Əsabil Qarakişi oğlu Qasımov (8 noyabr 1955, Qaralar, İmişli rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin 79 saylı İmişli seçki dairəsindən seçilmiş IV çağırış deputatı. Yeni Azərbaycan Partiyasının üzvü.
| Əsabil Qasımov | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 noyabr 1955 (70 yaş) |
| Doğum yeri |
|
| Fəaliyyəti | siyasətçi |
Həyatı
Əsabil Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışmışdır.
1995-ci ildən "Karat" holdinqinin direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Çexiya, Gürcüstan, İtaliya, Qətər, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Ailəsi
Evlidir, 2 övladı var
Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc vəfat edib..
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əsabil qasımov sözünün mənası, əsabil qasımov haqqında məlumat. əsabil qasımov nədir? əsabil qasımov nə deməkdir?