Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yıldız Moran (24 iyul 1932, İstanbul – 15 aprel 1995, İstanbul) — tərcüməçi, Türkiyənin peşəkar və akademik təhsil almış ilk qadın fotoqrafı

Yıldız Moran

  • Ana Səhifə
  • Vikipediya
  • Yıldız Moran

Yıldız Moran (24 iyul 1932, İstanbul – 15 aprel 1995, İstanbul) — tərcüməçi, Türkiyənin peşəkar və akademik təhsil almış ilk qadın fotoqrafı

Yıldız Moran
türk. Yıldız Moran
Doğum tarixi 24 iyul 1932
Doğum yeri İstanbul
Vəfat tarixi 15 aprel 1995 (62 yaşında)
Vəfat yeri İstanbul
Vətəndaşlığı
  •  Türkiyə
Təhsili
  • Robert Kolleci
Sayt yildizmoran.com.tr

Yıldız Moran 24 iyul 1932-ci ildə İstanbulda doğulmuşdur. 1950-ci ildə İstanbulda Robert Kollecindən məzun oldu. Daha sonra İngiltərə Bloomsbury Texniki Kolleci və Ealving Texniki Kollecində fotoqraflıq təhsili aldı. İngiltərə də Old Vic Teatrının məşhur fotoşəkil sənətçilərindən John Vickerin yanında assistentlik etdi. 1952-ci ilin yazında İtaliyaya gedən Yıldız orada bir fotoqraf klubuna üzv oldu, İspaniyanı və Portuqaliyanın gəzdi.

İlk Fotograf sərgisini 1953-ci ildə 21 yaşında Kembricdə açdı. Şərqdən gəlmiş Türk qızının 25 fotoşəkili bir gün içində satıldı, 1954-cü ilə qədər Londonda beş sərgi daha açdı.

Amma işləri istədiyi kimi getmirdi. Sərgiləri çox şöhrət gətirmişdi, bir çox tamaşaçı çəkmişdi amma Kembricdə açdığı tək bir sərgidə bir gündə 25 fotoşəkil satarkən, öz ölkəsində fotoşəkillərindən bir dənəsini belə sata bilməmişdi.

Fotoşəkildən yetərli pul qazana bilmədiyini görüncə, yeni il kartları hazırlayıb satmağa qərar verdi. Bu qərarı, aldığı ən əhəmiyyətli qərarlardan biri idi. Çünki Yıldız Moran kartları satışa verməsi üçün getdiyi mətbəədə həyatını dəyişdirəcək insanla, 4 noyabr 1954-cü il tarixində şair Özdəmir Asafla tanış oldu. 1962-ci ildə onunla evləndi və fotoqrafçılıq sənətini buraxdı, 4 il içində 3 uşaq sahibi oldu. 1982-ci ildə İstanbul Gözəl Sənətlər Akademiyası Fotoqrafçılıq İnstitutunun fəxri üzvü oldu.

Deyil qadınların, kişilərin belə rahat gəzə bilmədiyi yerlərə gedərək; qəsəbələri, kəndləri gəzdi, həyata dair nə varsa göstərdi. Yıldız Moran, xüsusilə Anadolu xalqının həyatını izah edən fotoşəkilləriylə tanınmışdır. Mükəmməl ingiliscə bilən Yıldız həyat yoldaşı Asafin şeirlərini ingiliscəyə tərcümə edirdi, türkcə-ingiliscə lüğət sahəsində də böyük xidmətləri olmuşdur.

Yıldız Moran 15 May 1995-ci ildə İstanbulda 63 yaşında vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yıldız moran sözünün mənası, yıldız moran haqqında məlumat. yıldız moran nədir? yıldız moran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tokay Məmmədov

  • Fevral 27, 2026

    Ulan-Bator

  • Fevral 27, 2026

    Naxçıvanskilər

  • Fevral 23, 2026

    Vulkan

  • Fevral 27, 2026

    Leçugilla

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst