Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyə

Qərib Kərimoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Qərib Kərimoğlu

Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü.

Qərib Kərimoğlu
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü
15 dekabr 1918 – 11 mart 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1870(1870)
Doğum yeri
  • Xaçmaz, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 9 oktyabr 1926(1926-10-09) (55–56 yaşında)
Vəfat yeri
  • Padar, Vartaşen rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Partiya
  • Əhrar Partiyası
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda anadan olub. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur.

Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır.

Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur.

Qərib Kərimoğlu 9 oktyabr 1926-cı ildə qəflətən vəfat etmişdir.

2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir.

Siyasi fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qərib Kərimoğlu Şəki qəzası Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri olmuşdur.

Qərib Kərimoğlu 15 dekabr 1918-ci il tarixində Nuxa qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. O, parlamentdə Əhrar fraksiyasının üzvü olmuşdur.

Parlamentin 24 aprel 1919 tarixli iclasında torpaq komissiyası yenidən təşkil olunmuşdur. Seçkilərdə Cavad bəy Məlik-Yeqanov 36, Heybətqulu Məmmədbəyov 32, Məhəmməd Əmin Rəsulzadə 30, Aslan bəy Qardaşov 28, Əliheydər Qarayev 27, Qərib Kərimoğlu 26, Aleksandr Ter-Azaryan da 26 səslə torpaq komissiyasının üzvü seçilmişdir. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə seçilmiş üzvlər həm də fəhlə komissiyasının üzvləri seçilmişdir.

Parlamentin 11 mart 1920 tarixli sayca yüz otuz üçüncü iclasında Qərib Kərimoğlunun xəstəliyi ilə bağlıü üzvlükdən istefa verdiyi elan olunmuşdur.

Ailəsi

Hümmət Kərimov

Oğlu Hümmət Qərib oğlu Kərimov Şəki uyezdinin ilk ali təhsilli həkimi olmuşdur. Göyçayda başhəkim vəzifəsində çalışmışdır.

Məzarı 2008-ci ildə Oğuz rayonunun Padar kəndində Ədalət Tahirzadə tərəfindən aşkar edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qərib kərimoğlu sözünün mənası, qərib kərimoğlu haqqında məlumat. qərib kərimoğlu nədir? qərib kərimoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əsli dəlillər

  • Mart 01, 2026

    Dördgünlük müharibə

  • Mart 01, 2026

    Bayan monastırı

  • Fevral 27, 2026

    Keri Qrant

  • Mart 04, 2026

    Britney Spears

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst