Ön şəkilçi və ya prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir:
Nümunələr
Ərəb-fars mənşəli
- Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər
- Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq
- La- – inkarlıq bildirir.
- Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə
- Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik
Avropa mənşəli
- a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal
- anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir. Məsələn:səddən
biqəm – biqəmlik, biqərar – biqərarlıq
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, prefiks sözünün mənası, prefiks haqqında məlumat. prefiks nədir? prefiks nə deməkdir?