Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına ai

Naftalan nefti

  • Ana Səhifə
  • Vikipediya
  • Naftalan nefti

Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır.

Naftalan nefti
Yerləşməsi
Ölkə  Azərbaycan

2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı təsdiqlənib.

Mündəricat

Haqqında

Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goranboy dəmir yolu stansiyasından, Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A. İ. Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir.

Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a.

Naftalan yatağı maykop çöküntülərinə aiddir. Burada 7 neftli horizont aşkar edilmişdir ki, onların da ancaq ikisində müalicəvi neftə təsadüf edilir. O, şirəyəbənzər konsistensiyalı qatı kütlə olub zeytunçalarlı qara-qonur rənglidir, özünəməxsus ətirli iyi var, tərkibində naften turşularının böyük miqdarı (0,8–3,0%) və naften karbohidrogenlərinin polisiklikliyinin yüksək olması ilə səciyyələnir. Neftin tərkibində destillə zamanı dəyişikliyə məruz qalan sterinlər mövcuddur. O, başqa naftenlərdən öz "alışqansızlığı" ilə seçilir.

Hazırda yataqda dünya əhəmiyyətli müalicəvi sağlamlıq kompleksi fəaliyyət göstərir; müalicə praktikasında aşağıda adları çəkilən naftalan neft preparatlarından istifadə olunur: 1) nativ naftalan (yəni bilavasitə qazıma quyularından alınan); 2) saflaşdırılmış naftalan (naftalanın qatılılığını artırmaq üçün müxtəlif qatılaşdırıcılar əlavə olunan susuzlaşdırılmış naftalan); 3) qatransızlaşdırılmış naftalan; 4) naften karbohidrogenləri; 5) tərkibində naftalan, parafin, mum, serezin, kamfora olan müalicəvi naftalan mastikası.

2024-cü ilin sentyabr ayında sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər planı hazırlanıb.

Tarixi rəvayət

Qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı.

1887-ci ildə Yeqer familiyalı bir alman mühəndisi Almaniyada "Naftalan" məlhəmini istehsal etməyə başlamışdır. Bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".

Kimyəvi tərkibi

Müalicəvi Naftalan neftinin kimyəvi tərkibinin geniş tədqiqatı keçən əsrin 40-cı illərinin əvvıllərindən indiki Neft-Kimya Prosesləri İnstitutunda akademik Y. Məmmədəliyevin rəhbərliyi ilə aparılır. Alınan nəticələr əsasında Y. Məmmədəliyev hipotez irəli sürüb və Naftalan neftinin təsir mexanizmi haqqında məqalə çap etdirib. Keçən əsrin 60-cı illərinin ikinci yarısından başlayaraq Naftalan neftinin tədqiqatı paralel olaraq Neft-Kimya Prosesləri İnstitutunda və Aşqarlar Kimyası insdtitutunda aparılıb və elmi jurnallarda məqalələr çap olunub, konfranslarda məruzələr dinlənilib.tədqiqatlar göstərmişdi ki, naftalan neftinin kerosin fraksiyasında nə normal, nə də izoparafinlər yoxdur. Həmçinin müəyyən olunmuşdur ki, kerosin fraksiyasında aşağıdakı bisiklik aromatik fraksiyalar var:

  • naftalin
  • 2-metil naftalin
  • 2-etil naftalin
  • 1-etil naftalin
  • 2,6-+2,7-dimetil
  • 1,3-+1,6-dimetil
  • 1,4-+1,5-+2,3-dimetil naftalin
  • 1,2-dimetil naftalin
  • 1,8-dimetil naftalin
  • 1,7-dimetil naftalin

Müəyyən edilmişdir ki, tədqiq olunan fraksiyada 66,9% naften-parafin, 22,52% monosiklik, 8,95% bisiklik, 1,90% tresiklik aromatik karbohidrogenlər var.

Naftalan mazı

Naftalan mazı (yun. náphtha — neft), naftalan nefti ilə (70 %) parafin (18 %) və petrolatiumun (12 %). Əsas təsiredici vasitə Naftalan neftidir. Dəriyə sürtülərkən məlhəm yumşaldıcı, dezinfeksiyaedici və ağrıkəsici təsir edir. Dəri, əzələ və əsəb xəstəliklərində istifadə edilir.

Həmçinin bax

  • Naftalan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, naftalan nefti sözünün mənası, naftalan nefti haqqında məlumat. naftalan nefti nədir? naftalan nefti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sarıxanoğulları bəyliyi

  • Fevral 28, 2026

    Puebla

  • Mart 01, 2026

    Teyyub Dəmirov

  • Mart 01, 2026

    Tariyel Talıbov

  • Fevral 28, 2026

    Alemanlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst