Sosnovski baldırğanı (lat. Heracleum sosnowskyi) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
| Sosnovski baldırğanı | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Sosnovski baldırğanı | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Botaniki xarakteristikası
Hündürlüyü 1-1,5 m-ə qədər, gövdəsi dərin şırımlı, pərdəyəoxşar tükcüklərlə örtülmüş olan ikiillik və ya çoxillik hündür iri ot bitkisidir. Aşağı yarpaqları iridir, saplaq üzərində üçər bölünmüş seqmentlərlədir, nadir hallarda lələkvari bölünmüş 2 cüt seqmentlərin; yan seqmentləri yumurtaşəkillidir, kənarları qeyri-bərabərdir, 3-5 bölümlü yumurtavari iti dişli paylara kəsilmişdir, son seqmentləri dəyirmidir, 3 müstəqil yumurtavari bölümlü kəsilmiş dişli payları vardır; yuxarı yarpaqları qını genişləndiyinə görə kiçilmişdir. Yarpaqlar üst tərəfdən çılpaq, alt tərəfdən az yumşaq tükcüklərlə örtülmüşdür. Çətiri çoxşüalıdır, iridir. Sarğı yarpaqları və qın xətvari-sapşəkillidir, çətircikdən qısadır. Çiçəkləri ağ rənglidir, çətirdəki kənar çiçəklər böyümüşdür. Əksinəyumurtaşəkilli və yaxud ellipsvari olub, uzunluğu (7) 10–13 mm, eni 6–9 mm, arxa hissədə seyrək uzun tüklü, kənarları adətən qısa tikanabənzər tüklərlə örtülmüşdür. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması
BQ (Quba), BQ şərq. BQ qərb. Orta və yuxarı meşə zolaqlarında.
Yaşayış mühiti
Dərələrdə, meşənin kənarlarında və talalarda rast gəlinir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sosnovski baldırğanı sözünün mənası, sosnovski baldırğanı haqqında məlumat. sosnovski baldırğanı nədir? sosnovski baldırğanı nə deməkdir?
