Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

SalamNews informasiya agentliyi 16 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2010-cu il mart ayının 1-dən fəaliyyə

SalamNews

  • Ana Səhifə
  • Vikipediya
  • SalamNews

SalamNews informasiya agentliyi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil informasiya agentliyi.

SalamNews
Ümumi məlumatlar
Tipi İnformasiya agentliyi
Məhsulu Salampress
Təsis tarixi 1 mart 2010
Bağlanma tarixi 20 Aprel 2023
Baş qərargahın yeri Azərbaycan, Bakı şəh., Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 2/29
Rəhbərlik
Təsisçi Mətləb Bağırov (Hacı Mətləb)
www.salamnews.org

Mündəricat

Haqqında

SalamNews informasiya agentliyi 16 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2010-cu il mart ayının 1-dən fəaliyyətə başlayıb. Açıq rejimli internetdə rus və Azərbaycan dillərində xəbərlər yerləşdirilirdi. Agentlikdə türk, ingilis, fars və ərəb dillərində xəbər portallarının açılması planlaşdırılırdı.

İnformasiya agentliyində 2009 — 2012-ci illərdə Elvin Abbasov, 2012-ci ildən isə Rəna Əkbərova baş direktor kimi fəaliyyət göstərib.

2011-ci il iyunun 17-də Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub.

2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda SalamNews-un ofisində xüsusi əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində həmçinin “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov saxlanılıb. Bunun ardınca bir sıra hakimiyyətyönümlü Azərbaycan media orqanlarında agentliyi tənqid edən materiallar yayımlanıb.

Mükafatları

Agentlik 2011-ci il dekabrın 23-də "Milli Net-2011" müsabiqəsində "Media və İnformasiya" nominasiyası üzrə qalib olub.

2011-ci il dekabrın 25-də SalamNews İA-nın əməkdaşı Şirməmməd Nəzərli Azərbaycan Fotoqrafları Birliyinin “Fəxri Diplomu”-na layiq görülüb.

Növbəti uğurumuz 2012-ci il aprelin 25-də "Brand Award Azerbaijan–2011" milli mükafatının rəsmi təqdimat mərasimində informasiya agentliyi nominasiyası üzrə "İlin bir nömrəli brendi" mükafatına layiq görülməyimiz olub.

2012-ci il iyunun 21-də SalamNews İA-nın baş direktoru Rəna Əkbərova BDU-nun "Fəxri Fərmanı" ilə təltif olunub.

21 iyun 2012 - SalamNews İA və İnterAZ televiziyasının əməkdaşları Vergilər Nazirliyinin sertifikatına layiq görülüblər.

19 iyun 2013-cü ildə SalamNews İnformasiya Agentliyi NETTY Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

28 dekabr 2013-cü ildə SalamNews İA Gənc Diplomatlar Birliyi tərəfindən mükafata layiq görülüb .

25 yanvar 2014-ci ildə SalamNews İA-nın əməkdaşı Orxan Kərimov Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunmuş “Azərbaycan naminə” foto müsabiqəsinin qalibi olub.

6 fevral 2014-ci ildə SalamNews İA "Gənclər Evinin Dostu" mükafatına layiq görülüb.

3 may 2014-ci ildə SalamNews-un əməkdaşı Şirməmməd Nəzərli Mətbuat Şurası və “Azərsun Holdinq”in “Zeytun bağları” mövzusunda keçirdikləri yazı müsabiqəsinin qalibi olub.

8 may 2014-ci ildə SalamNews IA Mətbuat Şurası tərəfindən keçirilən "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsinin qalibi olub. Agentlik Fəxri yer tutaraq plaketlə təltif edilib.

Törəmə müəssisələri

  • Salampress qəzeti

Həmçinin bax

  • İnterAz TV
  • Vision TV
  • Elvin Abbasov
  • Əkbər N. Nəcəf

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, salamnews sözünün mənası, salamnews haqqında məlumat. salamnews nədir? salamnews nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ortodontiya

  • Fevral 27, 2026

    Eylin Uornos

  • Fevral 27, 2026

    Harpiyalar

  • Mart 02, 2026

    Böyük Kəsik

  • Fevral 27, 2026

    Gallini

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst