Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zviad Konstantinoviç Qamsaxurdiya (gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია; 31 mart 1939, Tbilisi – 31 dekabr 1993[…], Dzveli Xibula[d]) — Gürcüstan siyasətçisi

Zviad Qamsaxurdia

  • Ana Səhifə
  • Vikipediya
  • Zviad Qamsaxurdia

Zviad Konstantinoviç Qamsaxurdiya (gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია; 31 mart 1939, Tbilisi – 31 dekabr 1993[…], Dzveli Xibula[d]) — Gürcüstan siyasətçisi, dissidenti, alimi və yazıçısı. O, Gürcüstan SSR Ali Sovetinin sədri (1990–1991) və Gürcüstanın 1-ci Prezidenti (14 aprel 1991 – 6 yanvar 1992) olmuşdur.

Zviad Qamsaxurdiya
gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია
Gürcüstan Prezidenti
14 aprel 1991 – 6 yanvar 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıEduard Şevardnadze
Gürcüstan Ali Sovetinin sədri
14 noyabr 1990 – 14 aprel 1991
Əvvəlkiİrakli Abaşidze
SonrakıAkaki Asatiani[d]
Şəxsi məlumatlar
Doğum adı ზვიად გამსახურდია
Doğum tarixi 31 mart 1939(1939-03-31)
Doğum yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 31 dekabr 1993(1993-12-31)[…] (54 yaşında)
Vəfat yeri
  • Dzveli Xibula[d]
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Təhsili
  • Tbilisi Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, tərcüməçi, ədəbiyyat tarixçisi, filoloq, ədəbi tənqidçi, yazıçı
Atası Konstantin Qamsaxurdiya
Uşaqları 3 (Tsotne Gamsakhurdia, Konstantine Gamsakhurdia daxil olmaqla)
Dini Gürcü Ortodoks Kilsəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru

Təltifləri "Milli Qəhrəman" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Postsovet respublikalardan olan Gürcüstan Respublikasının demokratik yolla seçilmiş 1-ci prezidenti olan Zviad Qamsaxurdiya daim Rusiyanı onun hökumətinə qarşı sui-qəsddə ittiham edirdi. O, Gürcüstanın inkişaf etdirilməsi üçün xarici dövlətlərdən kömək ala bilməmiş və Qamsaxurdiya hökuməti tərəfindən tanınan Çeçenistanın dövlət başçısı Cövhər Dudayevin simasında özünə etibarlı müttəfiq tapmışdır.

O, Gürcüstanı dəhşətli və qanlı vətəndaş müharibəsinə aparan dövlət çevrilişinin qurbanı oldu. Zviad Qamsaxurdiya Abxaziya ilə Gürcüstan arasında mövcud fikir ayrılıqlarının kökündə dayanır. O həmçinin, digər Qafqaz ölkələri ilə yaxın əlaqələr qurmuşdur.

Mündəricat

Erkən həyatı

Zviad Qamsaxurdiya 31 mart 1939-cu ildə Gürcüstan Respublikasının paytaxtı Tbilis şəhərində anadan olmuşdur. O, əslən Zuqdididən, milliyətcə meqrel olan zadəgan gürcü ailəsində anadan olmuşdu. Onun atası akademik Konstantin Qamsaxurdiya XX əsrin aparıcı Gürcüstan yazıçılarından biri və keçmiş Gürcüstan Demokratik Respublikasının diplomatı olmuşdur. Zviad filologiya kursları almış, sonradan tərcüməçi və ədəbiyyatşünas kimi karyerasına başlamışdır.

Dissidentliyi

İlkin dövrü

İosif Stalinin gürcüstanlı olmasına baxmayaraq və ya elə məhz buna görə, sovet hakimiyyəti 1950-ci illərdə xüsusilə Gürcüstana qarşı qəddar siyasət aparırdı. Hökumət Nikita Xruşşovun hakimiyyəti dövründə Gürcüstan mədəniyyətinin təbliğini məhdudlaşdırmağa çalışırdı. Qamsaxurdiya 1955-ci ildə "Qorqasaliani" adlında yeraltı gənclər qrupu yaratmışdır. Qrup tarixi Gürcüstan kralı I Vaxtanq Qorqasalinin şərəfinə adlandırılmışdır. Bu qrup insan haqlarının pozulması ilə bağlı məlumatlar yaymağa çalışmışdır. Qamsaxurdiya 1956-cı ildə Tbilisi şəhərində SSRİ hakimiyyətinin Gürcüstan SSR-də apardığı ruslaşdırma siyasətinə qarşı təşkil edilən aksiya zamanı həbs edilmişdir. O, 1958-ci ildə antisovet materialları yaydığına görə yenidən həbs edilmişdir. Qamsaxurdiya 6 ay müddətinə Tbilisdə psixiatriya xəstəxanasına yerləşdirilmiş və ona "dekompensasiya ilə psixopatiya" diaqnozu qoyulmuşdur. Beləliklə, o, SSRİ-nin psixiatriyadan siyasi məqsədlər üçün istifadə edildiyi siyasətinin çoxsaylı qurbanlarından biri olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zviad qamsaxurdia sözünün mənası, zviad qamsaxurdia haqqında məlumat. zviad qamsaxurdia nədir? zviad qamsaxurdia nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abdullah Gül

  • Fevral 27, 2026

    Rodosun fəthi

  • Fevral 26, 2026

    Buxara vilayəti

  • Fevral 28, 2026

    Sol qulaqcıq

  • Mart 06, 2026

    Bəst

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst