Aşıq Səfiyar (tam adı. Hüseynov Səfiyar Paşa oğlu; 1920, Daşkənd – sentyabr 1943) – ifaçı aşıq.
| Aşıq Səfiyar | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Hüseynov Səfiyar Paşa oğlu |
| Doğum tarixi | 1920 |
| Doğum yeri |
|
| Vəfat tarixi | sentyabr 1943 (22–23 yaşında) |
| Vəfat yeri | itkin düşüb |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi, aşıq |
| Fəaliyyət illəri | 1937-1942 |
| Musiqi aləti | saz |
| Təhsili |
|
Həyatı
Hüseynov Səfiyar Paşa oğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır.
1938-ci ildə İrəvan Aşıqlar Qurultayında fəal iştirak etmişdir. Festivalda II yeri tutmuş, döş nişanı ilə təltif edilmişdir.
1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Aşıq Səfiyar 20 yanvar 1942-ci il tarixdə Basarkeçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Hüseynov Səfiyar Paşa oğlu 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür.
Ailəsi
Aşıq Səfiyar ailəli idi. Fərək Balış qızı (1924–2006) ilə ailə həyatı qurmuşdur. Məmləkət (1943) adlı qızı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşıq səfiyar sözünün mənası, aşıq səfiyar haqqında məlumat. aşıq səfiyar nədir? aşıq səfiyar nə deməkdir?
