Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Actias luna həm də Luna kəpənəyi olaraq tanınır və Saturniidae ailəsinə aid olan gecə kəpənəyidir. Şimali Amerikanın tropik və subtropik bölgələrində yayılmış b

Actias luna

  • Ana Səhifə
  • Vikipediya
  • Actias luna

Actias luna — Pulcuqluqanadlılar fəsiləsinə aid kəpənək növü.

Actias luna
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Actias luna
Beynəlxalq elmi adı
  • Actias luna L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  936178
NCBI  63976

Mündəricat

Ümumi məlumat

Actias luna həm də Luna kəpənəyi olaraq tanınır və Saturniidae ailəsinə aid olan gecə kəpənəyidir. Şimali Amerikanın tropik və subtropik bölgələrində yayılmış bu növ, xüsusi olaraq uzun quyruqlu qanadları və parlaq yaşıl rəngi ilə tanınır. Actias luna böyüklüyü və estetik gözəlliyi ilə dünyanın ən heyrətamiz kəpənəklərindən biri hesab olunur. as of 2019 this is the only moth.

Actias luna olduqca böyük qanadlara malikdir, qanad açılımı 80-115 mm arasında dəyişir. Qanadları solğun yaşıl rəngdə olur və hər bir qanadda şəffaf, dairəvi göz naxışları yerləşir. Bu göz formaları onu yırtıcılardan qorumağa kömək edir. Arxa qanadlarının uzun və zərif quyruq hissələri vardır ki, bu da uçuş zamanı balans yaratmaq üçün istifadə olunur.

Bu kəpənək gecələr aktiv olur və əsasən güclü işıqlara doğru hərəkət edir. Müdafiə mexanizmi olaraq, qanadlarındakı şəffaf göz naxışları və yaşıl rəngi onu düşmənlərindən qoruyur. Həmçinin, yırtıcılar tərəfindən hücuma məruz qaldıqda arxa qanadlarını tez-tez hərəkət etdirərək, quyruq hissəsi ilə diqqəti yayındırır.

Yetkin Actias lunalar qısa ömürlü olduqları üçün qidalanmırlar. Onların ağız hissəsi inkişaf etmədiyi üçün, həyatlarının yetkin mərhələsində heç bir qida qəbul etmədən yaşayırlar. Lakin sürfə mərhələsində Actias palıd ağacı, qoz ağacı, fındıq ağacı, ağcaqayın ağaclarının yarpaqları ilə qidalanır.

Dişi kəpənəklər yumurtalarını ağac yarpaqlarının altına qoyur. Yumurtalar qəhvəyi-boz rəngdə və kiçik ölçüdə olur. Yumurtadan çıxan sürfələr parlaq yaşıl rəngdə olur və böyüdükcə bədənləri iri və tüklü hala gəlir. Yetkinliyə keçid zamanı sürfələr yarpaqlardan barama hazırlayır və bu mərhələdə metamorfoz keçirərək kəpənəyə çevrilirlər. Pupa mərhələsi bitdikdən sonra yetkin kəpənək baramadan çıxır və cəmi 1 həftə-10 gün arasında yaşaya bilir.

Actias lunaların əsas düşmənləri quşlar, yarasalar və bəzi böcəklərdir. Xüsusilə yarasalar gecə aktiv olduqları üçün bu kəpənəklərə daha çox hücum edirlər. Bununla yanaşı insan fəaliyyəti (məsələn, pestisidlər və meşələrin qırılması) bu kəpənəyin populyasiyasını təhlükə altına salır.

Qalereya

  • Yumurtaları
    Yumurtaları
  • Gənc tırtıllar
    Gənc tırtıllar
  • Yetkin tırtıl
    Yetkin tırtıl
  • Pup
    Pup
  • Erkək
    Erkək

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, actias luna sözünün mənası, actias luna haqqında məlumat. actias luna nədir? actias luna nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Müqəddəs İohann

  • Mart 01, 2026

    133 (ədəd)

  • Mart 06, 2026

    Enmə

  • Fevral 27, 2026

    Əfqanlar

  • Fevral 24, 2026

    Rəsul Rza

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst