Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi.

Kimon

  • Ana Səhifə
  • Vikipediya
  • Kimon

Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi.

Kimon
yun. Κίμων
Kimonun büstü
Kimonun büstü
Doğum tarixi e.ə. 510(-510)
Doğum yeri
  • Qədim Afina
Vəfat tarixi e.ə. 450(-450) (59–60 yaşında)
Vəfat yeri
  • Larnaka, Larnaka rayonu[d], Kipr Respublikası və ya
  • Salamin, Famaqusta rayonu[d], Kipr Respublikası
Atası Miltiad
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir.

Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir. Şəkilli dirəyin (q.yun. Ποικίλη στοά altında məşhur filosof Kitili Zenon dərs verirdi. İlk tədris verilən yerin adına görə bu məktəbin davamçıları stoiklər adlanırdı.

Daha sonralar xalqın Kimonun lakonofilliyini (Sparta aid hər şeyə hörmət və ehtiram bəsləmək) qəbul etməməsi, onun Tasos səfərində iştirakı, Messena müharibəsində Afinanın potensial düşməni Spartanı müdafiə etməsi və çirkli siyasi metodlardan istifadə etməsinə görə ostrakizmə məruz qalmış və bir müddət şəhərdən qovulmuşdur.

Kiprdə gedən hərbi əməliyyatlar zamanı ölən Kimon öz tərəfdaşlarına dərhal adanı tərk etməyi və onun ölümünü gizləməyi əmr etmişdi; bu əmr yerinə yetirilmişdi, nə onun düşmənləri, nə də müttəfiqləri heç nə barədə şübhəyə düşməmişdi. Geriyə qayıdan afinalılar Salamin yaxınlığında (əfsanəyə görə şəhərin əsasının Salamin adasından gəlmiş bir nəfər qoymuşdu) İran qoşunları qarşısında iki qələbə qazandılar. Qədim yunan tarixçisi Fanodemin yazdığına görə afinalılar "otuz gün əvvəl ölmüş Kimonun başçılığı altında" sağ-salamat Afinaya qayıtmışdılar.

Mənşəyi. İlk illəri

Kimon ata tərəfdən qədim zadəgan nəsli olan Filaidlərdən idi Onun ana tərəfi heç də geri qalmırdı. Anası Frakiya padşahı Olorun qızı Hehespila idi.

Kimonun atası Miltiad Frakiya Xersonesi şəhərinin tiranı idi. Gələcək sərkərdənin böyüdüyü vəziyyət Afinadakı ilə qətiyyən uyğun deyildi. Afinada tiran Pisstradın qovulması və Klisfenin islahatları ilə nəticələnən güclü daxili mübarizə getdiyi halda, Xersonesdə hər şey çox sakit idi. Tranın oğlu və Frakiya padşahının nəvəsi dəbdəbə içərisində yaşayırdı.

Onun problemsiz həyatı e. ə. 493-cü ildə başa çatdı. Kimonun atası Miltiad İoniya üsyanı zamanı İrana qarşı çıxış etmiş yunanlara qoşuldu. Üsyanın yatırılmasından sonra Miltiad təqiblərdən uzaqlaşmaq üçün Afinaya qaçmaq məcburiyyətində qaldı, bu zaman oğlunu da özü ilə aparmışdı.

Üç ildə sonra Miltiad İran qoşununu Marafon döyüşündə məğlub etdi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kimon sözünün mənası, kimon haqqında məlumat. kimon nədir? kimon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    22 oktyabr

  • Mart 06, 2026

    Əbdülhüseyn Zərrinkub

  • Fevral 21, 2026

    Sosial elmlər

  • Fevral 24, 2026

    S:Müəllif:Yunus Əmrə

  • Fevral 27, 2026

    Araş (müğənni)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst