Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Niyazi Mehdi (tam adı: Mehdiyev Niyazi Musa oğlu; 26 fevral 1951, Bakı – 28 fevral 2025, Bakı) — filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azə

Niyazi Mehdi

  • Ana Səhifə
  • Vikipediya
  • Niyazi Mehdi

Niyazi Mehdi (tam adı: Mehdiyev Niyazi Musa oğlu; 26 fevral 1951, Bakı – 28 fevral 2025, Bakı) — filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru.

Niyazi Mehdi
Müsavat Partiyası başqanının konseptual məsələlər üzrə müavini
May 2001 – ?
ƏvvəlkiVəzifə təsis edildi.
Müsavat Partiyasının konseptual məsələlər üzrə katibi
1992 – May 2001
Başqanİsa Qəmbər
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum adı Niyazi Musa oğlu Mehdiyev
Doğum tarixi 26 fevral 1951(1951-02-26)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 fevral 2025(2025-02-28) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Müsavat Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti filosof, ədəbi tənqidçi, tərcüməçi, universitet müəllimi[d]
Elmi fəaliyyəti
Elm sahəsi fəlsəfə, ədəbi tənqid

Mündəricat

Həyatı

Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1968–1973). M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil almışdır (1973–1976). M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim (1977–1982), baş müəllim (1982–1984) işləmişdir. Hazırda həmin kafedrada dosent vəzifəsində çalışır (1984-cü ildən). "Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1979). Doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub.

Ədəbi fəaliyyətə 1970-ci illərdən başlamışdır. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var.

Niyazi Mehdi 1992-ci ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olmuşdur.

Əsərləri

  • Qeyri-hökumət təşkilatlarının cəmiyyətdə rolu. Bakı: Azərbaycan, 1998.
  • İnsan öz haqlarını necə qorumalıdır. Bakı: Azərbaycan, 1998 (həmmüəlif).
  • Qeyri-zorakı mübarizənin nəzəriyyəsi və taktikası. Bakı: Azərbaycan, 1998 (həmmüəlif).
  • Haqları necə qorumalı. Nə etməli, nə bilməli haqqında yaddaş kitabı. Bakı: Azərbaycan, 1999 (həmmüəlif).
  • Çətin və dolaşıq durumların kulturolojisi (Şərq və Qərb mədəniyyətlərində virtual örtüyün "kosmoqoniyası"). Bakı: Qanun, 2001.
  • Qanunları necə gerçək etməli: Rəmzi Anayasa Məhkəməsindən 9 örnək. Bakı: Qanun, 2002 (həmmüəlif).
  • Səs verəkmi: Azərbaycan qadınına seçki fəallığı üçün yaddaş kitabı. Bakı: Qanun, 2003 (həmmüəlif).
  • Azərbaycan bilinmələrindən pıçıldayan nəsələr (Nəsələrlə nəsnələr arasında). Bakı: Qanun, 2003.
  • Demokratiya-Antidemokratiya: İnsan Haqları Bəyannaməsi üstündə rəmzi məhkəmə çəkişmələri. Bakı: Qanun, 2003.
  • Qadın konvensiyası və bizlər: "Rəmzi məhkəmə" janrında Monitorinq. Bakı: Qanun, 2004 (həmmüəlif).
  • Fəfsəfə tarixində fəlsəfə. Nə və necə deyilənlər haqqında kitab. Bakı: Qanun, 2005 (həmmüəlif).
  • Rəmzi Anayasa Məhkəməsi (2005-ci il diskussiyaları). Bakı: Qanun, 2005.
  • Zorakılığın metamorfozaları. Bakı: Qanun, 2006 (həmmüəlif).
  • Sənətin arxeologiyası. Sənətin arxitektonikası. Bakı: Qanun, 2007.
  • Vətəndaş dinləmələrində Azərbaycan problemləri. Bakı: Qanun, 2007.
  • Azərbaycan seksizmi vətəndaş dinləmələrində: Qadınlara qarşı ayrı seçkilik haralarda və nələrdə. Bakı: Qanun, 2007 (həmmüəlif).
  • Vətəndaş dinləmələrində demokratiya dartışmaları. Bakı: Qanun, 2008.
  • Fəlsəfə tarixində fəlsəfə nə və necə deyilənlər haqqında kitab. Bakı: Qanun, 2010 (həmmüəlif).
  • Fəlsəfədən diddiklərim: hamı üçün ideyalar, bir də faktlar. Bakı: Qanun, 2010.
  • 110 Nəsnə: hərəsindən bir az. Bakı: Qanun, 2014.
  • Qəribə adamlar, qəribə olaylar: Azərbaycan tarixindən yığdıqlarım və yozduqlarım Bakı: Qanun, 2018.
  • Özümdən diddiklərim. Yeni nəslə fəlsəfə, din, sənət və cəmiyyət haqqında demədiklərimdən. Bakı: Qanun, 2022.
  • Kamal Abdullanın diskursları... Bildiklərindən bilinənlərə. Bakı: Qanun, 2024.
  • Yəhudi dini. Bakı: Qanun, 2024.

Ədəbi

  • Altay və Umay. Heç də bayağı olmayan melodram. Bakı: Qanun, 2019; 2024 (ikinci nəşri).
  • Mən olmağımın tarixçəsi (memuar), Bakı: Qanun, 2021.
  • Bloqer. Bakı: Qanun, 2021.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, niyazi mehdi sözünün mənası, niyazi mehdi haqqında məlumat. niyazi mehdi nədir? niyazi mehdi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Əbu Süfyan

  • Fevral 28, 2026

    Azərbaycan tatları

  • Fevral 28, 2026

    Qırmızıbaş qaraördək

  • Mart 01, 2026

    Kərim Vəliyev

  • Mart 07, 2026

    Çin qaraçöhrəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst