Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müsəllim Qaman oğlu Həsənov (22 dekabr 1958, Şiştəpə, Şamxor rayonu) — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).

Müsəllim Həsənov

  • Ana Səhifə
  • Vikipediya
  • Müsəllim Həsənov

Müsəllim Qaman oğlu Həsənov (22 dekabr 1958, Şiştəpə, Şamxor rayonu) — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).

Müsəllim Həsənov
Müsəllim Qaman oğlu Həsənov
Doğum tarixi 22 dekabr 1958(1958-12-22) (67 yaş)
Doğum yeri
  • Şiştəpə, Şamxor rayonu, Azərbaycan
Həyat yoldaşı
  • Şəhla Nağıyeva[d]
Təhsili
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Fəaliyyəti ssenarist, jurnalist, redaktor
Mükafatları "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı 3-cü dərəcəli "Əmək" ordeni
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Mündəricat

Həyatı

Müsəllim Həsənov 1958-ci il dekabrın 22-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985–1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989–1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub.

2002–2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib.

"Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub.

2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktor və böyük redaktor vəzifələrində çalışıb.

İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir.

İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.

2014-cü ilin yanvarından Bakı Media Mərkəzinin redaktorudur.

2016-cı ildə Ali Media mükafatı alıb.

1 avqust 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

21 iyul 2025-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

İctimai televiziyada nümayiş olunan "XX yüzillik. Faktlar, hadisələr və insanlar" proqramının müəllifi və aparıcısıdır.

Tərcüməçi, dosent Şəhla Nağıyeva ilə evlidir, 3 övladı var.

Filmoqrafiya

  1. "İldırım"lı yolun yolçuları (film, 2003)
  2. 63-ün tutqun payızı (film, 2003)
  3. Unudulmuş qəhrəman (film, 2005)
  4. 106 nömrəli avtobusda partlayış (film, 2004)
  5. Daşdan tikilmiş şəhər (film, 2008)
  6. Uzun ömrün hekayəti. Əli Vəliyev
  7. "Gələcək gün" sorağında. Mirzə İbrahimov (film, 2011)
  8. Sönməyən işıq. M. F. Axundov (film, 2012)
  9. "Bənzərəm bir qocaman dağa ki…". M.Ə. Sabir (film, 2012)
  10. Dalan (film, 2012)
  11. Əbədi ezamiyyət (film, Bakı Media Mərkəzi, 2016)
  12. Bir günəş altında (film, Bakı Media Mərkəzi, 2017)
  13. Son iclas (film, 2018)
  14. 270-ci səhifə
  15. Deportasiya. 1948-ci ilin soyuq qışı (film, 2019)
  16. Yelenendorfdan Göygölə qədər (film, 2019)
  17. Səbirli adam. Mirzə Ələkbər Sabir (film, 2022)
  18. Şuşanın dağları başı dumanlı (film, 2022)

İtən şəhərlər:

  1. Babil (film, 2013)

"Amerika etüdləri" silsiləsi:

  1. Amerika etüdləri. Vaşinqtondan görünən Azərbaycan (film, 2012)
  2. Alnımızın Qarabağı. Amerikadan oxunanlar (film, 2012)
  3. Tarixdən səhifələr
  4. Nyu-York mozaikası
  5. Amerika etüdləri. Arlinqton məzarlığı (film)
  6. Tələbə dünyası

"Bakı vaxtı" silsiləsi:

  1. Şamaxı zəlzələsi
  2. İstiqlaliyyət küçəsi
  3. İsmailiyyə binası
  4. Opera və Balet teatrı
  5. Filarmoniya binası
  6. Azərbaycan prospekti
  7. Dəmiryol vağzalı
  8. 28 may küçəsi
  9. Xaqani bağı
  10. Fəvvarələr bağı
  11. Milli İncəsənət Muzeyi
  12. Hökumət evi
  13. Respublika stadionu

"XX yüzillik. Faktlar, hadisələr və insanlar" silsiləsi (İctimai TV)

Kitabları

  1. Adi və qeyri-adi Amerika. Bakı, 2006
  2. Qərib məzarlar. Fransa. Bakı, 2016. Heydər Əliyev Fondunun nəşri.
  3. Azərbaycanda gəmiçilik: sənədli tarix. Bakı, 2018.
  4. NOBELLƏR neft, milyonçular və qoçular şəhərində. Bakı, TEAS Press Nəşriyyat evi, 2018
  5. Hacı Zeynalabdin Tağıyev. Bakı, 2022

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, müsəllim həsənov sözünün mənası, müsəllim həsənov haqqında məlumat. müsəllim həsənov nədir? müsəllim həsənov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Tikmədaş

  • Fevral 27, 2026

    Sivas ili

  • Fevral 27, 2026

    Muxtar Babayev

  • Mart 01, 2026

    Kibertəhlükəsizlik

  • Mart 06, 2026

    Mirzə Güllər

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst