Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçı

Baba Vəziroğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Baba Vəziroğlu

Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005).

Baba Vəziroğlu
Doğum adı Baba Vəzir oğlu Məsimov
Doğum tarixi 10 yanvar 1954(1954-01-10) (72 yaş)
Doğum yeri
  • Mollaisaqlı, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Uşağı 3
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1976-cı ildən
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20052005 Azərbaycan LKGİ mükafatı — 19881988
"Şərəf" ordeni — 20242024 "Şöhrət" ordeni — 20202020"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991).

Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı olmuşdur. "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997–1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998–2002) olmuşdur. Hazırda orada idarə heyətinin katibidir (2002-ci ildən). Sonra orada ədəbi proqramlar studiyasının müdiri (1991–1992), "Yurd" jurnalının məsul katibi (1993–1994), "İstedad" jurnalının baş redaktorunun müavini (1994–?) işləmişdir.

Mindən artıq şeirinə mahnı bəstələnmişdir. "Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İ. Karacalenin "İtirilmiş məktub" dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür (1983). Azərbaycan Yazıçılar İttifaqında gənc nasirlər birliyinin rəhbəri olmuşdur. M. Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirmişdir (1985). Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak etmiş (1982), ADR Yazıçılar İttifaqının dəvəti ilə ADR-də yaradıcılıq ezamiyyətində olmuşdur (1984). Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak etmişdir (1984).

Baba Vəziroğlu Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988) və "Humay" mükafatı (2000) laureatıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir (2005). 10 yanvar 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 11 yanvar 2024-cü ildə isə "Şərəf" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, iki qızı, bir oğlu var.

Əsərləri

  1. Səhər qatarı (hekayələr). Bakı: Yazıçı, 1980, 125 səh.
  2. Yaddan çıxan görüş (povest və hekayələr). Bakı: Yazıçı, 1985, 152 səh.
  3. Ocaq (povestlər). Bakı: Gənclik, 1989, 280 səh.
  4. Yol (povestlər və hekayələr). Bakı: Yazıçı, 1992, 352 səh.
  5. Dünya dəyməz göz yaşına. Bakı: İşıq nəşriyyatı, 1998, 144 səh.

Filmoqrafiya

  1. Nəsrulla Nəsrullayev (film, 1999)
  2. Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
  3. Bahar oğlu (film, 2004)
  4. Qonşular (film, 2006)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, baba vəziroğlu sözünün mənası, baba vəziroğlu haqqında məlumat. baba vəziroğlu nədir? baba vəziroğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Cek Savoretti

  • Fevral 25, 2026

    Barbarlar

  • Fevral 27, 2026

    Adsorbsiya

  • Mart 01, 2026

    E.ə. 78

  • Mart 06, 2026

    Estoniya kronu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst