Nabatkənd (əvvəlki adı: Xanlarkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun Nabatkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi adlandırılmış, Xanlarkənd kənd inzibati ərazi dairəsi Nabatkənd kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
| Nabatkənd | |
|---|---|
| 39°52′54″ şm. e. 48°36′37″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ 4917 |
![]() Nabatkənd | |
Əhalisi
Əhalisinin sayı 1656 nəfərdir.
Toponimikası
Kənd Muğan düzündədir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə salınmışdır. Əvvəllər inqilabçı Xanlar Səfərəliyevin (1885–1907) adı ilə adlandırılmışdır. Memorial toponimdir.
Din
Kənddə "Zeynəbiyyə" məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nabatkənd sözünün mənası, nabatkənd haqqında məlumat. nabatkənd nədir? nabatkənd nə deməkdir?
