Ənvər Abbasov (2 iyun 1985, Ağdam rayonu) — rejissor, aktyor, ssenarist, redaktor.
| Ənvər Abbasov | |
|---|---|
| Doğum tarixi | 2 iyun 1985 (40 yaş) |
| Doğum yeri |
|
| Milliyyəti | azərbaycanlı |
| Fəaliyyəti | ssenarist, aktyor |
Həyatı
Ənvər Abbasov 2009-cu ildən fəaliyyət göstərən Bacanaqlar komediyasının ssenari müəlliflərindən biri olmuşdur. 2015-ci ildən isə filmdən ayrılmışdır, filmin ssenarisini Ramin Hacıyev, Tərlan-Nur Yaşar yazmışdır. İlk dəfə Emil Abdullayevin rejissorluq etdiyi My Name is İntiqam filmi 2014-cü ildə çəkilmişdir. Bu filmin ssenarisini Fariz Əliyev, Ənvər Abbasov, qələmə almışdır. 2015-ci ildə isə filmin 2 ci hissəsi çəkilmişdir. Bu filmi İlham Yaşaroğlu çəkmişdir. Bu filmdə ssenari 4 insanın qələmindən keçmişdir: İlham Yaşaroğlu, Fariz Əliyev, Ənvər Abbasov. 2015 ci ildə isə Kənan Mahmudovun rejissorluq etdiyi Ay Brilliant komediyasının ssenari müəllifi olmuşdur. 2014 cü ildə "Qız Atası" komediyasının redaktoru və ssenari müəllifidir. 2015-ci ildən "Qardaşlar" komediyasının aktyoru və ssenari müəllifidir.Sonra yenə də Bacanaqlar komediyasının baş redaktorudur. Bozbaş Pictures komediyasının ssenaristidir.Hal-hazırda isə komedixana,kadrlar şöbəsi kimi komediyaların ssenaristidir.Həm də burada aktyor kimi fəaliyyət göstərir.
Filmoqrafiya
- Bacanaqlar – senarist, aktyor, ssenarist
- 3 bacı (film, 2012-2014) – (bədii serial) (rol: polis)
- Xoxan (film, 2014) – ssenarist
- Qız atası (teleserial, 2014) – redaktor, ssenarist,
- My name is İntiqam (film, 2014) – aktyor, ssenarist
- Ay brilliant (film, 2015) – ssenarist
- Qardaşlar (teleserial, 2015) – aktyor
- My name is İntiqam 2: Moldova (film, 2015) – ssenarist, aktyor
- Axırıncı yol (film, 2016) – ssenarist
- Stalinin başı (film, 2016) – aktyor və Ssenarist
- Naxox (film, 2016) – ssenarist
- Nikolayın Evi – ssenarist, aktyor
- Kadrlar Şöbəsi – aktyor
- Komedixana – (2019-indiyəcən) ssenarist, aktyor
- Oğurlanmış Yeni İl - ssenarist, aktyor
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ənvər abbasov sözünün mənası, ənvər abbasov haqqında məlumat. ənvər abbasov nədir? ənvər abbasov nə deməkdir?