Ankerit — karbonatlar qrupuna aid mineral. Avstriya mineraloqu M. Ankerin (1771–1843) şərəfinə adlandırılmışdır. Tərkibi dolomit kimi ikiqat duz tiplidir – Ca(Fe2+,Mg)[CO3]2. Sinqoniyası triqonaldır. Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi ağ, boz sarımtıl, qonurudur. Şüşə parıltısı var. Sərtliyi – 3,5–4, sıxlığı – 2930–3100 kq/m³. Maqnezium və dəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün ankeritə qonur şpat da deyilir. Kimya və tikinti sənayesində işlədilir.
| Ankerit | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Kateqoriya | Mineral |
| Formul (təkrarlanan vahid) | CaFe²⁺(CO3)2 |
| Strunz təsnifatı | Vb/A.03a |
| Xüsusiyyətləri | |
| Kristalloqrafik sinqoniya | triqonal sinqoniya[d] |
| Zolaq rəngi | ağ |
| Sıxlıq | 3 q/sm³ |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ankerit sözünün mənası, ankerit haqqında məlumat. ankerit nədir? ankerit nə deməkdir?
