ərəb. الباقلاني‎
Doğum tarixi 950(0950)[…]
Doğum yeri
  • Bəsrə, Bəsrə mühafəzəsi, İraq
Vəfat tarixi 5 iyun 1013(1013-06-05) (62–63 yaşında)
Vəfat yeri
  • Bağdad
Elm sahələri islam etiqad məzhəbləri[d], kəlam
Tanınmış yetirmələri Əbu İshaq əş-Şirazi

Bioqrafiyası

Atası və ya babalarından kiminsə paxla ticarəti ilə məşğul olmasından ötrü ona "Baqillani" deyilmişdir. Ləqəbi "Qazı"dır. Digər bir bir nisbəsi də "Bəsri"dir.

İbn Mücahid ət-Tai, Əbül-Həsən əl-Bəhili, Əbu Abdullah əş-Şirazi, İbn Əbu Zeyd əl-Qayrəvani, Əbu Bəkr əl-Əbhəri və İbn Səmundan üsul, fiqh, kəlam və əxlaq öyrənib, Əbu Bəkr əl-Qətii, İbn Məsi və Darəqutnidən hədis dinləyib. Bəsrə məscidində dərs deyib, Ədudüddövlə oğlu Simnanüddövləyə müəllimlik edib. Şirazda Ədudüddövlənin hüzurunda Əbül-Həsən əl-Əhdəb, Əbu İshaq ən-Nusaybini, şiələrədən İbn əl-Müəllim, şafeilərdən Əbül-Fərəc İbn Tərar ilə elmi debatlar etmişdir. Bizans imperatoru II Vasili Vulqarokton səfir olaraq göndərilmiş və orada da keşişlərlə üç üqnum inancı ilə bağlı debatlar etmişdir. Bir müddət qazı və qazıl-quzatlıq etmiş, Bağdaddakı Mənsur məscidində dərs demişdir. Əbu Cəfər əs-Simnani, Əli ibn Məhəmməd əl-Hərbi, Əbu Abdullah əl-Əzdi, Əbu Əbdürrəhman əs-Süləmi, Əbül-Qasım əs-Seyrəfi, Əbu Zər əl-Hərəvi və Əbu Xətim əl-Qəzvini onun tələbələrindən bəziləridir.

Bağdadda yaşadığı dövrdə Kərxi və müxtəlif bölgələri ziyarət etmiş, Hənbəli alimləri ilə elmi mübahisələr apararaq onların kəlam elminə münasibətini qismən yumşaltmışdır. Batiniyyə təliminə qarşı əsər yazmış və bu firqənin Bağdatdakı fəaliyyətlərini təkzib etmişdir. Batiniyyənin tərəfdarı olan Mosul valisi Kərvanın təhlükəli işlərinin qarşısını almaq üçün xəlifə Qədir-Billah tərəfindən Bəhaüddövləyə səfir kimi göndərilmişdir.

Baqillani 23 Zilqadə hicri 403-cü (5 iyun 1013) ildə Bağdadda vəfat etmiş və Əhməd ibn Hənbəl yanında dəfn edilmişdir.

Baqillani "ət-Təmhid", "əl-İnsaf", "İcazül-Quran", "əl-Bəyan" və başqa əsərlərin müəllifidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, baqillani sözünün mənası, baqillani haqqında məlumat. baqillani nədir? baqillani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şir (bürc)

  • Fevral 27, 2026

    Firəngiz Əhmədova

  • Fevral 28, 2026

    Daihatsu

  • Fevral 27, 2026

    Qulu Məhərrəmov

  • Fevral 26, 2026

    Portuqaliya krallığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst