Tomoyo Kurosava (黒沢 ともよ, Kurosava Tomoyo?, 10 aprel 1996, Çiçibu[d], Saytama prefekturası) – Yaponiya səs aktrisası və müğənnisi. "Land of the Lustrous" animesində Fosfofilliti və "Sound! Euphonium" animesində Kumiko Omaeni səsləndirməsinə görə tanınır. Ləqəbi Moyoçidir.
| Tomoyo Kurosava | |
|---|---|
| yap. 黒沢 ともよ | |
| Doğum tarixi | 10 aprel 1996 (29 yaş) |
| Doğum yeri |
|
| Fəaliyyəti | seyyu, aktrisa, uşaq aktrisa[d] |
| Fəaliyyət illəri | 2000-ci ildən |
İlk illəri və karyerası
Tomoyo Kurosava 10 aprel 1996-cı ildə Yaponiyanın Saytama prefekturasında doğulmuşdur. Karyerasına Tokio Uşaq Teatr Ansamblının uşaq aktrisası kimi başlamış, 5 yaşında səhnədə debüt etmişdir. 2003-cü ildə "Hibari Misoranın yeni hekayəsi" tamaşasında rol almışdır. 2010-cu ildə "Welcome to the Space Show" animesində Natsuki Koyama personajını səsləndirərək seyyu kimi debüt etmişdir. 2012-ci ildə "Mausu Promotion" agentliyinə keçmişdir. 2014-cü ildə "BRILLIANT4" qrupunun tərkibində "Amagi Brilliant Park" animesinin "Elementalio de Aimashō" adlı bağlanış mahnısını ifa etmişdir. İlk əsas rolu 2015-ci ildə "Sound! Euphonium" animesində Kimiko Omae personajı olmuşdur.
2018-ci ildə "Ən yaxşı aktrisa" kateqoriyası üzrə Seyyu Mükafatının qalibi olmuşdur. 2019-cu ildə Hosey Universitetindən məzun olmuşdur. 2021-ci ildə "Toho Entertainment" agentliyinə keçmişdir.
Animeoqrafiya
Tomoya Kurosava "Amagi Brilliant Park" animesində Silfi, "Sound! Euphonium" animesində Kumiko Omae, "Black Bullet" animesində Tina Sprout, "Land of the Lustrous" animesində Fosfofillit, "Astra Lost in Space" animesində Kvitteriye Raffaalli, "Cyberpunk: Edgerunners" animesində Rebekka, "Frieren: Beyond Journey's End" animesində Edeli səsləndirmişdir.
Şəxsi həyatı
2023-cü ilin iyununda evləndiyini açıqlamışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tomoyo kurosava sözünün mənası, tomoyo kurosava haqqında məlumat. tomoyo kurosava nədir? tomoyo kurosava nə deməkdir?