Azərbaycan jurnalları — Azərbaycan ərazisində və Azərbaycan dilində nəşr olunan dövri elmi, ədəbi, ictimai-siyasi, mədəni və digər tematik istiqamətli nəşrlərdir.
- Tarixi inkişaf
Azərbaycan jurnal nəşri XIX əsrin sonlarında formalaşmağa başlamışdır. 1875-ci ildə nəşrə başlayan “Əkinçi” qəzeti ümumən Azərbaycan mətbuatının əsasını qoysa da, jurnalların yaranması XX əsrin əvvəllərinə təsadüf edir. 1906–1931-ci illərdə nəşr edilən “Molla Nəsrəddin” jurnalı Azərbaycan satirik mətbuatının əsas nümunələrindən biri hesab olunur.
XX əsrin 20–30-cu illərində Sovet hakimiyyəti dövründə ideoloji (kommunist) yönümlü bir sıra jurnallar fəaliyyət göstərib. Bu nəşrlər sırasında “Kommunist”, “İnqilab və mədəniyyət”, “Gənc işçi” kimi jurnallar qeyd olunur.
- Sovet dövrü
Sovet dövründə jurnal nəşri dövlət nəzarətində inkişaf etmiş və müxtəlif tematik sahələr üzrə sistemləşmişdir. Bu illərdə ədəbi-bədii, elmi, pedaqoji və mədəni yönümlü jurnallar nəşr olunmuşdur. “Azərbaycan”, “Ulduz”, “Elm və həyat”, “Gənclik”, “Azərbaycan qadını”, “Mədəni maarif” kimi jurnallar geniş oxucu auditoriyası qazanmışdır.
- Müstəqillik dövrü
1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra jurnal nəşri sahəsində dövlət və özəl təşəbbüslər genişlənmişdir. Yeni mövzu istiqamətləri – iqtisadiyyat, siyasət, incəsənət, mədəniyyət və həyat tərzi jurnalları meydana gəlmişdir. Bu dövrdə “Abituriyent”, “Xəzər”, “Nargis”, “OK! Azerbaijan”, “Femina”, “Baku Magazine” kimi jurnallar nəşrə başlamışdır.
Elmi nəşrlər sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və ali təhsil müəssisələrinin müxtəlif ixtisas jurnalları fəaliyyət göstərir. Onların arasında “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri”, “Azərbaycan məktəbi”, “Dövlət və hüquq”, “Filologiya məsələləri” və digər elmi jurnallar yer alır.
- Rəqəmsal dövr
XXI əsrdə Azərbaycan jurnalları rəqəmsal formata keçid prosesini davam etdirir. Bir çox nəşrlər eyni zamanda onlayn versiyada yayımlanır. İnternet platformalarında yayımlanan elmi jurnallar beynəlxalq indeksləşmə sistemlərinə daxil olmağa başlamışdır. Eyni zamanda sosial media üzərindən fəaliyyət göstərən mədəni və həyat tərzi jurnallar da geniş yayılmışdır.
- Hazırkı vəziyyət
Hazırda Azərbaycanda həm dövlət, həm də özəl sektor tərəfindən maliyyələşdirilən jurnallar fəaliyyət göstərir. Nəşrlər Azərbaycan, rus, ingilis və digər dillərdə çap və onlayn formatda yayımlanır.
Aylıq
Ad Təsis tarixi Sahibi Dil Mövzu Abituriyent 1995 Dövlət İmtahan Mərkəzi Az., rus. Abituriyent Azərbaycan 1923 Azərbaycan Yazıçılar Birliyi (AYB) Az. Ədəbiyyat Dədə Qorqud 2001 Folklor İnstitutu Az. Ədəbiyyat Elmi İş 2007 Azərbaycan Elm Mərkəzi Az., rus., ing. Elm Elmi tədqiqat 2021 AEM Az., rus., ing. Elm, tədqiqat Xəzan 2016 Əli bəy Azəri Az. Ədəbi-bədii Xəzər Xəbər 2010 Xəzər Universiteti Az. & ing. Elmi-kütləvi və bədii Göy Qurşağı 2006 Respublika Uşaq kitabxanası Az. Uşaq İrfan 2005 İpəkyolu MMC Az. İslam Kirpi tv 2018 Məmməd Əfşan Az. Satira-yumor Qədim Diyar 2019 AEM Az., rus., ing. Tarix, etnoqrafiya Literaturnıy Azerbaydjan 2008 AYB Rusca Ədəbiyyat Magistr 2008(?) DİM Az. & rus. Magistratura Nature & Science 2019 AEM Az., rus., ing. Təbiət elmləri Region plus 2006 Namiq Mailov rus. Ulduz 1967 AYB Az. Ədəb. Yada düşdü 2011 Nəzakət Məmmədova Az. Nostalgiya Yazarlar 2007/2021 Zaur Ustac Az. Ədəb.
Ayaşırı
Ad Təsis tarixi Sahibi Dil Mövzu Baku 2007/2011 Heydər Əliyev Fondu Rus və ing. Azərbaycan Bizim ailə 2008 İpəkyolu MMC Az. Ailə-qadın Füyuzat 2007 MİMTA Az. Milli-mənəvi dəyərlər Geostrategiya 2011 Kaspi GAM Az. Rus. İng. Elm Təbəssüm 2011 İpəkyolu MMC Az. Uşaq
Rüblük
Ad Təsis tarixi Sahibi Dil Mövzu Azərbaycan dili və ədəbiyyat tədrisi 1954 Elm və Təhsil Nazirliyi Azərbaycanca ACMIJ 2002 RİNN, AMEA, BDU İng. Bakı universitetinin xəbərləri 1922 Bakı Dövlət Universiteti Az. Elm və həyat 1961 AMEA Az. Elm Ədəbi ovqat 2021 Rəfail Tağızadə Az. Ədəbiyyat History of Science 2018 AcademyGate & BMM İng. Elm Xəzər 1989 A.D. Tərcümə Mərkəzi (–2024), ADU (2025–) Az. Ədəb. İncəsənət və mədəniyyət problemləri 1979 AMEA Memarlıq və İncəsənət İnstitutu Az., ing., rus. İncəsənət İpək Yolu 2017 Azərbaycan Universiteti Az. İqt., maliyyə İrs 1996 Azərbaycan Mədəniyyət Fondu Müxtəlif İşıq-qadın 2012 MİMTA Az. Qadın Journal of Economics 2024 AEM İng. İqt. Qobustan 1969 AYB Az. İnc. Metafizika 2017 Ələddin Məlikov Az, Rus, Türk, İng, Ərəb və Fars Fəlsəfə və sosial elmlər Rezidentura 2011 DİM Az. & rus. Rezidentura Sağlamlıq 1995 ATU Az., rus., ing. Tibb Söz 1993 Lənkəran ŞİH Az. Ədəb. TİM 2016 AzMİU Az. Tikinti, menec.
Yarımillik
Ad Təsis tarixi Sahibi Dil Mövzu Azərbaycanın vergi jurnalı 2003 Dövlət Vergi Xidməti Az. Vergi Coğrafiya və təbii resurslar 2015 ACC & AMEA Cİ Az. Coğr. Elmi əsərlər AzTU Az., ing., rus. Elm İnformasiya Cəmiyyəti Problemləri 2010 İnformasiya Texnologiyaları İnstitutu Az., ing., rus. Elm İnformasiya Texnologiyaları Problemləri 2010 AMEA İTİ Az., rus., ing. İKT Journal of Medicine 2024 AEM İng. Tibb Mədəniyyət dünyası 2017 ADMİU Az., rus., ing. Mədən. Risalə 2004 Ədəbiyyat Muzeyi Az Az. ədəb. TWMS JPAM 2010 TWMS İng. Riyaz.
İllik
Ad Təsis tarixi Sahibi Dil Mövzu Azərbaycan işıqları 2019 Azərenerji Az. Az. enerji Din araşdırmaları 2018 Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Müxt. Din Dövlət və din 2006/2015 DQİDK Az. Din İlahiyyat 2019 Aİİ Az. Teologiya Journal of Technology Studies 2024 AEM İng. Texnologiya Şərq fəlsəfəsi problemləri 1996 Fəlsəfə və Sosiologiya İnstitutu Az., rus., ing. Fəlsəfə
Nəşrini dayandırmış
Həmçinin bax
- Azərbaycan qəzetlərinin siyahısı
- Azərbaycan xəbər saytlarının siyahısı
Qeydlər
- Jurnal kimi
- "Abituriyent" jurnalının xüsusi buraxılışı
- 2024-cü il 6/4 sayına qədər əsas adı "Təbiət və Elm" olub
- 2024-cü il 6/4 sayına qədər həm də Azərbaycanca fəaliyyət göstərib.
- 2024-cü il 6/4 sayından etibarən sadəcə ingiliscə fəaliyyət göstərir.
- "İrfan" jurnalının aylıq əlavəsi
- Jurnalın 4 seriyası var: humanitar, sosial-siyasi, təbiət, fizika-riyaziyyat
- 1957-59-cu illərdə "İncəsənət" məcmuəsinin 3 nömrəsi nəşr olunmuşdur. "Qobustan" incəsənət toplusu həmin məcmuənin davamıdır.
- Araşdırmalar toplusu kimi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azərbaycan jurnalları sözünün mənası, azərbaycan jurnalları haqqında məlumat. azərbaycan jurnalları nədir? azərbaycan jurnalları nə deməkdir?