Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəfa Futbol Klubu (Şəfa FK) — Azərbaycanın Bakı şəhərini təmsil edən futbol klubudur. 1998-ci ildə təsis edilmişdir. 2025-ci ildən etibarən Azərbaycan Birinci L

Şəfa FK

  • Ana Səhifə
  • Vikipediya
  • Şəfa FK

Şəfa Futbol Klubu (Şəfa FK) — Azərbaycanın Bakı şəhərini təmsil edən futbol klubudur. 1998-ci ildə təsis edilmişdir. 2025-ci ildən etibarən Azərbaycan Birinci Liqasında çıxış edir.

Şəfa FK
Ölkə
  •  Azərbaycan
Yaranma tarixi 1998
Stadionu Şəfa stadionu
Liqa Azərbaycan Birinci Liqası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

1998/1999-cu il mövsümü. İlk dəfə 1998/1999 mövsümündə Azərbaycan çempionatında iştirak etmişdir. 15 avqust 1998-ci ildə klub ilk oyununu Şəmkir klubuna qarşı keçirmiş və 0–2 hesabı ilə məğlub olmuşdur. Klubun tarixində ilk qol 9 sentyabr 1998-ci ildə Kəpəz klubuna qarşı vurulmuşdur. Komanda mövsümü 14 xalla 12-ci yerdə başa vurmuşdur.

1999/2000-cu il mövsümü. Komanda 22 oyunda 8 qələbə, 3 heç-heçə və 11 məğlubiyyətlə 7-ci yeri tutmuşdur.

2000/2001-ci il mövsümü. Komanda 20 oyunun 10-da qalib gələrək 4-cü pillədə qərarlaşmışdır. Həmin mövsümdə Qarabağ (3–1, 2–1), Şahdağ (4–1) və Araz (4–0) kimi klublara qarşı qələbələr qazanmışdır.

2001/2002-ci il mövsümü. Komanda mövsümə Kəpəz üzərində 3–1 hesablı qələbə ilə başlamış, həmçinin Turan klubuna qarşı 2–0 hesabı ilə qalib gəlmişdir.

2003/2004-cü il mövsümü. Klub ardıcıl 8 qələbə qazanaraq diqqət çəkmiş, 8 oyunda ümumilikdə 20 qol vurmuşdur. Ən böyük hesablı qələbəsini Ədliyyə üzərində 7–1 hesabı ilə əldə etmişdir.

2004/2005-ci il mövsümü. Maliyyə çətinlikləri səbəbindən komanda zəifləyərək mövsümü tamamlamamış, texniki məğlubiyyətlərlə sonuncu yerdə qərarlaşmışdır.

Azərbaycan Kuboku

Klub ilk dəfə 2000/2001 mövsümündə Azərbaycan Kubokunda iştirak etmiş və finala qədər irəliləmişdir. Finalda Neftçi klubuna qarşı 2–1 hesablı qələbə qazanaraq tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi olmuşdur. Yarımfinal mərhələsində Dinamo-Bakılı klubunu (0–0, 3–2) məğlub etmişdir.

Yenidən fəaliyyətə başlaması

2023-cü il 16 iyun tarixində AFFA İcraiyyə Komitəsinin qərarı ilə klub Azərbaycan İkinci Liqasına qəbul olunmuşdur. Baş məşqçi vəzifəsinə təyin olunan Elşad Məmmədov əvvəlki heyəti tam dəyişərək gənc oyunçulardan yeni komanda formalaşdırmışdır.

Eyni il klub MyGroup Holding tərəfindən satın alınmış və tam şəkildə rebrendinq və struktur islahatları aparılmışdır. 2024/2025 mövsümündə klub İkinci Liqada 2-ci yeri tutaraq Azərbaycan Birinci Liqasına vəsiqə qazanmışdır.

Loqolar

1998–2005

İlk loqo yaşıl meydança üzərində futbol topu təsviri və qırmızı rənglə yazılmış “Şəfa” sözündən ibarət idi. Aşağı hissəsində klubun yaranma tarixi qeyd olunurdu.

2022

Klubun yenidən fəaliyyətə başlaması ilə loqo beşbucaqlı formalı dizayna dəyişdirilmiş, açıq və tünd mavi rəng çalarları ilə hazırlanmış, ortasında isə klubun simvolu olan ilan təsvir olunmuşdur. İlanın altında klubun adının qısaldılmış forması — “Ş.F.K.” yerləşdirilmişdir.

2023

2023-cü ildə MyGroup Holding tərəfindən aparılan rebrendinq nəticəsində yeni loqo təqdim olunmuşdur. Loqonun dizayn xüsusiyyətləri belədir:

  • Rəng palitrası: Mavi və qara rənglərin kontrastı gücü, ciddiliyi və peşəkarlığı əks etdirir. Neon effekti isə loqoya dinamika və müasirlik qatır.
  • Forma — Qalxan: Qalxan forması komandada birliyi, mübarizəni və qorunmanı simvollaşdırır.
  • Futbol topu: Loqonun yuxarı hissəsində yerləşdirilən futbol topu klubun əsas fəaliyyət istiqamətinin — futbolun — mərkəzdə olduğunu göstərir.
  • “ŞƏFA FK” yazısı: Müasir və aydın şriftlə yazılmış klub adı brend dəyərini vurğulayır və asan tanınmanı təmin edir.
  • Tarix (1998): Klubun yaranma tarixi qeyd olunaraq onun ənənələrinə və tarixçəsinə dəyər verildiyi göstərilir.
  • Ulduz: Loqoda yer alan ulduz klubun Azərbaycan Kubokunun qalibi olduğunu simvolizə edir.
  • Aypara: Aypara İslamı və milli dəyərləri təmsil edən güclü bir simvoldur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şəfa fk sözünün mənası, şəfa fk haqqında məlumat. şəfa fk nədir? şəfa fk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alban-Udi kilsəsi

  • Fevral 27, 2026

    Butan–Yaponiya münasibətləri

  • Fevral 27, 2026

    Əbdürrəhman Dai

  • Fevral 27, 2026

    Qızıl Şir

  • Mart 02, 2026

    Qdansk yarımadası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst