Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həbib İsmayılov Ələkbər oğlu (21 fevral 1906 – 31 dekabr 1966) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960).

Həbib İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Həbib İsmayılov

Həbib İsmayılov Ələkbər oğlu (21 fevral 1906 – 31 dekabr 1966) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960).

Həbib İsmayılov
Həbib Ələkbər oğlu İsmayılov
Doğum tarixi 21 fevral 1906
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 31 dekabr 1966 (60 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1944-cü ildən
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960
IMDb ID2177431

Mündəricat

Həyatı

Həbib İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvan şəhərində anadan olub. Ailəsi ilə birlikdə əvvəllər Nehrəm kəndində yaşayıb. Həmin kənddə kənd təsərrüfastı ilə məşğul olan atası və babası, Naxçıvana köçdükdən sonra dəmirçiliklə məşğul olublar. Maddi vəziyyətə görə İsmayılovlar ailəsi 1910-cu ildə Tiflis şəhərinə köçür. Həbib İsmayılov orta məktəbə Tiflis şəhərində gedib.

Teatrdakı fəaliyyəti

Həbib İsmayılov Tiflisdə yaşadığı müddətdə "Yeni fikir" qəzetində korrektor köməkçisi vəzifəsində işləyib. Həmçinin paralel olaraq Tiflis şəhərindəki Azərbaycan teatrının səhnəsində uşaq rollarını ifa edib. Bir müddət sonra İsmayılovlar ailəsi Bakıya köçüb və Həbib İsmayılov 1924-1927-ci illərdə Fəhlə fakültəsində təhsil alıb. Eyni zamanda dram dərnəyində səhnə fəlaiyyətini davam etdirib. O, təkcə aktyor kimi fəaliyyət göstərməyib, həmçinin bir sıra tamaşalara da quruluş verib.

Həbib İsmayılov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə alıb. Daha sonra 1927-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən Moskvada Dövlət Teatr Sənəti İnstitutunun Rejissorluq və Aktyorluq fakültəsində oxumağa göndərilib. Həmin institutda SSRİ Xalq artisti, rejissor və pedaqoq Konstantin Stanislavskidən dərs alıb. 1931-ci ildə institutu bitirən Həbib İsmayılov Bakıya qayıdıb və Türk İşçi Teatrında çalışıb. O, teatrda həm bədii rəhbər, həm də rejissor kimi fəaliyyət göstərib. O, bir sıra tamaşalara quruluş verib: "Küləklər şəhəri", "Lənkəran xanının vəziri" (M.F.Axndov), "Gizli əl", "Kölgə", "Yaşar", "Ölülər" (C.Məmmədquluzadə), "Od gəlini" (C.Cabbarlı).

Türk İşçi Teatrı 1933-cü ildə Gəncə şəhərinə köçürülüb. Həbib İsmayılov da kollektivlə birlikdə Gəncəyə gedir və fəaliyyətini orada davam etdirir. O, teatrda həm rejissor kimi, həm də aktyor kimi çalışıb. Belə ki, "Yaşar" tamaşasında Toğrul, "Namus"da Barxudar, "1905-ci ildə" tamaşasında general-qubernator və s. kimi rolları ifa edib. Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib (1931-1943).

Həbib İsmayılov 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin olunub. Burada işləyərkən bir sıra tamaşalara quruluş verib: "Aşıq Qərib" (1939), "Əlli yaşında cavan", "Lənkəran xanının vəziri", "Beş manatlıq gəlin" (1940), "Malinovkada toy". İkinci Dünya müharibəsi zamanı Həbib İsmayılov ordu sıralarına çağrılıb. Ordu sıralarında hərbiləşdirilmiş caz-orkestrin rəhbəri, sonra isə 402-ci Azərbaycan atıcı diviziyası klubunun rəisi təyin olunub.

Həbib İsmayılov 1942-cü ildə Mahaçqala şəhərinə gedib. O, 1943-cü ilin əvvəlində isə Dağıstan Dövlət Teatrının direktoru vəzifəsinə təyin olunub. Dağıstan Dövlət Teatrına rəhbərlik etdiyi dövr ərzində "Arşın mal alan" operettasına quruluş verib.

Kino fəaliyyəti

Həbib İsmayılov 1943-cü ildən kinoda fəaliyyət göstərib. O, ilk əvvəl kinoxronika şöbəsində baş redaktor, sonra şöbə rəisi kimi çalışıb.

Həbib İsmayılov bir çox elmi-kütləvi və sənədli filmlərə çəkib: "Dağıstan MSSR-in 25 illiyi", "Cəfər Cabbarlı", "Naxçıvan MSSR-in 25 illiyi", "Sovet İttifaqının himni", "Torpaq və onun münbitliyi" və s. Rejissor "Azərbaycan pambıqçılığında aqrotexnikanın tətbiqi" filminə görə isə 1955-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalı ilə təltif olunub.

Ölümü

Həbib İsmayılov 31 dekabr 1966-cı ildə vəfat edib.

Filmoqrafiya

  1. Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
  2. Böyük dayaq (film, 1962)
  3. Cəfər Cabbarlı (film, 1944)
  4. Ögey ana (film, 1958)
  5. Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949)
  6. Sənət yollarında. Həbib İsmayılov (film, 2016)
  7. SSRİ-nin himni (film, 1944)
  8. Kinolentdə imzası... Həbib İsmayılov (film, 2012)
  9. Torpaq və onun münbitliyi (film, 1952)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həbib i̇smayılov sözünün mənası, həbib i̇smayılov haqqında məlumat. həbib i̇smayılov nədir? həbib i̇smayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Progesteron

  • Fevral 27, 2026

    Fəs (şəhər)

  • Fevral 27, 2026

    E.ə. 106

  • Fevral 27, 2026

    Yapon sincabı

  • Fevral 25, 2026

    Kəlbəcər

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst