Qaraçay rayonu (abq. Къарча район, kab.-çərk. Къэрэшей район / Къэрэшей куей, qaraç.-balk. Къарачай район, noq. Карашай район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qaraçayevsk şəhəridir (rayon ərazisinə daxil deyildir).
| Qaraçay rayonu | |
|---|---|
| |
| 43°29′53″ şm. e. 42°00′05″ ş. u.HGYO | |
| Ölkə | |
| İnzibati mərkəz | Qaraçayevsk |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 12 yanvar 1957 |
| Sahəsi |
|
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | 87879 |
| Rəsmi sayt | |
![]() | |
Coğrafiyası
Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimal-şərqdə Maloqaraçaevsk rayonu, şərqdə Kabarda-Balkariya Respublikası, cənubda Gürcüstan, şimalda Ust-Cequtinski, qərbdə Zelençuk rayonu. Rayonun ərazisi 3917,24 km²-dir (2010-cu ildən bəri). Rayon respublikanın dağlıq hissəsində Baş Qafqaz və Skalistı silsilələri arasında yerləşir. Ən yüksək nöqtəsi Elbrus dağıdır (5642 m). Qərbi Qafqazın ən yüksək nöqtəsi olan Dombay-Ulgen zirvəsi (4046 m) rayonda yerləşir.
Tarixi
1943-cü ildə Qaraçay Muxtar Vilayətinin ləğvi və qaraçayların sürgün edilməsi ilə əlaqədar, təqribi olaraq indiki Qaraçay rayonuna uyğun iki rayon (Mikoyanovski və Uçkulan) Gürcüstan SSR-ə verildi və burada Kluxor rayonunu təşkil olundu.
14 mart 1955-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Kluxor rayonu Gürcüstan SSR-dən Stavropol diyarına birləşdirilir.
12 yanvar 1957-ci ildə Kluxor rayonu Qaraçay olaraq adlandırıldı. Elə həmin gün Çərkəz Muxtar Vilayəti Stavropol diyarının bir hissəsi olaraq Qaraçay-Çərkəz Muxtar Vilayətinə çevrildi. Bu zaman Stavropol diyarının Zelençuk, Qaraçay və Ust-Cequtinski rayonları muxtar vilayətə birləşdiridi.
1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençukskaya aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Cequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
- Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur;
- Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin;
- Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.
Əhali
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır:
- 2024 — 31,36 min nəf.
- 2035 — 29,38 min nəf.
- Urbanizasiya
Şəhər şəraitində rayon əhalisinin 20,77 % yaşayır.
- Milli tərkib
| Xalq | 2002 | 2010 |
|---|---|---|
| Qaraçaylılar | 22 127 (84,3 %) | 25 882 (85,7 %) |
| Çərkəzlər | 1 121 (4,3 %) | 1 526 (5,05 %) |
| Osetinlər | 1 388 (5,3 %) | 1 484 (4,91 %) |
| Ruslar | 1 135 (4,3 %) | 1 015 (3,36 %) |
| Abazinlər | 109 (0,4 %) | 46 (0,15 %) |
| tatarlar | 43 (0,2 %) | 29 (0,10 %) |
| ermənilər | 26 (0,1 %) | 27 (0,09 %) |
| ukraynalılar | 41 (0,2 %) | 21 (0,07 %) |
| balkarlar | 16 (0,1 %) | 16 (0,05 %) |
| noqaylar | 12 (<0,1 %) | 15 (0,05 %) |
| milliyyətini bildirməyənlər | 237 (0,9 %) | 138 (0,46 %) |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qaraçay rayonu sözünün mənası, qaraçay rayonu haqqında məlumat. qaraçay rayonu nədir? qaraçay rayonu nə deməkdir?

