Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fotoelektrik sensor əsasən infraqırmızı işıq şüasından istifadə edərək məsafəni, obyektin mövcud olub-olmamağını hiss edən qurğudur. Onlardan sənayenin müxtəlif

Fotoelektrik sensor

  • Ana Səhifə
  • Vikipediya
  • Fotoelektrik sensor

Fotoelektrik sensor əsasən infraqırmızı işıq şüasından istifadə edərək məsafəni, obyektin mövcud olub-olmamağını hiss edən qurğudur. Onlardan sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Üç əsas növü var: qarşılıqlı, geriyə əks olunan və maneədən əks olunan.

Qarşılıqlı fotoelektrik sensorun konseptual sistemi

Növləri

Qarşılıqlı fotoelektrik sensorlar iki hissədən ibarət olur: emitter, yəni şüanı göndərən qurğu və qəbuledici. Emitterdən göndərilən şüa qəbulediciyə çatdıqda sensorda heç bir dəyişiklik baş vermir. Lakin emitter və qəbuledici arasında maneə olduqda şüa çatmadıqda sensor bununla çıxış siqnalı verir.

Geriyə əks olunan fotoelektrik sensorlarda emitter və qəbuledici hissə bir qurğuda yerləşir və həmin qurğunun qarşısında əksetdirici lövhə olur. Emitterdən göndərilən şüa həmin lövhədən əks olunaraq qəbulediciyə çatır. Şüa hər hansı maneə ilə rastlaşdıqda və əksolunmadıqda sensor çıxış siqnalı verir.

Maneədən əks olunan fotoelektrik sensorlarında da emitter və qəbuledici bir qurğuda yerləşir. Adi halda emitterdən göndərilən şüa qəbulediciyə çatmır, lakin hər hansı maneəyə rast gəldikdə şüa qəbuledicidə toplanır və belə olduqda sensor çıxış siqnalı verir.

Yuxarıdakıları növləri bir-birindən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirmək olar:

AdÜstünlükləriMənfi cəhətləri
Qarşılıqlı
  • Yüksək dəqiqlik
  • Uzun həssaslıq diapazonu
  • Yüksək etibarlılıq
  • Sistemdə iki yerdə quraşdırılması: emitter və qəbuledici
  • Bahalığı – ayrıca emitter və qəbuledici tələb etməsinə görə digərlərinə nisbətən qiyməti yüksəkdir
Geriyə əks olunan
  • Qarşılıqlı sensorlardan dəqiqliyinə görə çox az fərqlənir
  • Maneədən əks olunan sensorlara nisbətən yüksək həssaslıq diapazonu
  • Yüksək etibarlılıq
  • Sistemdə iki yerdə quraşdırılması: sensor və əksetdirici
  • Maneədən əks olunan sensorlara nisbətən qiymətinin bir az baha olması
  • Qarşılıqlı sensorlara nisbətən aşağı həssaslıq diapazonu
Maneədən əks olunan
  • Yalnız bir yerdə quraşdırılması
  • Digər növlərlə müqayisədə daha ucuz olması
  • Digər növlərlə müqayisədə dəqiqliyinin az olması
  • Quraşdırılmasına çox zaman tələb etməsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fotoelektrik sensor sözünün mənası, fotoelektrik sensor haqqında məlumat. fotoelektrik sensor nədir? fotoelektrik sensor nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Süleyman Seba

  • Fevral 27, 2026

    Pyer-Jozef Prudon

  • Mart 01, 2026

    Braunit

  • Fevral 27, 2026

    İsveçrə qvardiyası

  • Fevral 27, 2026

    Tarmaşirin xan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst