Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fəxrəddin Miralayev (14 mart 1951, Qazax – 18 dekabr 2024, Bakı) — Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrin Mühafizəsi və Bərpası Komitəsinin sə

Fəxrəddin Miralayev

  • Ana Səhifə
  • Vikipediya
  • Fəxrəddin Miralayev

Fəxrəddin Miralayev (14 mart 1951, Qazax – 18 dekabr 2024, Bakı) — Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrin Mühafizəsi və Bərpası Komitəsinin sədri (1992–2000), Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru. Azərbaycan Respublikasının Əməkdar memarı.

Fəxrəddin Miralayev
Fəxrəddin Böyük oğlu Miralayev
Şəxsi məlumatlar
Doğum tarixi 14 mart 1951(1951-03-14)
Doğum yeri
  • Qazax, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 dekabr 2024(2024-12-18) (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Yasamal qəbiristanlığı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Fəaliyyəti memar

Təltifləri Lenin komsomolu mükafatı Azərbaycan Respublikasının əməkdar memarı

Həyat və Fəaliyyəti

Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968–1974-cü illərdə Azərbaycan Texniki Universitetidə (Azərbaycan Politexnik institutu) təhsil alıb. 1975–1982 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bərpa idarəsində memar, 1983–1992 "Bərpaçı" Baş idarəsində memar, 1992–2000 Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifəsində işləyib. 2001–2002 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpası və mühafizəsi Komitəsinin Baş idarəsinin rəisi vəzifəsinə təyin olunub. 2003–2015 "Azərbərpa" Elmi-Tədqiqat layihə institutunda baş memar vəzifəsində çalışıb. 100-ə yaxın bina layihələrinin müəllifidir. Opera və Balet Teatrının bərpası, Bibi Heybət məscidi, Buzovnada Cümə məscidi, "ÜNS" teatrı (O. Səttarovla birgə), Fəxri Xiyabanın (R. Əliyevlə birgə) və Şəhidlər Xiyabanının rekonstruksiyası, Gəncədə İmamzadə Dini-memorial kompleksi, Qala kəndində Açıq səma altında Muzey, İçəri Şəhərin qala divarlarının bərpası, İqtisad Universitetinin və ətrafının regenerasiyası, Nəsimi meydanında yeraltı qaraj və mağaza (S. Salamzadə ilə birgə), Zərifə Əliyeva, Fizuli və Heydər Əliyev prospektlərində yerləşən binaların layihəsinin müəllifidir. S. Vurğun, H. Cavid və Sahil bağlarının rekonstruksiyası, Bəhram Gurun heykəlinin ətrafı, Ağ fontan, Lazerli fontan, Göygöl şəhərində Bayraq meydanı və muzeyi, Göyçay şəhərində Yeni Azərbaycan Partiyasının binası, Moskva şəhərində "Bakı" restoranı, Budapeşt şəhərində 7 mərtəbəli binanın bərpa layihələri üzərində çalışıb. 20 elmi məqalənin müəllifidir. Üçüncü Bakı Beynəlxalq Memarlıq müsabiqəsində "Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid" nominasiyası üzrə "Azərbaycanın bilinməyən memarlığı"əsərınə gör I dərəcəli diplomla təltif olunub (2017). Azərbaycanın Əməkdar memarı (2017). Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur (2020). 18 dekabr 2024-cü ildə vəfat edib.

Mükafatları

  • 1983-cü ildə HUMA-2000 Beynəlxalq

Müsabiqəsində bürünc mükafata layiq görülmüşdür.

  • 1984-cü ildə Azərbaycan SSR-nin

Lenin Komsomolu Mükafatına layiq görülüb.

  • 2016-cı ildə "Ustad Memar" sertifikatı ilə təltif olunub.
  • 2021-ci ildə Azərbaycan

Memarlar İttifaqı tərəfindən "Çoxillik yaradıcılıq fəaliyyətinə görə" Fəxri Fərmanlarla təltif olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fəxrəddin miralayev sözünün mənası, fəxrəddin miralayev haqqında məlumat. fəxrəddin miralayev nədir? fəxrəddin miralayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Blez Paskal

  • Fevral 27, 2026

    ESƏD

  • Mart 06, 2026

    Finlandiya parlamenti

  • Mart 06, 2026

    Nətənz şəhristanı

  • Fevral 27, 2026

    Samoa talası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst