Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbrahim Göyçaylı (tam adı: Əsgərov İbrahim Məhəmməd oğlu) — Şair, jurnalist. Əməkdar mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Televiz

İbrahim Göyçaylı

  • Ana Səhifə
  • Vikipediya
  • İbrahim Göyçaylı

İbrahim Göyçaylı (tam adı: Əsgərov İbrahim Məhəmməd oğlu) — Şair, jurnalist. Əməkdar mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində "Ədəbiyyat və İncəsənət Redaksiyası"nın baş redaktor müavini.

İBRAHİM GÖYÇAYLI
İbrahim Məhəmməd oğlu Əsgərov
Doğum tarixi 12 noyabr 1936
Doğum yeri Göyçay, Alıkənd
Vəfat tarixi 24 fevral 2007 (70 yaşında)
Vəfat yeri Bakı
Fəaliyyəti şair

Mündəricat

Həyatı

İbrahim Göyçaylı 1936-cı il, noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.

1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1953–1958).

Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.

Ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, radionun formalaşmasında xüsusi xidmətləri olmuşdur.

2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.

2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat etmişdir.

Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub.

Kitabları

  1. Dalğalar qoynunda. Bakı: Azərnəşr, 1966
  2. Yadigar sözlər. Bakı: Azərnəşr, 1969
  3. Gözlərinin işığında. Bakı: Gənclik, 1973
  4. Qərənfil işığı. Bakı: Gənclik, 1979
  5. Qoymayın qızları kədərlənməyə. Bakı: Yazıçı, 1982
  6. Ulduzlar nədən danışır. Bakı: Gənclik, 1984
  7. Vaxt soruşsa. Bakı: Yazıçı, 1986
  8. Песня голубой вершины. (Mavi zirvənin nəğməsi). Москва: Советский писатель, 1987
  9. Uzaq haraylara isinmir ürək. Bakı: Yazıçı, 1991
  10. Ümiddən uzun gecə. Bakı: Azərbaycan Ensiklopediyası N. P. B., 1997
  11. Lirika. Bakı: Gənclik, 2001
  12. Ümid yeri. Tehran: 2003
  13. Yaşadığım bu dünya. Bakı: Gənclik, 2004
  14. Fikrimin sabahı. Bakı: Şirvannəşr, 2005
  15. Ömrümüz su kimi. Bakı: Şirvannəşr, 2005

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇brahim göyçaylı sözünün mənası, i̇brahim göyçaylı haqqında məlumat. i̇brahim göyçaylı nədir? i̇brahim göyçaylı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Tyan-Şan

  • Fevral 27, 2026

    İnfitar surəsi

  • Mart 01, 2026

    Oqaneson

  • Fevral 27, 2026

    Bentonit

  • Fevral 27, 2026

    Tupak Şakur

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst