Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Barat Süleyman oğlu Qaravəliyev (1923, Dağ Kəsəmən, Qazax qəzası – 18 avqust 2009, Ağstafa) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi.

Barat Qaravəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Barat Qaravəliyev

Barat Süleyman oğlu Qaravəliyev (1923, Dağ Kəsəmən, Qazax qəzası – 18 avqust 2009, Ağstafa) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi.

Barat Süleyman oğlu Qaravəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1923(1923)
Doğum yeri
  • Dağ Kəsəmən, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 18 avqust 2009(2009-08-18) (85–86 yaşında)
Vəfat yeri
  • Ağstafa, Ağstafa rayonu, Azərbaycan
Təhsili
  • Qazax Müəllimlər Seminariyası

Həyatı

Barat Qaravəliyev 1923-cü ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.

1930-cu ildə kənddəki yeddillik məktəbə daxil olub. 1939-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib Dağ Kəsəmən kəndində müəllim təyin edilib. 1942-ci ilə kimi Əli Bayramli və Tərtər rayonlarında İcraiyyə Komitəsinin sədri olub. 1942–1945-ci illərdə Ukrayna, Belarus, Latviya, Litvada Sovet ordusu tərkibində alman faşistlərinə qarşı vuruşub. "Şöhrət", "I dərəcəli Vətən müharibəsi", "III dərəcəli Şərəf nişanı", "Qırmızı Ulduz" ordenləri və 12 medalla təltif olunub. Müharibədən sonra bir müddət Dağ Kəsəmən kəndində pedaqoji fəaliyyət göstərib. 1952-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirir. O vaxt yaradılmış Gəncə vilayətində hələ təhsilini qurtarmamış təlimatçı təyin olunub. 1953-cü ilin dekabrında Ağstafa rayon Partiya Komitəsində ümumi şöbənin və partiya kitabxanasının müdiri təyin edilib. 1959-cu ilə kimi raykomun təşkilat şöbə müdiri və ikinci katib, 1959–1964-cü illərdə Qazax Rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb, 1964–1967-ci illərdə Tovuz Rayon Partiya Komitəsinin I katibi olub. 1967-ci ildə Qazax Rayon Partiya Komitəsinin I katibi təyin olunub. 1972-ci ilə kimi rayon rəhbəri olan Barat Qaravəliyev 1974–1979-cu illərdə Pirili kəndində sovxoz direktoru olub. Azərbaycan SSR Ali Sovetinin VIII çağırışında deputat seçilib.

2009-cu il avqustun 18-də Ağstafada vəfat edib.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, barat qaravəliyev sözünün mənası, barat qaravəliyev haqqında məlumat. barat qaravəliyev nədir? barat qaravəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Komo

  • Mart 01, 2026

    Veratrum

  • Mart 01, 2026

    Psittaciformes

  • Mart 06, 2026

    Günay Ağamalı

  • Mart 01, 2026

    Sövhac

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst