Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marinduke (taqal Lalawigan ng Marinduque) — Filippinin MİMAROPA regionuna daxil olan eyni adlı adada yerləşən vilayət. Vilayətin ərazisinin böyük hissəsini Mari

Marinduke

  • Ana Səhifə
  • Vikipediya
  • Marinduke

Marinduke (taqal Lalawigan ng Marinduque) — Filippinin MİMAROPA regionuna daxil olan eyni adlı adada yerləşən vilayət. Vilayətin ərazisinin böyük hissəsini Marinduke adası təşkil etsə də ətrafında yerləşən bir necə kiçik ada vilayətin ərazisini təşkil edir. Marinduke adası Tayabas körfəzi ilə Sibuyan dənizi arasında yerləşir. Yaxınlığında Keson, Romblom, Şərqi Mindoro vilayətləri yerləşir.

Marinduke adası
taqal Lalawigan ng Marinduque
Ümumi məlumatlar
Sahəsi
  • 952,58 km²
Hündür nöqtəsi 1157 m
Əhalisi 227 828 nəfər (2010-cu il)
Yerləşməsi
13°24′05″ şm. e. 121°58′01″ ş. u.HGYO
Ölkə  Filippin
Akvatoriya
  • Sibuyan dənizi
Marinduke adası xəritədə
Marinduke adası
Marinduke adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilayətin inzibati mərkəzi Boak şəhəridir.

Mündəricat

Coğrafiyası

Marinduke adasının şimal sahillərini Tayabas körfəzi, cənubdan isə Sibyan dənizi yuyur. Şimal-şərqində yerləşən Mompoq boğazı adanı Luzon adasının Bondok yarımadasından ayırır. Vilayətin tərkibinə həm də Maniuayan, Santa-Krus və Mompoq adaları daxildir. Vilayətdə və ada ərazisində ən hündür nöqtə Malindiq dağıdır. Dağın hündürlüyü dəniz səviyyəsindən 1157 metr yüksəklikdə yerləşir.

İqlimi Filippinin digər adaları kimi subekvatorialdır. İl iki mövsümə bölünür quru mövsüm noyabrdan fevrala, rütübətli mövsüm isə iyundan oktyabra qədər davam edir.

Tarixi

Adanın adının yaranmasında müxtəlif fərziyələr vardır. Onlardan birində deyilir ki, iki sevgili olur. Onlar dənizə çıxırlar. Ancaq qızın atası qəbilə başçısı olur. O, bu birliyin əlenə çıxır. Qızın adı Marina, oğlanın adı isə Qarduke olur. Dənizdə onlar boğularaq ölürlər. Onların cəsədindən ada əmələ gəlir. Digər fərziyədə isə yenə də qızın adı Marina olur. O, Duke ilə evləndikdən sonra adanın adı Marinduke olur. Digər versiya isə adada olan vulkanın adı ilə əlaqədardır. İspanlar adaya gəldikdən sonra Malindiq adı Marindukeyə çevrilərək qətiləşmişdir. İspan ağalığı dönəmində ada Balayan vilayəti ərazisinə daxil olmuşdur. XVII əsrdın isə Mindoro vilayətinə daxil edilir.

Filippin-Amerikan müharibəsi zamanı ilk amerikan bazası burada yerləşdirilir.,Pulanq Lupa döyüşündən sonra amerikanlar geri oturdulmuşlar.

1902-ci ildə Mindoro vilayətinin işğalı ilə əlaqədar ada Tayabas vilayətinə birləşdirilmişdir. 1920-ci ildə Marinduke müstəqil vilayət elan edilir. 1942—1945 yapon işğalına Marindukedə baş verən döyüşdən sonra son qoyulmuşdur.

Əhali

Marindukenin əhalisi olduqca qonanpərvərdir. Buraya gələn qonaqları xüsusi ritualla qarşılayırlar. Ada əhalisi Taqallardır. Doğma dilləridə taqal dilidir.

İnzibati bölgü

Vilayət ərazisinə 6 rayon daxildir:

  • Boak
  • Santa-Krus
  • Toriixos
  • Moqpoq
  • Buenavista
  • Qasan

İqtisadiyyat

Marinduke aqrar rşvilayətdir. Əsasən düyü və kakos qozu yetişdirilir. Balıqçılıq mühüm yer tutur. Dağ-mədən və turizmdəndə gəlir əldə edilir.

Ada ilə əlaqə əsasən dənizlə yaradılır. Üstəlik Boak və Qasan arasında hava limanı vardır. Boak və Santa-Krusda dəniz limanı vardır.

Mədəniyyət

Adada Morinoko vestivalı keçirilir. Bu əsasən Buennavista, Boak, Qasan, Moqpoq şəhərlərində təşkil edilir. Festivalın adı «morion» sözündən götürülmüşdür. Bu termin ispan konkistadorlarının taxdığı dənir dəbilqənin adıdır.

Təhsil

Təhsilin ali dərəcəsi Boakda olan Dəniz instutudur. Üstəlik iri şəhərlərdə kolleclər vardır. Orta və ibtidai təhsil mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, marinduke sözünün mənası, marinduke haqqında məlumat. marinduke nədir? marinduke nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Fyodor Kopılov

  • Fevral 27, 2026

    Ağadadaş Həmidov

  • Fevral 28, 2026

    Boz alma

  • Fevral 27, 2026

    Lulubilər

  • Mart 01, 2026

    Tatavun Noyan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst