Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qazangölçay və yaxud Gığıçay (erm. Գեղի; Qeği) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi keçmiş Qafan rayonu ərazisində Gığı dərəsi boyunca axan dağ ç

Qazangölçay

  • Ana Səhifə
  • Vikipediya
  • Qazangölçay

Qazangölçay və yaxud Gığıçay (erm. Գեղի; Qeği) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi keçmiş Qafan rayonu ərazisində Gığı dərəsi boyunca axan dağ çayı.

Qazangölçay
azərb. Qazangölçay‎, erm. Գեղի
Xəritə
Ölkə  Ermənistan
Region
  • Sünik mərzi
Rayon
  • Qafan rayonu (1930-1995)
Mənbəyi Zəngəzur dağları, Qazangöl
 • Yüksəkliyi 3130 m
Mənsəbi Oxçuçay
Uzunluğu 30 km
Su sərfi 4,6 m³/san
Su hövzəsi Oxçuçay > Araz
Hövzəsinin sahəsi 310 km²
Qolları Gərd çayı, Kurud çayı
Göl Qazangöl
Qazangölçay (Ermənistan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Qazangölçay Ermənistan xəritəsində:

39°12′ şm. e. 46°00′ ş. u.HGYO

39°11′ şm. e. 46°15′ ş. u.HGYO

Mündəricat

Ümumi məlumat

Çay öz mənbəyini 3130 m yüksəklikdə Hərəmli adlı yerdən və Qazangöl gölündən götürür. Hərəmlidən və Qazangöldən gələn kiçik çay qolları Motalqəyə adlı yerdə birləşərək azərbaycanlıların Qazangölçay, ermənilərin isə Qeği (erm. Գեղի) adlandırdığı 30 km uzunluqlu Oxçuçayın sol qolu olan Qazangölçayı əmələ gətirir.

Gığı dərəsi boyunca Acıbac, Pəyhan, Keypəşin, Mahmudlu, Gığı, Baharlı, Qovşud kəndlərindən keçən çay Zeyvə kəndinin Ağkörpü adlı yerində Oxçuçayla birləşir.

Sağ qolu Gərd çayı və sol qolu Kurud çayı ilə hövzəsinin sahəsi 310 km² təşkil edən çayın orta illik su sərfi 4,6 m³/san-dir. Bu göstərici bəzən maksimum 37,7 m³/san də olur.

Çayda hər 3–5 ildən bir baş verən sel və daşqınların ən dağıdıcısı leysan yağışlar nəticəsində baş verən 1947 və 1956-cı il daşqınlarıdır.

Su anbarı

Qacaran şəhərində yerləşən Zəngəzur mis-molibden zavodunu elektrik enerjisiylə təmin etmək məqsədiylə 1983-cü ildə Qazangölçay üzərində Gığı su-elektrik stansiyası inşa olundu. Bu məqsədlə çay sahilində yerləşən Baharlı kəndinin əhalisi qonşu Zeyvə kəndinə köçürüldü.

Həmçinin bax

  • Qafan rayonu
  • Qazangöl
  • Oxçuçay

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qazangölçay sözünün mənası, qazangölçay haqqında məlumat. qazangölçay nədir? qazangölçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hindistan yarımqitəsi

  • Mart 06, 2026

    Hybanthus

  • Mart 02, 2026

    Abdal (dağ)

  • Fevral 27, 2026

    Aran (Tovuz)

  • Fevral 27, 2026

    Nalçik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst