Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaşar Universiteti (türk. Yaşar Üniversitesi) — Türkiyənin İzmir şəhərində yerləşən universitet. Universitetdə dərslər türk və ingilis dillərində keçirilir. Yaş

Yaşar Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Yaşar Universiteti

Yaşar Universiteti (türk. Yaşar Üniversitesi) — Türkiyənin İzmir şəhərində yerləşən universitet. Universitetdə dərslər türk və ingilis dillərində keçirilir. Yaşar Universiteti Türkiyədə İngilis Dili Proqramı Akkreditasiya Komissiyası tərəfindən akkreditə olunmuş ilk universitetdir.

Yaşar Universiteti
Yaşar Üniversitesi
Əsası qoyulub 2001
Tələbə sayı 10.423
Ölkə
  •  Türkiyə
Sayt yasar.edu.tr
38°27′16″ şm. e. 27°12′09″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1999-cu ildə Səlcuk Yaşar İdman və Təhsil Vəqfi İzmir şəhərində müasir bir universitet olaraq Yaşar Universitetini qurmaq qərarına gəldi. Türkiyə Böyük Millət Məclisi universitetin yaradılması haqqında qanunu 29 mart 2001-ci ildə təsdiqlədi. 2002-ci ildə universitetin Alsancak korpusunda təhsilə başlanıldı.

Akademik strukturu

Yaşar Universiteti 25 fərqli akademik proqramı olan 7 bakalavr fakültəsinə bölünür.

Fakültələri

Elm və Ədəbiyyat Fakültəsi

  • İngilis dili və ədəbiyyatı
  • Riyaziyyat
  • Statistika
  • Psixologiya
  • Tərcümə

Memarlıq fakültəsi

  • Memarlıq
  • Daxili memarlıq
  • Ətraf Mühitin dizaynı

Mühəndislik fakültəsi

  • Kompüter mühəndisliyi
  • Elektrik və Elektronika mühəndisliyi
  • Enerji Sistemləri mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • Proqram mühəndisliyi

Kommunikasiyalar fakültəsi

  • İctimaiyyətlə Əlaqələr və Reklam
  • Radio, Kino və Televiziya
  • Vizual kommunikasiya dizaynı

İqtisadiyyat və İnzibati Elmlər fakültəsi

Bütün şöbələr üçün tədris dili ingilis dilindədir.

  • Biznesin idarə edilməsi
  • İqtisadiyyat
  • Beynəlxalq Logistika İdarəetməsi
  • Beynəlxalq Ticarət və Maliyyə
  • Səyahətlərin İdarə edilməsi və Turizm rəhbərliyi
  • Beynəlxalq əlaqələr

İncəsənət və Dizayn fakültəsi

  • Kino dizaynı
  • Qrafik dizayn
  • Sənaye dizaynı
  • Musiqi

Hüquq fakültəsi

  • Hüquq üzrə LLB (Onlayn dərslər)

Xarici dillər fakültəsi

Yaşar Universitetinin Xarici Dillər fakültəsi ingilis dilini bilməyən tələbələr üçün ingilis dilində hazırlıq kursu təklif edir. Xarici Dillər Məktəbində tədris olunan digər dillərə rus, ispan, italyan, alman, yapon, fransız və portuqal dilləri daxildir.

Magistratura

Magistratura proqramı iki magistratura məktəbindən ibarətdir:

  • Sosial Elmləri Ali məktəbi
  • Təbiət və Tətbiqi Elmlər Ali məktəbi

İnstitutları

  • Lisansüstü təhsil İnstitutu

Kollecləri

Kolleclərində (Lisansüstü məktəblər) 22 müxtəlif magistratura və PhD proqramı və

9 subbakalavr proqramı var.

Kampusları

Elektron Məlumat və Sənədləşmə mərkəzi

Yaşar Universitetinin Elektron Məlumat və Sənədləşmə Mərkəzi Universitetin milli və beynəlxalq səviyyədə təhsil və tədqiqat missiyasına əlavələr edir. Tələbələr və müəllimlər audio-vizual materiallar, jurnallar və qəzetlər də daxil olmaqla müxtəlif mənbələrdən istifadə edə bilirlər. Elektron Məlumat və Sənədlər mərkəzi Konqres Kitabxanasının təsnifat sisteminə uyğun olaraq təsnif edilir. Elektron resurslara daxildir: 50.000-dən çox elektron kitab və 19.000 elektron jurnalı əhatə edən 25 baza.

Səlcuq Yaşar Kampusu

İzmirin Bornova rayonunda yerləşən Səlçuk Yaşar kampusu Yaşar Universitetinin əsas kampusu kimi xidmət edir.

İdman mərkəzi

Universitetin İdman mərkəzində tələbələrin sağlam qalması üçün müxtəlif növ fiziki fəaliyyətlər həyata keçirilir. İdman mərkəzinə daxildir: idman zalı, tennis kortu, rəqs studiyası, voleybol və basketbol meydançaları.

Media mərkəzi

Universitetdə yüksək texnologiyalı media mərkəzi fəaliyyət göstərir. Televiziya və radio studiyalarının yüksək dəqiqliklə yayımladığı ilk türk universitetidir. Media Mərkəzi müxtəlif dillərdə müntəzəm televiziya və radio proqramları hazırlayır və Yaşar Universitetinin tələbələrinə yüksək keyfiyyətli avadanlıqla praktiki təcrübə imkanı verir.

Alsancak kampusu

Kampus universitetin Alsancak şəhərciyində 2014-cü ilə qədər Xarici Dillər Məktəbi kimi fəaliyyət göstərirdi. 2014-cü ildə bütün bölmələr Səlcuq Yaşar Kampusuna birləşdirildi.

Araşdırma mərkəzləri

  • Açıq və Distant Tədris Tətbiqi və Araşdırma Mərkəzi
  • Akdeniz Tətbiq və Araşdırma Mərkəzi
  • Qadın və Ailə Araşdırmaları Mərkəzi
  • Dizayn Tətbiqi və Tədqiqat Mərkəzi
  • Davamlı Təhsil Mərkəzi
  • Beynəlxalq Hüquq Tətbiqi və Tədqiqat Mərkəzi
  • İnnovativ Tədris Tədqiqat Mərkəzi
  • Karyera və Məzun Mərkəzi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yaşar universiteti sözünün mənası, yaşar universiteti haqqında məlumat. yaşar universiteti nədir? yaşar universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Karvansaray

  • Mart 06, 2026

    Eva Sekey

  • Mart 01, 2026

    Aqşin Fateh

  • Fevral 27, 2026

    Cortaderia

  • Mart 04, 2026

    Anzak

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst