Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksey Fayzulhaqoviç Sultanov (özb. Aleksey Fayzulhakovich Sultanov; 7 avqust 1969, Daşkənd – 30 iyun 2005, Fort Vort) — XX əsrin ən görkəmli özbək pianoçuları

Aleksey Sultanov

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksey Sultanov

Aleksey Fayzulhaqoviç Sultanov (özb. Aleksey Fayzulhakovich Sultanov; 7 avqust 1969, Daşkənd – 30 iyun 2005, Fort Vort) — XX əsrin ən görkəmli özbək pianoçularından biri, SSRİ-də və ABŞ-də böyük sənətkar kimi məşhur idi.

Aleksey Sultanov
Ümumi məlumatlar
Doğum tarixi 7 avqust 1969(1969-08-07)
Doğum yeri
  • Daşkənd, Özbəkistan SSR, SSRİ
Vəfat tarixi 30 iyun 2005(2005-06-30) (35 yaşında)
Vəfat yeri
  • Fort Vort
Vəfat səbəbi insult
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, bəstəkar
Janr klassik musiqi
Musiqi aləti piano
Təhsili
  • Moskva Dövlət Konservatoriyası
alexeisultanov.free.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musiqiçilər (atası Fazulhaqq Abdulhaqq oğlu violonçelist, anası Natalya xanım Poqorelova skripkaçdır) ailəsində dünyaya gəlib, nənəsi Zamirə xanım Hidoyatova, özbək xalqının tanınmış və sevimli aktrisasıdır.

Mündəricat

Həyatı

Aleksey Sultanov 6 yaşından Özbəkistanda V.Uspenski adına respublika musiqi məktəbində əmekdar müəllim Tamara Popoviçin sinfində (fortopiano) təhsil almışdır. 8 yaşından konsertlər vermiş, 12 yaşında Beynəlxalq "Konsertino Praqa-82" müsabiqəsinin laureatı, 15 yaşında Özbəkistan respublikası Komsomol mükafatı laureatı adına layiq görülmüşdür. Təhsilini Moskva konservatoryasında (ali musiqi məktəbi) Lev İvanoviç Naumovun sinfində davam etmişdir. 1986-cı ildə 17 yaşlı gənc pianoçu haqqında rejissor Əli Hamrayev sənədli film çəkmişdir. 1989-cu ildə Van Klibern adina 8-ci Beynəlxalq pianoçular müsabiqəsinin qalibi çıxdıqdan sonra, davamlı olaraq qastrollara dəvət edilmişdir.

1990-cı ildə konservatoryanın üçüncü kursunu davam etdirməmiş ve 1991-ci ildə Amerika Birləşmiş Ştatlarına getmişdir.

Sonralar, Aleksey Sultanov iki dəfə — 1995-ci ildə Varşavada Şopen adına 13-cü Beynəlxalq pianoçular və 1998-ci ildə Çaykovski adına Beynəlxalq pianoçular müsabiqələrində iştirak etmiş və hər iki müsabiqədə gənc pianoçuya qarşı ədalətsizlik olmuşdur. Şopen adına Beynəlxalq pianoçular müsabiqəsində jüri, ikinci dərəcəli mükafatı Aleksey Sultanova verməyi, birinci mükafatı isə heç kimə verməmyi qərara almışdır. Aleksey Sultanov ikinci dərəcəli diplomu qəbul etməmiş və bu hadisədən sonra 26 yaşlı sənətkar iflic olmuşdur.

1998-ci ildə Çaykovski adına Beynəlxalq pianoçular müsabiqəsinə qiymət verən jüri, Prokofyevin Yeddinci sonatasının ifasında gərəksiz sərbəstliyə yol verdiyi üçün ona müsabiqənin üçüncü turunda iştirak etməyə icazə verməmişdir. Bu hadisə haqqında dövri mətbuatda haqlı və kəskin "Autsayderə eşq olsun!", "Dahi isdedadlar laureat olmadan da dahidir" başlıqlı məqalələrlə narazılıqlar olmuşdur.

Aleksey Sultanov 1999-cu ilin noyabr ayında Daşkənd şəhərində Milli Simfonik orkestr ilə birlikdə nənəsi, xalq artsti Zamirə xanımın xatirəsinə solo konsert həsr etmişdir.

Aleksey Sultanov qeyri-adi çıxışları ilə Avropanı, Asiyanı, Amerikanı fəth etmiş, dünyanın onlarla şəhərlərində konsertlər vermiş, Filadelfiya, Konsertgebau, Britaniya simfonik orkestrləri ilə birlikdə çıxış etmiş, Helsinki, Berlin, Frankfurt, Hamburq, Sürix, Afina, Milan, Osaka, Seul, Nyu-York və digər şəhərlərdə solo konsertləri vermişdir, La Skala, Karneqi-Holl, La Roke konsert salonlarında alqışlanmışdır. Məşhur pianoçu Vladimir Qorovis qayınatası – Arturo Toskaninidən qalmış dirijor çubuğunu gənc istedad Alekseyə hədiyyə etmişdir.

2001-ci ildə Özbəkstanda yeni qastrol səfərlərinə hazırlıq görən gənc pianoçu, fevral ayında ikinci dəfə iflicə məruz qaldı. Bu ağır xəstəliyə baxmayaraq, Aleksey Sultanov xeyriyyəçilik konsertləri verməyə davam etdişir.

Son illərini ABŞ-də yaşayan, "hər bir bəstəkarın qəlbinə yol açmağı bacaran", "piançuların vulkanlar sinfinə aid olan", "sərbəst, coşqun", "Fortepiano aslanı" musiqi ustası, dörd il davam edən mərdanə mübarizədən sonra 30 iyun 2005-ci ildə əbədiyyətə qovuşdu.

Yaradıcılğı

Temperamentinə görə Aleksey Sultanovun repertuarı romantizm və postromantizmdir. Yaradıcılığına Şopen, List, Raxmaninov, Skryabin kimi sənətkarlarin əsərləri daxildir. Aleksey Sultanov sənətində fövqəladə ifadə tərzi, sözün əsl anlamında ən səmimi lirik xəyallar yer tutmaqdadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aleksey sultanov sözünün mənası, aleksey sultanov haqqında məlumat. aleksey sultanov nədir? aleksey sultanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Scombridae

  • Fevral 27, 2026

    Feyenoord FK

  • Fevral 27, 2026

    Davit Volkov

  • Fevral 27, 2026

    Yuxarı Pfalts

  • Fevral 27, 2026

    Ulduzlar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst