Xuan Quaydo (tam adı: Xuan Herardo Quaydo Markes, isp. Juan Gerardo Guaidó Márquez; 28 iyul 1983, La-Quayra[d], Venesuela) — Venesuela dövlət xadimi, siyasətçi, Venesuela Milli Asambleyasının sədri. "Xalq iradəsi" partiyasının üzvü, Varqas ştatından olan federal deputat (2016). 23 yanvar 2019-cu ildən etibarən Venesuela Prezidenti səlahiyyətlərini müvəqqəti icra edəndir.
| Xuan Quaydo | |
|---|---|
| Juan Guaidó | |
![]() Xuan Quaydo | |
Vəzifədədir | |
| 23 yanvar 2019-cu ildən | |
| Əvvəlki | Nikolas Maduro |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Juan Gerardo Antonio Guaidó Márquez |
| Doğum tarixi | 28 iyul 1983 (42 yaş) |
| Doğum yeri |
|
| Partiya | Venesuela Xalq İradəsi Partiyası |
| Təhsili |
|
| İxtisası | Mühəndis |
| Fəaliyyəti | siyasətçi |
| Uşağı | 2 (Miranda Guaidó Rosales daxil olmaqla) |
| | |
![]() | |
11 yanvar 2019-cu ildə Milli Asambleya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti elan etmişdir. Bu qərarı Argentina, Braziliya, Haiti, Qvatemala, Gürcüstan, Kanada, Kolumbiya, Kosta-Rika, Panama, Paraqvay, Peru, Puerto-Riko, ABŞ, Çili, Ekvador hökumətləri, həmçinin Amerika Dövlətləri Təşkilatının sədri Luis Almaqro rəsmən tanımışdır (təşkilatın özü yox). 23 yanvar 2019-cu ildə Quaydo Karakasın Çakao rayonunda nümayişçilər qarşısında andiçməsini gerçəkləşdirmişdir.
Bioqrafiyası
Həyatı
Quaydo aviaşirkətin pilotu və müəlimənin 8 övladından biridir. Bacılarından biri Venesuela Milli Asambleyasının çavuşu, digəri isə Venesuela donanmasının kapitanıdır.
Varqas şataında baş verən təbii fəlakət zamanı onun valideynləri bir müddət evsiz qalmışlar. 2000-ci ildə orta məktəbi bitirmişdir. Fəlakət onun həmkarlarının sözlərinə görə siyasi fəaliyyətinə böyük təsir göstərmişdir. Belə ki, o zamanlar hakimiyyətə gələn Uqo Çaves fəlakətin aradan qaldırılmasına effektiv tədbirlər görməmişdir.
2007-ci ildə Andres Bello Katolik Universitetində mühəndis təhsin\lini bitirərək diplom almışdır. Sonradan isə təhsilini davam etdirərək Corc Vaşinqton Universitetində təhsil almışdır.
Siyasi fəaliyyət
O, tələbə siyasi hərəkatında iştirak etmişdir. Quaydo 2009-cu ildə digər siyasətçilərlə birlikdə "Xalq iradəsi" partiyasını qurmuşdur.
2010-cu ildə baş tutmuş parlament seçkilərində alternativ federal deputat seçilmişdir. 2015-ci ildə isə Milli Asambleyaya deputat seçilir.
13 yanvar 2019-cu ildə Quaydo Venesuela Xüsusi Xidmət orqanları tərəfindən saxlanılır. Daha sonra isə buraxılır.
2019-cu ilin yanvarında Venesuela Parlamentinin spikeri seçilir.
2019-cu il siyasi böhranda iştirakı
23 yanvar mitinqində Quaydo Karakasın Çakao rayonunda nümayişçilər qarşısında andiçməsini gerçəkləşdirmişdi. Bir neçə saatdan sonra ABŞ Prezidenti Donalt Tramp onu dövlət başçısı olaraq tanımışdır. venesuela Ali Məhkəməsi onun ölkəni təırk etməsinə qadağa qoymuş və hersablarını dondurmuşdur.
Ailə həyatı
Ailəlidir, bir qızı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xuan quaydo sözünün mənası, xuan quaydo haqqında məlumat. xuan quaydo nədir? xuan quaydo nə deməkdir?

