Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Trypanosomatidae (lat. Trypanosomatidae) — eukaryota domeninin euglenozoa tipinin kinetoplastea sinfinin trypanosomatida dəstəsinə aid parazit birhüceyrəli orqa

Trypanosomatidae

  • Ana Səhifə
  • Vikipediya
  • Trypanosomatidae

Trypanosomatidae (lat. Trypanosomatidae) — eukaryota domeninin euglenozoa tipinin kinetoplastea sinfinin trypanosomatida dəstəsinə aid parazit birhüceyrəli orqanizm fəsiləsi.

Trypanosomatidae
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Discoba
Tipüstü:
Discicristata
Tip:
Evqlenozoylar
Yarımtip:
Glycomonada
Sinif:
Kinetoplastidlər
Yarımsinif:
Metakinetoplastina
Dəstə:
Trypanosomatida
Fəsilə:
Trypanosomatidae
Beynəlxalq elmi adı
  • Trypanosomatidae Doflein, 1901
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
NCBI  5654
EOL  4856
FW  

Mündəricat

Xarakterik əlamətləri

Kiçik ölçülü qamçılardır. Bədənləri uzunsov, hər iki ucda sivridir. Bədəni sitoplazma, nüvə, kinetoplast, undulyasiya edən membran və qamçıdan ibarətdir. Tripanazomlara bir çox onurğalı heyvanların qanında rast gəlmək olur. Quru onurğalılarında onların keçiriciləri ikiqanadlı həşəratlar, gənələr, triatom taxtabitiləri; su onurğalılarında isə qansoran zəlilərdir.

Yayılması

Keçmiş SSRİ ərazisində insanların tripanazomlarla yoluxması qeyd edilməmişdir. Ancaq iribuynuzlu mal-qarada bu qamçılılar aşkar edilmişdir. Azərbaycanda Trypanasoma və Leishmania cinslərindən olan Trypanasoma theileri Laveran – Lənkəran zonasında və Zurnabad yaxınlığında iribuynuzlu mal-qarada; T.lewisi Kent – Bakı ətrafında boz siçovulda; T. Rabinovitschi Brumpt – Dağlıq Qarabağda mişovulda; T. Vulgaris Zuhs – Abşeron yarımadasında və Zurnabad yaxınlığında ərəbdovşanında və tülküdə; T. Pestanci Zuhs – porsuqda; T. İngens Bateman et Mackie – cüyürdə; T. Loricatum (Mayer), T.mega Dutton et Todd, T.neveulemairie Brumpt, T. Pipinetis Diamond, T. Rotatorium Mayer – Kür çayı vadisində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Aşıq Bayramlı və Yekəxana su anbarında, Ağgöl, Sarısu, Nohur, Candar göllərində göl qurbağasında; T. Avium Danilewsky – göycəqarğada, qızılı qızlarquşunda və şanapipikdə; T. Dschunkowskyi Tartakowsky – zığzığda; T. Matisi Sergent – kənd qaranquşunda; Trypanosoma sp. – çöl muymulunda, ev sərçəsində, adi sığırçında, boz qarğada, sağsağanda; T. Carassii Mitrophanof – Xəzər dənizi hövzəsində, Şabran limanında, Kiçik Qızılağac körfəzində, Aşıq Bayramlı və Yekəxana su anbarlarında qızılı dabanbalığında, qızılüzgəcdə, lilbalığında, şərq çapağında, Kür çapağında, durnabalığında, xanıbalığında, enlibaşda, çəkidə; T. Bliccae Nikitin – Xəzər dənizi hövzəsində yastıqarında; T. Percae Brumpt – Xəzər dənizi hövzəsində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində Volqa sufunda və sufda; T. Schulmani Ghajbulayev – Dəvəçi limanında və Kiçik Qızılağac körfəzində durnabalığında aşkar edilmişdir.

Xəstəlik törədiciliyi

Leyşmaniyalar sürünənlərin, məməlilərin və insanın bir sıra xəstəliklərinin törədiciləridir. İnsanı yoluxduran növlərdən Azərbaycan ərazisində ancaq ikisinə rast gəlinmişdir: Leishmania tropica Wright və L. İnfantum Nicolle. Antroponoz dəri leyşmaniozunun törədicisi L.tropica, əsas keçiricisi – Phlebotomus sergenti, törədicisinin rezervuarı isə insandır. Bu xəstəliyin sabit endemik ocaqları Gəncə, Bərdə və Ağdam şəhərləri olmuşdur.

Visseral leyşmaniozun törədicisi L. infantum, infeksiya rezervuarı – şəhərlərdə (sinantrop ocaqlar) itlər, kənd yerlərində isə vəhşi heyvanlardır. Visseral leyşmanioz keçmişdə respublikanın əksər aran və dağətəyi rayonlarında yayılmış bir xəstəlikdir. Uşaqlar bu xəstəliyə daha çox tutulurlar.

60-70-ci illərdə respublikada keçirilən məqsədyönlü tədbirlər nəticəsində artıq 1966-cı ildə antroponoz dəri leyşmaniozu faktik olaraq ləğv edilmiş, Gəncə, Bərdə, Ağdam şəhərlərində bu xəstəliyin endemik ocaqları tamamilə aradan qaldırılmış, eləcə də bütünlükdə respublikada visseral leyşmaniozla xəstələnmə halları azalmışdır. Bu xəstəliyin Şamaxı, Göyçay, Ağdam və bir sıra başqa rayonlardakı ocaqları sağlamlaşdırılmışdır. Ancaq Azərbaycanın ayrı-ayrı rayonlarında visseral leyşmaniozla sporadik yoluxma halları hələ də qeyd edilməkdədir. Visseral leyşmaniozla mübarizə problemi respublikanın səhiyyə orqanları üçün aktual olaraq qalır.

Əhalinin miqrasiyası, turizmin sürətli inkişafı ilə bağlı olaraq ictimai-iqtisadi və təbii şəraitin kəskin dəyişməsilə əlaqədar leyşmaniozlar problemi getdikcə daha çox aktuallıq kəsb edir. Bu isə onların indiki areallardan kənara - həmin xəstəliyin yaxın keçmişdə ləğv edildiyi, ancaq onların ocaqlarının potensial şəkildə yenidən baş qaldıra biləcəyi ərazilərə yayılmasına səbəb ola bilər. Buna görə də leyşmaniozların öyrənilməsi və onlarla mübarizə aparılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi proqramına daxil edilmiş 6 ən mühüm tropik xəstəlikdən biridir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, trypanosomatidae sözünün mənası, trypanosomatidae haqqında məlumat. trypanosomatidae nədir? trypanosomatidae nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İdman gimnastikası

  • Fevral 27, 2026

    Ukraynca

  • Mart 06, 2026

    Məmiş Abdullayev

  • Mart 01, 2026

    Con Dikon

  • Fevral 27, 2026

    Fəth əl-Bari

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst