Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kamal Xodov (26 yanvar 1941, Batako[d], Şimali Osetiya MSSR – 24 iyun 2021) — Sovet şairi, tərcüməçi və ədəbiyyatşünas. Şimali Osetiya Muxtar Sovet Sosialist Re

Kamal Xodov

  • Ana Səhifə
  • Vikipediya
  • Kamal Xodov

Kamal Xodov (26 yanvar 1941, Batako[d], Şimali Osetiya MSSR – 24 iyun 2021) — Sovet şairi, tərcüməçi və ədəbiyyatşünas. Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının xalq şairi.

Kamal Xodov
oset. Ходы Хазбийы фырт Камал
Doğum tarixi 26 yanvar 1941(1941-01-26)
Doğum yeri
  • Batako[d], Pravoberejnı rayonu, Şimali Osetiya MSSR, RSFSR, SSRİ
Vəfat tarixi 24 iyun 2021(2021-06-24) (80 yaşında)
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti şair, tərcüməçi, ədəbi tənqidçi
Fəaliyyət illəri 1962-ci ildən
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Dostluq" ordeni Order of Honor

Mündəricat

Bioqrafiyası

1970-ci ildə Kamal Xodov M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirir. Regional qəzetlərin redaksiyaları ilə əməkdaşlıq edir, Şimali Osetiya televiziya studiyasının baş redaktoru, on ildən çox Max duq jurnalının tənqid və jurnalistika şöbəsinə rəhbəri, sonra redaktor vəzifələrində çalışır. "İr" kitab nəşriyyatının müdiri işləyir. 1985-ci ildən Kamal Xodovv Şimali Osetiya Dövlət Dram Teatrının direktoru, eyni zamanda ədəbi Osetiya almanaxının baş redaktoru olur. 1989-1990-cı illərdə Kamal Xodov Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Dövlət Nəşriyyat, Çap və Kitab Ticarəti Komitəsinin sədri işləyir. 1990-cı ildə Şimali Osetiya MSSR Yazıçılar Birliyinin sədri olur. 1966-cı ildən Sovet İttifaqı Kommunist Partiyası, 1972-ci ildən isə SSRİ Yazıçılar Birliyinin üzvü olur

1962-ci ildə Kamal Xodovun şeirlərindən ibarət "Səhər ulduzu" adlı gənc müəlliflər toplusu nəşr olunur və 1966-cı ildə "Çörək və duz" adlı ilk poetik kitabı işıq üzü görür. 1970-ci ildə Xodovun "Osetin mahnısı eşidilir" adlı ikinci şeirlər toplusu dərc olunur.

Əsrin narahat edici ritmləri, bugünkü düşüncələri yenidən düşünmə ehtiyacı, vətənpərvərlik Kamal Xodovun yaradıcılığı üçün ən xarakterik mövzulardır. Özündən razılıq, reallığa əks düşüncəli münasibət ona yaddır və bu şeirlərinə xüsusi bir temperament, polemika və həyəcan qatır. Kamal Xodovun bir çox əsərləri rus oxucusuna da tanışdır. Onlar “Gənc qvardiya” kollektiv toplusunda, mərkəzi jurnal və qəzetlərdə nəşr olunur. 1976-cı ildə rus dilinə tərcümə olunan "Ağ qığılcımlar" şeirlər toplusu "Sovremennik" nəşriyyatında, "Öz növbəsində" poetik kitabı isə "Sovet yazıçısı" nəşriyyatında 1988-ci ildə nəşr edilmişdir. Covanni Bokkaçço, Henrix Heyne, Endre Adi, Lope de Veqa, Aleksandr Ostrovski, İvan Vazov kimi yazıçı və dramaturqların əsərlərini osetin dilinə tərcümə etmişdir.

Kamal Xodov oxuculara osetin ədəbiyyatının aktual məsələlərinə dair ədəbi-tənqidi məqalələrin müəllifi kimi yaxşı tanışdır.

Yazıcı 24 iyun 2021 -ci ildə dünyasını dəyişir.

Ailəsi

Üç övladı və dörd nəvəsi vardır.

Mükafatları

Dostluq ordeni (31 may 2001) - çoxmillətli rus ədəbiyyatının inkişafına verdiyi böyük töhfəyə görə.

SSRİ xalq şairi.

K. Xetaqurov adına dövlət mükafatı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kamal xodov sözünün mənası, kamal xodov haqqında məlumat. kamal xodov nədir? kamal xodov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Norveçcə

  • Fevral 28, 2026

    Meteor seli

  • Mart 01, 2026

    Caqar

  • Mart 02, 2026

    Viçentsa FK

  • Mart 06, 2026

    Kursiv

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst