Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naqif Ələşrəf oğlu Həmzəyev (24 may 1983, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015, 2020, 2024

Naqif Həmzəyev

  • Ana Səhifə
  • Vikipediya
  • Naqif Həmzəyev

Naqif Ələşrəf oğlu Həmzəyev (24 may 1983, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015, 2020, 2024), YAP Gəncə şəhər təşkilatının sabiq sədri (2013–2022), tarix üzrə fəlsəfə doktoru.

Naqif Həmzəyev
Azərbaycan Respublikasının Milli Məclisi V, VI və VII çağırış deputatı
Vəzifədədir
24 oktyabr 2015-ci ildən
    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
    19 mart 2015 – 1 oktyabr 2015
    ƏvvəlkiMikayıl Zeynalov
    SonrakıElnur Rzayev
    Gəncə Şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini
    8 fevral 2013 – 12 may 2014
    Şəxsi məlumatlar
    Doğum tarixi 24 may 1983(1983-05-24) (42 yaş)
    Doğum yeri
    • Nərimanlı, Vardenis rayonu, Ermənistan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Bakı Dövlət Universiteti (2004–2006)
    Fəaliyyəti siyasətçi
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • tarix üzrə fəlsəfə doktoru

    Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
    hamzayev.az
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı və təhsili

    Naqif Həmzəyev 24 may 1983-cü ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olub. Təhsilinə 1988-ci ildə Nərimanlı kənd orta məktəbində başlamış, 2000-ci ildə Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə tamamlamışdır.

    2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003–2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində "qonaq tədqiqatçı" statusu ilə "Birinci Dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru" mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyniadlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib.

    2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004–2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində "İraq Türkmənlərinin tarixi" mövzusunda araşdırma aparıb. 2006-cı ildə "İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu" mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Yaxın və orta şərqin tarixi" ixtisası üzrə magistr dərəcəsini qazanıb.

    2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Ehtiyat Zabit Hazırlığı kursunu uğurla bitirərək "leytenant" hərbi rütbəsini qazanıb.

    2009–2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən "Elektron Universitet" layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında "İT meneceri" üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 2018-ci ildə "XIX əsrin sonundan günümüzə qədər erməni siyasi düşüncəsi və siyasi partiyaları" adlı dissertasiya işini müdafiə etmişdir. 2020-ci ildə Renmin Universiteti (Çin) İpək yolu məktəbində Çin siyasəti ixtisası üzrə magistrantura pilləsinə qəbul olunub. 2024-cü ildə təhsilini uğurla bitirib.

    Ailəsi

    Ailəlidir, 2 övladı var. Nuhun Həmzə, Banu Həmzə

    Fəaliyyəti

    2000-ci ildən ictimai fəaliyyətlə məşğul olub. "Dünya Azərbaycanlıları" Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir.

    2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universitetinin İnformasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib.

    2009–2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru və İnnovasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

    2013–2014-cü illərdə Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində fəaliyyət göstərib.

    1 avqust 2013-cü ildə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib və 2022-ci ilin 31 yanvar tarixinədək həmin vəzifədə çalışıb.

    2015-ci il 19 mart tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsinə təyin edilib.

    2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Eyni zamanda parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Avstraliya və Yeni Zelandiya, Azərbaycan-Çin, Azərbaycan-Gürcüstan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Latviya, Azərbaycan-Mavritaniya, Azərbaycan-Portuqaliya, Azərbaycan-Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna və Azərbaycan-İsveç işçi qrupunun üzvüdür. Həmçinin Milli Məclisin Gənclər və İdman və İnsan hüquqları Komitəsinin və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.

    2020-ci ildə Avropa Şurası Parlament Assambleyası Əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.

    2020-ci il fevralın 9-da 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

    2021-ci iləd keçirilən YAP VII Qrultayında YAP Təftiş Komissiyasının üzvü seçilib.

    Milli Məclisin (MM) Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya Azərbaycan-Çexiya, Azərbaycan-Çin, Azərbaycan-Gürcüstan, Azərbaycan-İsveç, Azərbaycan-İsrail, Azərbaycan-Koreya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Macaristan, Azərbaycan-Mavritaniya, Azərbaycan-Portuqaliya, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə və Azərbaycan-Ukrayna işçi qruplarının üzvüdür.

    Həmçinin Milli Məclisin İnsan hüquqları və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitələrinin və Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvüdür.

    2024-cü il oktyabrın 8-də Azərbaycan - Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

    3 fevral 2025-ci ildə Milli Məclisin Hesablayıcı komissiyasının tərkibinə daxil edilib.

    Mükafatları

    • 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
    • Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli 224-V saylı Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı ilə təltif edilmişdir.
    • 2021-ci ildə "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilmişdir.
    • Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli sərəncamı ilə"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
    • 24 yanvar 2026 - cı ildə Türkiyədə “İpək Yolu” İctimai Diplomatiya və İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən "Türk Dünyası Xidmət Mükafatı" na laiq görülüb.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, naqif həmzəyev sözünün mənası, naqif həmzəyev haqqında məlumat. naqif həmzəyev nədir? naqif həmzəyev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 26, 2026

      Oxçuçay

    • Mart 02, 2026

      Villa Tugendhat

    • Fevral 27, 2026

      Nanay dili

    • Fevral 25, 2026

      Əylisçay

    • Fevral 10, 2026

      Skandinaviya

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst