Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sayad Zeynalabdin oğlu Zeynalov (30 avqust 1886, Ağköynək, Qazax qəzası – 1942) — Birinci Dünya müharibəsinin iştirakçısı.

Sayad Zeynalov

  • Ana Səhifə
  • Vikipediya
  • Sayad Zeynalov

Sayad Zeynalabdin oğlu Zeynalov (30 avqust 1886, Ağköynək, Qazax qəzası – 1942) — Birinci Dünya müharibəsinin iştirakçısı.

Sayad bəy Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi 30 avqust 1886(1886-08-30)
Doğum yeri
  • Ağköynək, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1942(1942) (55–56 yaşında)
Vətəndaşlığı
  •  Rusiya imperiyası
  •  AXC
  •  SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti
Xidmət illəri 1914-cü ildən
Döyüşlər
  • Birinci Dünya müharibəsi
Təltifləri "Məcidiyyə" ordeni 1-ci dərəcəli "Müqəddəs Georgi" xaçı 2-ci dərəcəli "Müqəddəs Georgi" xaçı 3-cü dərəcəli "Müqəddəs Georgi" xaçı 4-cü dərəcəli "Müqəddəs Georgi" xaçı

Həyatı

Poruçik Sayad Zeynalabdin oğlu Zeynalov 1908-ci ilin noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci Dünya müharibəsində Qafqaz Yerli Atlı Diviziyasının Tatar süvari alayında xidmət edib. SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindəki sənəddə onun haqqında belə yazılıb:

"30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporşik, sonra isə yunker rütbəsi alıb."

1914-cü il sentyabrın iyirmisindən Avstriya-Macarıstan və Almaniyaya qarşı döyüşlərin iştirakçısı olub. 1914–1916-cı illərdə cəbhələrdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə Ağköynəkli praporşik Sayad bəy Zeynalabdin oğlu imperiyanin ən şərəfli Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur. "Müqəddəs Georgi" ordeninin bütün dörd dərəcəsinə yalnız "fövqəladə dərəcədə fərqlənən, xüsusi rəşadət, mərdlik, əla əsgəri rəşadət göstərən hərbi qulluqçular layiq görülürdülər".

1917-ci ildə vətənə qayıdan Səyad Zeynalov 1918-ci ildən Milli Orduda, əvvəlcə birinci Tatar-Azərbaycan alayında, sonra isə üçüncü Şəki süvari alayında xidmət edib. Qarabağda, Göyçayda və Bakıda daşnak-bolşeviklərə qarşı döyüşlərin fəal iştirakçısı olub. 3 sentyabr 1918-ci ildə Məcidiyyə ordeni ilə təltif edilmiş 7 Azərbaycan zabitindən biri idi.

1920-ci il 28 aprel çevrilişindən sonra Qazax milis şöbəsinin rəisi, "El yardımı komitəsi"nin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə işləyib.

Sayad Zeynalov bir qrup adamla birlikdə 1931-ci ildə həbs olunmuşdu. O, cəza müddətinin 2 il 9 ayında Qərbi Sibirin Breçen rayonu Bestseul sovetliyinin Otradnovka kəndindən ərizə verib evə buraxılmasını xahiş etmişdi. Orqanlar bu xahişi nəzərdən keçirir, 1933-cü ilin dekabrında Bakıdan ona Qazağa qayıtmaq izni verilir. "Çeka" orqanları belə hesab etmişdi ki, onun Qazaxda yaşaması arzuedilməz nəticələr verməz. Bununla belə, cəza müddətinin tamamına qədər Novosibirskdə qalmalı oldu və Qazağa 1934-cü ilin martında qayıda bildi.

1935-ci ildə Ağköynəkdə yerli "Komsomol" kolxozuna daxil oldu, hesabdar işləyirdi. 1937-ci il sentyabrın 12-də onu yenidən həbsə aldılar. Adı XDİK orqanları tərəfindən həbs edilməli adamlar siyahısına salınmışdı. Ona qarşı saxtalaşdırılmış iş tərtib edildi, lakin bu kimi hallarda adətən olduğu kimi, onu güllələmədilər, sentyabrın 28-də "troyka" ona 10 il konslager və sonrakı 5 ildə siyasi hüquqlardan məhrum edilmə cəzası kəsdi. 1940-ci ilin iyulunda həbs düşərgəsindən işi ilə bağlı olaraq hökumətə şikayət ərizəsi verdisə də, bunun bir faydası olmadı. 1942-ci ildə sürgündə dünyasını dəyişib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sayad zeynalov sözünün mənası, sayad zeynalov haqqında məlumat. sayad zeynalov nədir? sayad zeynalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Karl Dalhauz

  • Fevral 28, 2026

    Dotkom köpüyü

  • Fevral 27, 2026

    Çarlz Darvin

  • Fevral 27, 2026

    Gərnibasar mahalı

  • Fevral 28, 2026

    Han Solo

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst