Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Dilmanc" tərcümə sistemi mətnlərin avtomatik tərcüməsini həyata keçirən kompüter proqramıdır. Bu sisteminin köməyilə siz mətni kompüter vasitəsilə bir neçə san

Dilmanc

  • Ana Səhifə
  • Vikipediya
  • Dilmanc

"Dilmanc" tərcümə sistemi mətnlərin avtomatik tərcüməsini həyata keçirən kompüter proqramıdır. Bu sisteminin köməyilə siz mətni kompüter vasitəsilə bir neçə saniyə ərzində tərcümə edə bilərsiniz. Tərcümə sistemləri tərcümə zamanı insanların işini xeyli asanlaşdırır. Bəzən siz cümlədə bütün sözlərin tərcüməsini bilsəniz də, tərcümə etdiyiniz dildə cümləni qura bilmirsiniz, çünki bunun üçün müvafiq qrammatik qaydaları yaxşı bilmək lazımdır. Bəzən isə sizə dəqiq tərcümə yox, sadəcə mətndə nədən söhbət getdiyini bilmək lazım olur. Tərcüməyə sərf etdiyiniz vaxt isə qiymətsizdir. Bu və çoxlu sayda başqa hallarda maşın tərcüməsi sistemləri minlərlə insanın köməyinə gəlir. Hal-hazırda dünyada maşın tərcüməsi sistemlərindən geniş istifadə olunmaqdadır. Müxtəlif dillər üçün çoxlu sayda maşın tərcüməsi sistemləri mövcuddur. "Dilmanc" tərcümə sistemi isə Azərbaycanda ilk və analoqu olmayan proqram təminatıdır.

Mündəricat

Layihə haqqında

Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün dil texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır:

  • Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması
  • Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması
  • Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması
  • Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması
  • Mətnin kompüter tərəfindən başa düşülməsi sistemin yaradılması

Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır.

Layihənin tarixi

Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılması məsələsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə.M.Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır.

İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2005-ci ilin aprel ayından Dilmanc layihəsinin həyata keçirilməsinə başlamışdır.

12 noyabr 2007-ci ildə Dilmanc rəsmi saytı yenilənmişdir.

6 Dekabr 2007-ci il tarixdə Bakı Əyləncə Mərkəzində Rabitə işçilərinin peşə bayramı günü münasibətilə təşkil edilmiş tədbirdə "Dilmanc" tərcümə sisteminin İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə həyata keçirən versiyasının təqdimatı keçirildi.

27 dekabr 2007-ci ildə "Dilmanc”ın təkmilləşdirilmiş 2.0 versiyası istifadəyə verildi.

11 mart 2008-ci il tarixində "Dilmanc”ın təkmilləşdirilmiş 2.2 versiyası istifadəyə verildi. Yeni Dilmanc 2.2 versiyasına aşağıdakı əlavələr edilmişdir.

  • Daha keyfiyyətli tərcümə
  • Tərcümə zamanı tapılmamış sözlərin dalğalı xətlə qeyd olunması
  • Orijinal və tərcümədə alınmış cümlələr arasında əlaqənin göstərilməsi
  • Mətnlə işləmək üçün yeni alətlər
  • Tərcümə zamanı mətnin formatının saxlanması
  • Dilmanc sənədini yadda saxlamaq imkanı
  • Yeni interfeys
  • Proqramla işləmək qaydaları (Kömək)

15 noyabr 2008-ci il tarixində “Dilmanc”ın təkmilləşdirilmiş 2.5 versiyası istifadəyə verildi. Yeni Dilmanc 2.5 versiyasına aşağıdakı əlavələr edilmişdir.

  • Mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb
  • Proqramın söz bazası zənginləşdirilib
  • Tərcümə sürəti və proqramın açılma sürəti artırılıb
  • Proqramın interfeysini Azərbaycan, İngilis və Türk dillərinə dəyişmək imkanı əlavə edilib
  • Proqramla işləməyi rahatlaşdırmaq üçün yeni imkanlar əlavə edilib

12 dekabr 2013 tarixində Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə və əksinə tərcümə edən proqram istifadəyə verildi. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin Dilmanc layihəsi çərçivəsində yaradılmış Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir.

19.02.2014-cü ildə Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verilmişdir. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır:

Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək. Lüğət. Tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsi, nitq hissələri, sinonimləri və s. informasiyaya baxmaq. "Nümunələr" düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək. Mətnin səsləndirilməsi. Tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, "Səsləndir" düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asa bilərsiniz. Mobil qurğulara yüklənə bilmə. Android əsasında işləyən telefon və planşetlərinizə "Dilmanc Mobile Translator" proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, İngilis və Rus dilləri arasında tərcümə edə bilərsiniz. Bu proqram istifadəçilər arasında böyük populyarlıq qazanaraq, "Play Store"-da istifadəyə verildiyi gündən 4 ay müddət ərzində 50 min dəfəyə yaxın yüklənmişdir.

Proqramın yeni versiyası dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilmişdir və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından əlverişlidir.

Layihənin nailiyyətləri

Hal-hazırda layhədə nəzərdə tutulmuş elmi tədqiqat istiqamətlərinin hər biri üzrə praktik nəticələr əldə olunmuş və onların keyfiyyətinin artırılması üzərində işlər gedir. Layihə çərçivəsində Azərbaycan dili üçün aşağıdakı texnologiyalar yaradılmış və ödənişsiz olaraq kütləvi istifadəyə verilmişdir:

Avtomatik tərcümə və lüğət sistemləri

İngilis, Rus və Azərbaycan dilləri arasında tərcümə və lüğət sistemləri yaradılaraq onlayn servis kimi istifadəyə verilmişdir. Bu sistemlər həm dilmanc.az saytındakı tərcümə portalında, həmçinin mobil telefonlara yüklənərək istifadə edilə bilər.

Nitqin tanınması sistemi

Azərbaycan dili üçün şifahi nitqi avtomatik olaraq yazıya çevirə bilən Dilmanc İmla sistemi yaradılmış, Windows və Android əməliyyat sistemləri üçün proqram şəklində istifadəyə verilmişdir.

Mətnin səsləndirilməsi sistemi

Azərbaycan dili üçün kompüterə daxil edilmiş mətni insan səsi ilə oxuya bilən sistem yaradılaraq dilmanc.az saytında və mobil telefonlarda istifadəyə verilmişdir.

Mobil tərcüməçi

Yuxarıdakı sistemlərin birləşməsi olaraq, mobil telefonlarda şifahi nitqi Azərbaycan, İngilis və Rus dilləri arasında avtomatik tərcümə edən proqram hazırlanaraq pulsuz istifadəyə verilmişdir.

Səslə idarə olunan kompüter

Gözdən əlillər üçün səslə idarə olunan və istifadəçiyə səsli cavab verən mobil kompüter hazırlanmış və istifadəçilərə paylanmışdır (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Heydər Əliyev fondunun birgə layihəsi)

Sponsorlar

  • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Yaradıcı qrup

Layihənin elmi məsləhətçisi

  • Akademik Əli Abbasov

Direktor

  • t.e.n. Əbülfət Fətullayev

Proqramçılar qrupunun rəhbəri

  • Rauf Fətullayev

Koordinator

  • Rövşən Hüseyinli

Proqramçılar

  • Ramil Məmmədov
  • Ramin Dərvişov
  • Toğrul Mərdanov
  • Rauf Qurbanov
  • Mirnəsir Əskərov

Riyaziyyatçı

  • Samir Abbasov
  • Turan Məmmədov

Dilçilər

  • Gülnar Əzimova
  • Günel Şahbazova

Sahə üzrə məsləhətçilər

  • prof. Məsud Mahmudov (Dilçilik)
  • prof. Bayram İbrahimov (Siqnalların rəqəmli emalı)

Veb-dizayner

  • Natiq Abdullayev

Operatorlar

  • Niyal Əhədov

Müxtəlif vaxtlarda layihə qrupunda işləmiş mütəxəssislər

f.r.e.n. A. Mehdiəliyev, f.r.e.n. F. Əhmədov, dos. T. Abbasquliyev, f.e.n. İ. Tahirov, f.e.n. A. Bəylərova, Ç. Şirinov, V. Salehov, B. Talıbov, R. Zamanov, E. Nuriyev, S. Şaqavatov və d. Görülən işlərin tərkibindən asılı olaraq layihə qrupunun tətkibinin yenilənməsi prosesi bu gün də davam etdirilir.

Ayrıca baxın

  • Kompüter proqramları
  • Proqramlaşdırma dilləri
  • Tərcümə proqramları

Dilmanc imla Haqqında

Klaviaturada yazmağa son! Telefonunuza şifahi imla deyin, Dilmanc İmla proqramı nitqinizi mətnə çevirərək kompüterə yazacaq. Dilmanc İmla telefonunuzu kompüterin mikrofonu kimi istifadə etmək imkanı yaradır. Kompüter və telefon arasında əlaqə yaradıldıqdan sonra, telefona deyilən şifahi nitq avtomatik mətnə çevrilərək kompüterdəki mətn redaktoru pəncərəsinə yazılacaq, beləliklə vaxtınıza dəfələrlə qənaət etmiş olacaqsınız.

İstifadə qaydaları

1.Kompüterinizə Dilmanc İmla prorqramını dilmanc.az/dilmanc-imla ünvanından yükləyib işə salın.

2. Android və ya İOS sistemi ilə işləyən telefona Dilmanc İmla proqramını yükləyin (Google Play və ya App Store-dan) və işə salın.

3. Android və ya İOS sistemi ilə işləyən telefona Dilmanc İmla proqramını yükləyin (Google Play və ya App Store-dan) və işə salın.

4. Kodu daxil etdikdən sonra mobil telefonunuzda imla rejimi aktivləşəcək. Ekrana toxunaraq danışın, nitqiniz mətnə çevrilərək kompüterə yazılacaq. Kursoru Microsoft Word və ya digər mətn redaktorunun ekranına qoymağı unutmayın.

Tələblər

1. Telefon və kompüter internetə qoşulmalıdır.

2. Telefon ağıza yaxın tutulmalıdır.

  • Versiya: 2.0 Yeniləmə: 29.04.2015
  • Minimum tələblər: Windows XP və ya yeni, 512 kb/s in

Dilmanc plugin

Dilmanc plugin-i düymə şəklində İnternet brauzerinizə (Google Chrome, Mozilla Firefox) əlavə edərək Dilmancın təqdim etdiyi tərcümə imkanlarından yararlana bilərsiniz. "Dilmanc plugin"in üstünlüyü ondadır ki, tərcümə etmək istədiyiniz mətni kopyalayaraq Dilmancın səhifəsinə girməyə, kopyalanmış mətni lazımi pəncərəyə qoymağa ehtiyac qalmır. Siz istənilən səhifədə hər hansı mətni seçərək (qaralayaraq) "Dilmanc plugin" düyməsini basa bilərsiniz. "Dilmanc plugin" sizin əvəzinizdən bütün prosesi icra edəcək.

Dilmanc plugini Google Chrome brauzerinə yükləmək üçün:

https://chrome.google.com/webstore/search/dilmanc

Dilmanc plugini Mozilla Firefox brauzerinə yükləmək üçün:

https://addons.mozilla.org/en-US/firefox/addon/dilmanc-translate-plugin/%5B%5D

Mətnin səsləndirilməsi sistemi

Mətnin səsləndirilməsi sistemi daxil edilmiş mətni Kişi və Qadın səsi ilə oxuyur. Aşağıdakı sahəyə Azərbaycan dilində mətn daxil edərək Səsləndir düyməsini basın. Səs faylını kompüterinizə endirmək üçün mp3 kimi yüklə düyməsini basın.

  1. "Xoş gəlmisiniz | Dilmanc". www.dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.
  2. . www.dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.
  3. . www.dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.
  4. . dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.
  5. . dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.
  6. . dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.
  7. . www.dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.
  8. . Dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.
  9. . Dilmanc.az (az.). İstifadə tarixi: 30 yanvar 2026.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dilmanc sözünün mənası, dilmanc haqqında məlumat. dilmanc nədir? dilmanc nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Vaqif Əsədov

  • Fevral 27, 2026

    Fenomenologiya

  • Fevral 27, 2026

    İki

  • Fevral 27, 2026

    Emil Zolya

  • Fevral 24, 2026

    Şotland dili

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst