Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rokişkis (lit. Rokiškis) — Litvanın şimal-şərqində yerləşən şəhər. Panevejis qəzası Rokişkis rayonunun inzibati mərkəzidir. Şəhərin tarixi mərkəzi dövlət tərəfi

Rokişkis

  • Ana Səhifə
  • Vikipediya
  • Rokişkis

Rokişkis (lit. Rokiškis) — Litvanın şimal-şərqində yerləşən şəhər. Panevejis qəzası Rokişkis rayonunun inzibati mərkəzidir. Şəhərin tarixi mərkəzi dövlət tərəfindən qorunan Litva Respublikasının Mədəni Mülkiyyət Reyestrinə daxil edilmişdir (kodu 17102). Rokişkis pendirləri ilə məşhurdur. Hazırda Litvanın ən böyük süd istehsalçısı olan "Rokiškio sūris" şirkətinin ofisi Rokişkisdə yerləşir.

Rokişkis
Rokiškis
Bayraq Gerb
Bayraq Gerb
55°58′ şm. e. 25°35′ ş. u.HGYO
Ölkə
  •  Litva
Tarixi və coğrafiyası
İlk məlumat 1499
Sahəsi
  • 22 km²
Mərkəzin hündürlüyü 133 m, 126 m
Əhalisi
Əhalisi
  • 11.606 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu +370 8458
Poçt indeksi LT-42001
Digər
rokiskis.lt
Xəritəni göstər/gizlə
Rokişkis xəritədə
Rokişkis
Rokişkis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Latviya ilə sərhəddə, Vilnüsdən 158 km, Kaunasdan 165 və Utenadan 63 km məsafədədir. Panevejis-Dauqavpils xəttindəki dəmir yolu stansiyasına sahibdir. Laukupe çayı şəhər ərazisindən axır. Memele çayı isə başlanğıcını şəhərdən 6 km məsafədə götürür.

Əhali

2011-ci il siyahıya lınmasına əsasən şəhərdə 14 351 nəfər yaşayır. Bunun 13 214 (92,08 %) nəfəri litvalılar, 901 (6,28 %) nəfəri ruslar, 56 (0,39 %) nəfəri polyaklar, 37 (0,26 %) nəfəri belaruslar, 35 (0,24 %) nəfəri ukraynalılar, 108 (0,75 %) nəfəri isə digərləridir.

Adının etimologiyası

Şəhərin adı Rokas soyadından götürülmüşdür.

İqtisadiyyat

19-cu əsrdə Rokişkis Litvada ən böyük kətan lifi, kətan toxumu və çətənə toxumu tədarükçülərindən biri idi. Sovet dövründə şəhərdə kənd təsərrüfatı maşınlarının pilot istehsalı zavodu, pendir fabriki, konserv və yem zavodu, tikiş fabriki işləyirdi. 1965–1985 arasında Vilnüsə müntəzəm reyslərin həyata keçirildiyi Rokişkisdə bir hava limanı fəaliyyət göstərirdi.

Hazırda Litvanın ən böyük süd istehsalçısı olan "Rokiškio sūris" şirkətinin ofisi Rokiskisdə yerləşir. Şirkət 1925-ci ildə Tizenqauzen süd fermasının bazasında qurulmuşdur. Burada 1964-cü ildə bir pendir fabriki tikilmişdir.

Digər bir əhəmiyyətli müəssisə kənd təsərrüfatı texnikası istehsal edən Rokişkis Maşınqayırma Zavodudur (lit. Rokiškio mašinų gamykla).

Görməli yerləri

  • Neogotik üslublu Müqəddəs Matveyu kilsəsi (1877-ci ildə tikilmiş, daxili bəzədilmə 1885-ci ildə tamamlanmışdır.)
  • Kokişkis Kalvariyası.
  • Rokişkis bağ evi.
  • Gəlinciklər evi
  • Lenginas Pyapki Mərkəzi Şəhər Parkı.
  • Rokişkis bağ evi.
    Rokişkis bağ evi.
  • Azadlıq meydanındakı bina
    Azadlıq meydanındakı bina
  • Müqəddəs Matveyu kilsəsi
    Müqəddəs Matveyu kilsəsi
  • Azadlıq abidəsi
    Azadlıq abidəsi
  • Respublika küçəsi
    Respublika küçəsi
  • Şəhər mərkəzi
    Şəhər mərkəzi

Mədəniyyət

Şəhərdə 1 gimnaziya, 3 uşaq bağçası, Yuozas Kelitis adına kitabxana var. Bundan əlavə şəhərdə Panevejis Kollecinin (keçmiş Rokişkis Mədəniyyət məktəbi), Rokişkis Texnologiya, Biznes və Kənd Təsərrüfatı məktəbləri, Böyüklər və Gənclərin Təhsil Mərkəzi fəaliyyət göstərir. 1932-ci ildən bu günə qədər şəhərdə (Rokiskis bağ malikanəsinin əsas binasında yerləşən) Yerli Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.

Şəhərdə həvəskar teatr vardır. Rokişkisdə ildə iki dəfə teatr festivalı keçirilir — Respublika Milli Teatr Festivalı və Beynəlxalq "İnterrampa" festivalı.

Tanınmış sakinləri

  • Alqirdas Brazauskas — Litva dövlət xadimi, Litva Respublikasının Prezidenti (1993–1998), Litva Respublikasının Baş naziri (2001–2006);
  • Bronius Brujas — Litva rəssamı;
  • İolanta Vilyutite — Litva basketbolçusu;
  • Loreta Qraujinene — Litvanın siyasi və ictimai xadimi;
  • Monika Mironayte — Litvanın teatr aktrisası;
  • Yakov Smushkeviç — Sovet hərbiçisi;
  • Rayvidas Stanis — Litvavnın yüksəyə tullanma üzrə idmançisi,
  • Antoni Urbşs — Roma Katolik Kilsəsinin yepiskopu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rokişkis sözünün mənası, rokişkis haqqında məlumat. rokişkis nədir? rokişkis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuan

  • Mart 06, 2026

    Ağ kərgədan

  • Mart 06, 2026

    Tifus

  • Fevral 27, 2026

    Məhəllə

  • Fevral 27, 2026

    Qravitasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst